Amea arxeoloji və Etnoqrafiya İnstitutu amea milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 43,42 Kb.
Pdf görüntüsü
səhifə54/106
tarix02.01.2018
ölçüsü43,42 Kb.
#19164
1   ...   50   51   52   53   54   55   56   57   ...   106

112 
 
üçün onu da bildirək ki, analoji nümunələr Bakı, Şamaxı, 
Naxçıvan  şəhərlərinin  son  orta  əsr  təbəqələrindən  də 
məlumdur. 
Bu  qəbildən  olan  qarmaq  və  halqalara  da  tez-tez 
təsadüf 
olunur.  Onlardan  qapı  və  pəncərələrin 
bağlanmasında  istifadə  edilmişdir.  Nümunələr  formaca 
müxtəlifdirlər. 
Tapıntılar  göstərir  ki,  son  orta  əsrlərdə  dəmir 
qayçılar  əhalinin  məişətində  mühüm  rol  oynamışdır.  III 
qayçılar  metal  çubuqdan  hazırlanıb.  Metal  isti  döymə  üsulu  ilə  yastılandıqdan 
sonra, çubuqları bir-birinə bənd etmək məqsədilə orta hissədən dəstəyə doğru kiçik 
dəlik  açılmışdır.  Onların  tutacaq  yerləri  yastılanaraq  dairəvi  şəkildə  geriyə 
qatlanmışdır.  Digər  qayçı  V  sahədən  tapılıb.  Dəmirdən  olan  qayçı  uzun  müddət 
torpaq  altında  qaldığından  güclü  oksidləşməyə  məruz  qalmışdır.  Oxşar  qayçı 
nümunələri digər orta əsr abidələrindən də məlumdur. 
Ayrıca  sənət  sahələrindən  biri  olmuş  və  son  orta  əsrlərdə  formalaşmış 
sənətkarlıq  sahələrindən  birinə  çevrilmişdir.  Nalbəndlik  sənətinin  sürətlə 
inkişafının  başlıca  səbəbləri  tez-tez  müharibələrin  baş  verməsi  nəticəsində  süvari 
qoşunların ayaqqabılarının dağılmaması  və  nəqliyyata  (ata) olan tələbatın artması 
olmuşdur. 
Ağsu  qazıntıları  zamanı  tapılan  nal  və  onların  qalıqları  xüsusi  yer  tutur. 
İstifadə  qaydalarına  görə  fərqli  olan  nallar  formalarına 
görə  də  müxtəlifdirlər.  Diametrlərinə  görə  iri  olanlar 
atlar  üçün  hazırlanmışlar.  Lövhəşəkilli  dəmirdən 
hazırlanmış  nal  üzərində  mix  vurmaq  üçün  bir  neçə 
deşik açılmışdır. Kiçik nallar isə ayaqqabı üçün nəzərdə 
tutulmuşdur. 
Tapıntılar içərisində bir ədəd nal var ki, forma və 
diametrlərinə  görə  əvvəlkilərdən  fərqlənir.  Etnoqrafik 
müşahidələr  həmin  nalın  uzunqulağa  məxsus  olduğunu 
deməyə əsas verir. 
III qazıntı sahəsindən iki ədəd dəmir buxov və bir 
ədəd  buxov  açarı  tapılıb.  Boru-formalı  olan  buxovların 
orta  hissəsində  nov  şəkilində  yarığı  var.  Buxovların  baş 
tərəfləri  dairəvi  formalıdır  və  qaynaq  üsulu  ilə  bir-
birlərinə birləşdirilib. 
Müxtəlif ölçülü və müxtəlif formalı mıxlar qazıntı sahəsində ən çox təsadüf 
edilən  dəmir  əşyalardır.  Onlardan  daha  çox  tikintidə  istifadə  edilib,  iri  mıxların 
uzunluğu  15-22,  kiçik  mıxların  uzunluğu  isə  3-5  sm-dir.  Baş  hissələri  dairəvi, 
papaqvari, göbələkvari formalı olsa da bir qayda olaraq hamısı uca doğru sivriləşir. 


113 
 
Həm iri, həm də kiçik ölçülü mıxların bir qisminin en kəsiyi dairəvi, bir qismininki 
isə dördkünc formalıdır. 
Kobud mıxlarla yanaşı, qazıntı zamanı nazik və şişuclu 
nümunələrə də təsadüf olunur. Ehtimal ki, belə mıxlar evlərin 
daxilində istifadə edilmək üçün hazırlanmışdır. 
Ağsu  qazıntılarında  cəftə  və  halqa  nümunələrinə  də 
tez-tez  təsadüf  olunur.  Formalarına  görə  cəftələri  iki  qrupa 
bölmək  olar.  Onların  bir  hissəsi  çubuq  formasında 
düzəldikdən  sonra  bərabər  qatlanaraq  sivriləşdirilir,  qatlanan  hissə  isə  qıfıl 
keçirmək  üçün  halqavari  formaya  salınmışdır.  Dəmir  cəftələrin  əsasən  bir  ucu 
döyülüb sivriləşdirilmiş, digər ucu  isə  halqa  şəklinə  salınmış  midvarlarla  birlikdə 
istifadə  olunurdu.  Cəftələr  daha  çox  qapı,  pəncərə,  sandıq  və  mücrülərin 
bağlanmasında  istifadə  olunur.  Cəftələrin  bəziləri  iki,  bəziləri  isə  bir  hissədən 
ibarətdir.  Darvaza  və  qapıların  bağlanmasında  istifadə  edilmiş  cəftənin  bir  tərəfi 
hərəkəti  təmin  etdiyi  halda,  digər  tərəfində  qapını  bağlamaq  məqsədi  ilə 
yarımdairəvi  deşik  açılmışdır.  Cəftə  və  onun  hissələrini 
adətən ensiz və uzun dəmir lövhədən hazırlayırdılar. 
Halqalardan daha çox məişət və təsərrüfatın müxtəlif 
sahələrində  istifadə  olunur.  Onlar  formaca  eyni  olsalarda, 
həcm  etibarilə  müxtəlifdirlər.  Ağsu  tədqiqatları  zamanı 
tapılan  böyük  halqaların  diametrləri  10-14,  kiçiklərinin 
diametri isə 4-6 sm-dir. 
Arxeoloji qazıntılar nəticəsində  inşaat  materialına  aid bir ədəd dəmir bənd 
tapılıb.  Onun  enli  hissəsi  4,  uzunluğu  isə  7  sm-dir.  Bəndlərdən  daşı  daşla,  ağacı 
ağacla və ya əksinə, məmulatları bir-birinə birləşdirmək üçün istifadə olunmuşdur. 
Ağacları bərkidən zaman bəndin mix formalı ucları zərblə ağaca vurulduğu halda, 
daşlarda  isə  ilk  növbədə  oyuqlar  açılır  və  çənbərlərin  ucları  oyuqlara  keçirilərək 
bərkidici  məhlulla  boşluqlar  doldurulurdu.  Yazılı  qaynaqlardan  məlumdur  ki, 
bəndlərdən,  xüsusilə  də  iri  dəmir  bəndlərdən  qala  divarlarının  tikintisində  geniş 
istifadə  edilmişdir.  Kiçik  ölçülü  dəmir  bəndlərdən  isə  ala  qapıların  içəridən 
bağlanmasında istifadə olunmuşdur. Bəzi yerlərdə bəndləri “paz” da adlandırırlar. 
Təsvirini  verdiyimiz  bu  nümunələr  güclü  korroziyaya  uğrasalar  da  öz  ilkin 
formalarını  saxlamışlar  və  onların  oxşarları  Azərbaycanın  son  orta  əsr 
abidələrindən də məlumdur. 
Nümunələr  içərisində  bütöv  və  qırıq  halda  aşkar  olunmuş  qıfıl  və  qıfıl 
hıssələri də xüsusi yer tutur. 
Qazıntı səhəsindən məişət və təsərrüfat əşyaları ilə yanaşı müxtəlif növ silah 
qalıqları da aşkar olunub. Onlar uzaqvuran silahlardan, ox ucları, əl topu, güllə və 
s.  qalıqlardan  ibarətdirlər.  Bu  növ  tapıntılar  içərisində  diametri  20  sm  olan  və 
hazırlanarkən  misin tərkibinə  qurğuşun  qatılmış  əl topu daha  çox  maraq doğurur. 
Həm III, həm də IV qazıntı sahəsindən odlu silaha aid bir neçə güllə də tapılıb. 


114 
 
III  qazıntı  sahəsində  dəmirçi  emalatxanası 
ərazisində  kiçik  deşikləri  olan  dəmir  qaba  məxsus 
fraqmentlər aşkar edildi. Kiçik təknə formasında olan 
bu əşyadan qırma istehsalı məqsədilə istifadə edildiyi 
güman olunur. Əşyanın hündürlüyü 5,5 sm-dir. 
Arxeoloji  qazıntı  aparılan  sahədə  çox  az 
miqdarda toxuculuq alətləri  və onların qalıqları aşkar 
edildi.  Onlar  əsasən  yun  darağının  dişlərindən  və 
cəhrə milindən ibarətdirlər. 
Yazılı mənbələrdən məlumdur ki, Azərbaycan 
şəhərlərində,  o  cümlədən  Şirvanda  toxuculuq  sənəti 
yüksək  səviyyədə  inkişaf  etmiş,  yun  sapdan  geyim 
üçün  müxtəlif  növ  parçalar  toxuyur  və  paltarlar 
tikirdilər. 
Son  orta  əsrlərdə  Azərbaycanda  dəmirçiliklə 
yanaşı misgərlik sənəti də inkişaf etmişdir. Bu sənətin 
inkişafına  səbəb  Azərbaycanın  mis  yataqları  ilə 
zəngin  olması  idi.  Osman  Həbibullayev  misgərlik 
sənətinin e.ə  V  minilliyin II  yarısından başlandığını  göstərir.  İdeal Nərimanov isə 
Qazax  rayonunun  Qarğalartəpəsi  yaşayış  yerindən  tapılmış  mis  muncuq  dənəsini 
ən qədim əşya hesab edir. 
Dəmirçilik  sənətində  olduğu  kimi,  mis  əşyaların  istehsal  prosesi  də 
mərhələlərlə yerinə yetirilir. İlk növbədə istidöymə üsulu ilə mis parçası döyülür və 
yastıladılır.  İş  görülərkən  xüsusi  kəlbətin  və  maşadan  istifadə  edilir.  Kürədən 
götürülmüş  mis  çəkiclərlə  döyülüb  əyilir  və  proses  yastılanana  qədər  davam 
etdirilir.  Sonrakı  mərhələdə  yastılanmış  mis  lazımi  ölçüdə  dəmirkəsənlə  kəsilir, 
yonulub  səliqəyə  salınır,  birləşdirilməsi  üçün  hərtərəf  ayrıca  istiqamətdə  qatlanır. 
Arxeoloji materiallardan aydın olur ki, qabların bəziləri ayrılıqda bir neçə hissədə 
hazırlanaraq sonradan bir-birinə birləşdirilmiş və qalaylanmışdır. Qabın qatlanmış 
hissələri bir-birinə keçirilərək qızdırılmış halda (qaynaqetmə) 
döyülmüş və bərkidilmişdir. Arxeoloji materiallara istinadən 
deyə  bilərik  ki,  orta  əsrlərdə  peşəkar  misgərlər  daha  çox 
qaynaqetmə üsuluna üstünlük vermişlər. 
Tədqiqatçıların fikrincə misgərlik sənətində qalay, duz 
və  qurğuşundan  hazırlanmış  qaraqaynaq,  sink,  tunc  və 
tənəkardan  ibarət  “misqaynaq”  adlanan  iki  cür  lehim 
işlənmişdir.  Qaraqaynaq  üsulu  ilə  lehimləmək  üçün  calaq 
yerinə  əvvəlcə  kömür  lehimi  sürtürdülər.  Etnoqrafların  fikrincə  açıq  calaqlar 
daxildən  və  xaricdən,  örtülü  calaqlar  isə  ancaq  xaricdən  lehimlənir  və  kürədə 
qızdırılaraq möhkəm yapışdırılırdı. 


Yüklə 43,42 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə