Amea arxeoloji və Etnoqrafiya İnstitutu amea milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 43,42 Kb.
Pdf görüntüsü
səhifə53/106
tarix02.01.2018
ölçüsü43,42 Kb.
#19164
1   ...   49   50   51   52   53   54   55   56   ...   106

110 
 
götürülmüş  mis  çəkiclərlə  döyülüb  əyilir  və  proses  yastılanana  qədər  davam 
etdirilir.  Sonrakı  mərhələdə  yastılanmış  mis  lazımi  ölçüdə  dəmirkəsənlə  kəsilir, 
yonulub səliqəyə salınır, birləşdirilməsi üçün hər tərəf ayrıca istiqamətdə qatlanır. 
Tədqiqatçıların  fikrincə  isti  döymə  zamanı  qızdırılmış  dəmirin  döymə 
temperaturu 9000, polad üçün isə 7750 istilik kifayət edirdi. 
Qəbələ  və  Şəhərgahda  (Kürdəmir  rayonu)  aparılan  arxeoloji  qazıntılar 
zamanı aşkar olunan metal məmulatının kimyəvi analizi göstərdi ki, onların tərkibi 
çoxkomponentlidir.  Başqə  sözlə,  həmin  materialların  hazırlanmasında  təmiz 
tərkibli dəmirdən, habelə kömürləşmiş poladdan istifadə etmişlər. 
Tapıntıların təhlili göstərir ki, dəmirçi ustalar məmulatın 
hazırlanmasında  qaynaqetmə  üsulundan  da  geniş  istifadə 
etmişlər.  Bu zaman dəmir parçasının qaynaq ediləcək hissələri 
qızdırılır  və  bir-birinin  üstünə  qo-yularaq  döyülür.  Proses  o 
vaxtadək  aparılır  ki,  hissələr  bir-birinə  birləşsin.  Buna  misal 
olaraq  bıçaqların,  dəhrələrin,  baltaların  və  s.  dəstək  hissələrini 
göstərmək olar. 
Dəmirçi  ustaların  istifadə  etdikləri  üsullardan  biri  də  termik  işləmə 
üsuludur.  Bu  üsuldan  daha  çox  silah  və  hərbi  geyimlərin  (zirehli  geyimlərin  və 
zirehdeşən  silahların)  hazırlanmasında  istifadə  olunurdu.  Dəmir  əşyanın 
hazırlanmasında  həmçinin  yonma  üsulundan  da  istifadə  olunub.  Bu  mərhələdə 
soyuq  metal  işlənilir.  Məmulatın  yonulması  müxtəlif  daşlar,  o  cümlədən  bülöv 
daşları vasitəsi ilə həyata keçirilirdi. 
Dəmirçilər müxtəlif sənət sahələrindən sifarişlər qəbul edərək lazımi alətlər, 
məişət  və  təssərrüfat  avadanlıqları  hazırlayırdılar.  Bu  baxımdan  tez-tez  olunan 
sifarişlər  sənətin  müxtəlif  sahələrinin  inkişafına  və  formalaşmasına  zəmin 
yaradırdı. 
Qazıntı  sahəsindən  aşağıdakı  dəmirçi  ustalara  məxsus  əmək  alətləri  aşkar 
olunmuşdur. Dəmir çəkic kiçik ölçülü olub, dairəvi, iti və lövhəvari formalıdır. 
III  qazıntı  sahəsinin  8-ci  kvadratından  aşkarolunmuş  dəmirçi  maşası 
ustaların soyuq dəmiri tutmaq, isti kürəyə yığmaq və çıxarmaq məqsədilə istifadə 
etdikləri sənətkar alətidir. Dəmirçi  maşaları formalarına görə müxtəlifdir. Dəmirşi 
ustalar  əsasən  uzun  qulplu  maşalardan  isti  məmulatın  kürədən  çıxarılmasında  və 
istehsalında geniş istifadə emişlər. 
Dəmir deşikaçan alətdən dəmir əşyaların və məmulatların üzərində müxtəlif 
ölçülü  dəlik  açmaq  üçün  istifadə  edilmişdir.  Ölçüləri  təqribən  8-27  sm  arasında 
olan  bu  alətdən  məmulatın  həm  isti,  həm  də  soyuq  döyülməsi  zamanı  istifadə 
edilir.  Bir  qayda  olaraq  alətin  zərbə  vurulan  hissəsi  dairəvi,  işçi  hissəsi  ısə 
konusvari  formada  olur.  Xatırladaq  ki,  bu  tip  alətlərdən  nəinki  dəmirçi  ustalar, 
habelə, zərgərlər, misgərlər və nalbəndlər də istifadə edirdilər. 


111 
 
Metalişləmə sənətində ustaların istifadə etdikləri alətlərdən biri də yivlərdir. 
Onlar saplaq və işçi hissədən ibarətdir. İşçi hissələri əsasən düzbucaqlı və üçbucaq 
formalıdırlar. 
Məişətdə  və  sənətkarlıqda  istifadə  edilən  alətlərdən  biri  də  bizlərdir. 
Papaqçı, pinəçi, palanduz  və  bu kimi sənət sahələri ilə  məşğul olanları bu alətsiz 
təsəvvür etmək çətindir. Ağsu qazıntılarından hələlik cəmisi bir ədəd dəstəksiz biz 
tapılıb.  Onun  uc  və  uca  yaxın  hissəsinin  en  kəsiyi  dairəvi,  qalan  hisəsi  isə 
lentvaridir.  Dəmirdən  düzəldilmiş  bu  alətin  baş  hissəsi  qırılmışdır.  Dəstək  hissəsi 
ağacdan olduğuna görə çürümüşdür. Onun uzunluğu 6,5 sm-dir. Buna oxşar bizlər 
digər orta əsr abidələrindən də məlumdur. 
Həm III, həm də IV qazıntı sahələrindən küllü miqdarda bıçaq, balta, dəhrə, 
qazan, qaşıq, qayçı, ərsin, oymaq və s. əşyalar tapılmışdır. 
Bıçaqların əksəriyyətinin tutacaq yerləri ensizdir. Enli olan kəsər hissə uca 
doğru  getdikcə  sivriləşir.  Uzun  müddət  istifadə  olunduğundan  kəsər  yerləri 
nazilmişdir.  İstidöymə  üsulu  ilə  hazırlanan  bıçaqların  dəstəyində  qaynaq  izləri, 
bəzilərində isə taxta qalıqları var. Etnoqrafik müşahidələrə əsasən kiçik və nisbətən 
orta  ölçülü  bıçaqlardan  məişətdə,  iri  ölçülü  bıçaqlardan  isə  əsasən  ovçuluqda, 
bəzən isə hərbdə istifadə edildiyini söyləyə bilərik. 
Son  orta  əsrlərdə  xörək  bişirilməsində  saxsı  qazanlarla  yanaşı  dəmir 
qazanlardan  da  istifadə  olunmuşdur.  Nümunə  olaraq  Ağsu  şəhər  yerindən  tapılan 
qalın divarlı qazana məxsus fraqmentləri göstərmək olar. Dəmirdən hazırlanmış bu 
qazan iri gövdəyə  və  qulaqvari qulpa  malikdir. Daha  iki  ədəd qazan nümunəsi V 
qazıntı  sahəsində  50  sm  ərinlikdən  tapıldı.  Enli  gövdəyə  malik  olan  nümunədən 
ehtimal ki, tiyan kimi istifadə edilmişdir. Xatırladaq ki, belə 
qazan hissələri Naxçıvan və Şamaxıdan da tapılmışdır. 
IV  qazıntı  sahəsindən  bir  ədəd  dəmir  qaşıq 
tapılmışdır.  Dəmir  qaşıqlardan  daha  çox  sənətkarlar  istifadə 
etmişlər. 
IV  qazıntı  sahəsinin  7b  kvadratından  tapılan  dəmir 
balta  çox  güman  ki,  ağacişləmə  sənəti  ilə  məşğul  olan 
ustalara  aid  olub.  Ağac  materialı  kəsmək  və  ya  yonmaq 
məqsədilə  itilənmiş  bu  alətin  tutacaq  ağac  sapı  keçirmək 
üçün  enli  dəliyi  var.  Dəlikdə  ağac  çürüntüsünün  qalığı 
olduğu qeydə alınıb.  
Məişətdə 
və 
təsərrüfatda 
kəsmək,  doğramaq, 
budamaq  və  s.  məqsədlər  üçün  istifadə  olunan  kəsici 
alətlərdən biri də dəhrələrdir. Dəhrələrin ağacdan olan sapları 
uzun müddət torpaq altında qaldığından tamamilə çürümüşdür. Kəsər hissələri öz 
formalarını itirmişdir. Dəhrələrdən kəsici alət kimi daha çox bağçılıq təsərrüfatında 
istifadə edilmiş və bu gün də istifadə edilməkdədir. IV qazıntı sahəsindən tapılmış 
dəhrənin  tiyəsinin  eni  7,  dəstəyinin  uzunluğu  31,  qalınlığı  isə  7  sm-dir.  Məlumat 


Yüklə 43,42 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə