Amea arxeoloji və Etnoqrafiya İnstitutu amea milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 43,42 Kb.
Pdf görüntüsü
səhifə52/106
tarix02.01.2018
ölçüsü43,42 Kb.
#19164
1   ...   48   49   50   51   52   53   54   55   ...   106

108 
 
istehsalında da xammal əvvəlcə yad qarışıqlıqlardan təmizlənir, sonra isə onun bir 
hissəsi  metaləritmə  mərkəzlərinə,  qalan  bir  hissəsi  isə  metaləritmə  kürələrində 
istehsal edilmək üçün məntəqələrə aparılırdı.  
Son  orta  əsrlərdə  baş  vermiş  daxili  və  xarici  müharibələr  sənətkarlığın 
müxtəlif  sahələrinə  mənfi  təsir  göstərib  durğunluq  yaratmış  olsa  da,  metalişləmə 
sənətinə  bir  o  qədər  də  mənfi  təsir  göstərməmiş,  əksinə  bu  sənət  daha  yüksək 
səviyyədə  inkişaf  etmişdir.  Bunu  deməyə  əsas  verən  başlıca  amillər  son  orta  əsr 
Azərbaycan şəhərlərində aparılmış arxeoloji qazıntılar nəticəsində tapılmış istehsal 
ocaqları,  metaləritmə  və  dəmirçi  kürələri,  emalatxanalar,  istehsal  çıraqları,  iş 
zamanı istifadə edilən əmək alətləri, məişət və təsərrüfat avadanlıqlarıdır.  
Orta əsr Ağsu şəhər yerində aparılmış arxeoloji qazıntılar nəticəsində aşkar 
edilən  dəmirçi  və  misgər  emalatxanaları  XVIII  əsrdə  Azərbaycan  şəhərlərində 
metalişləmə  ilə  bağlı  sənət  sahələrinin  tədqiqi  baxımından  çox  mühüm  elmi 
əhəmiyyət kəsb edir. Emalatxanalar bir-birinin yaxınlığında inşa edilmiş və burada 
çalışan  sənətkarlar  sənətin  müxtəlif  sahələri  ilə  o  cümlədən  keramika,  daşişləmə, 
dəmirçilik, misgərlik, sümükişləmə və s. sənətləri ilə məşğul olmuşlar. Maraqlıdır 
ki,  qeyd  olunan  dövrdə  bəzi  sənət  sahələrinin  istehsalı  zəifləsə  və  ya  tənəzzülə 
uğrasa da, metalişləmə sənəti əvvəlki dövrlərdə olduğu kimi XVIII əsrdə də inkişaf 
etmiş və aparıcı sənət sahələrindən birinə çevrilmişdir. 
Etnoqrafik  müşahidələr  əsasında  məlum  olur  ki,  qədim  dəmirçilik  sənətilə 
köçürülən  sənətkar  ailələri  nəslindən  olan  ustalar  sonralar  Lahıc,  Əhən,  Dəmirçi 
kəndlərində  ata-babadan  öyrəndikləri  bu  sənəti  yaşadaraq  daha  da  inkişaf 
etdirmişlər.  Zərnavalı  Hacı  Məhəmmədəli  xanın  hakimiyyəti  dövründə  həmin 
ustaların bir qismi Ağsuya köçərək burada fəaliyyət göstərməyə başlayıb. 
Ağsuda  aparılan  tədqiqatlar  zamanı  III  qazıntı  sahəsinin  6,  7  və  8-ci 
kvadratlarında  dəmirçilik  və  misgərlik  emalatxanaları,  orada  çalışan  ustaların  iş 
prosesində  istifadə  etdikləri  alətlər  və  digər  maddi  mədəniyyət  qalıqları  aşkar 
edildi.  Xatırladaq  ki,  III  qazıntı  sahəsindən,  həmçinin  dəmirçi  ocaqları,  onların 
yaxınlığında isə çoxlu metal külçələr və çıxarlar aşkar edilib. Onlar forma etibarilə 
müxtəlifdirlər.  Bəziləri  dairəvi,  bir  başqaları  elipsvari,  digərləri  isə  yastı  və  ya 
qabarıq  formalıdır.  Belə  metal  külçə  və  çıxarlar  Azərbaycanın  digər  orta  əsr 
abidələrindən də məlumdur. 
Metaləritmə  və  dəmirçi  kürələrində  istiliyi  artırmaq  məqsədilə  körükdən 
istifadə  edilirdi.  Ağsu  tədqiqatları  zamanı  hələ  ki,  körük  tapılmasa  da  maddi 
mədəniyyət  nümunələrinə  və  yarımfabrikatlara  əsasən  III  qazıntı  sahəsində  digər 
sənətkarlıq  emalatxanaları  ilə  yanaşı,  dəmirçi  emalatxanasının  da  fəaliyyət 
göstərdiyi şübhə doğurmur. Xatırladaq ki, indiyədək Naxçıvanın XIV-XVII əsrlərə 
aid  yaşayış  yerindən  körük  hissələri  və  Şamaxı  qazıntılarından  dəmirçi 
emalatxanasına  aid  dəzgah,  diametri  35  sm  olan  kürə,  havanı  körükdən  kürəyə 
ötürmək üçün istifadə olunan saxsı boru aşkar edilmişdir. 


109 
 
Tapıntıların  kütləviliyi  və  çeşid  müxtəlifliyi 
öyrənilən  ərazidə  eyni  vaxtda  bir  neçə  emalatxananın 
fəaliyyət  göstərdiyini  söyləməyə  əsas  verir.  Əvvəldə 
qeyd  etdiyimiz  kimi  III  sahənin  8-ci  kvadratında  olan 
dəmirçi  emalatxanası  ətrafından  külli  miqdarda  metal 
çıxarları  aşkar  edildi.  Həmin  sahədən  dəmirçi  ustaların 
istifadə  etdiyi  müxtəlif  ölçülü  və  müxtəlif  formalı  daş 
əşyalar da tapıldı. Mədən   daşlarından   olan   müxtəlif  
ölçülü  təknələrin  içərisi  yonulmuş,  bəzi  daşların  səthi  isə  düz  və  hamar 
cilalanmışdır. Daş təknələrin demək olar ki, əksəriyyətinin içərisində pas qalıqları 
var. Görünür, dəmirçi və misgər ustalar yastı və hamar daşların üstündə isti dəmir 
və  ya  mis  məmulatını  döyüb  hamarladıqdan  sonra  su  ilə  dolu  olan  daş  təknələrin 
içində soyudublar. 
Tədqiqatlar göstərir ki, xammal şəklində emalatxanaya daxil olan  məmulat 
adətən  əvvəlcə  kəsilərək,  doğranaraq  müəyyən  hissələrə  bölünürdü.  Daha  sonra 
əridilərək  ondan  lazımı  əşyalar  hazırlanırdı.  İstehsal  prosesində  əsasən  istidöymə 
üsulundan istifadə edilirdi. İş prosesində ətrafa səpələnmiş tullantı-şlaklar da bunu 
sübut  edir.  Xatırladaq  ki,  III  sahədə  öyrənilmiş  dəmirçi  emalatxanası  ərazisində 
tullantılarla  yanaşı  kəsilmiş,  lakin  istifadə  edilməmiş  xammal  qalıqları  da  çoxluq 
təşkil edir. 
Maraqlıdır  ki,  Ağsuda  aşkar  olunmuş  dəmirçi  emalatxanasından  ustaların 
istifadə etdikləri alətlər də tapılmışdır. Daşyonma sənətində istifadə olunan isgənə, 
qayçı,  oymaq,  mis  üzərində  döymə  üçün  işlədilən  alətlər,  habelə  miniatür, 
bəzəklərdə istifadə edilən alətlər, maşa, çəkic, balta, dəmirkəsən, dəlikaçan, yiv və 
s. nümunələri buna misal göstərə bilərik. 
Ağsuda  aparılan  tədqiqatlar  nəticəsində  bir  daha  məlum  oldu  ki,  əvvəlki 
dövrlərdə  olduğu  kimi  son  orta  əsrlərdə  də  metalişləmə  sənəti  ənənəvi  istehsala 
əsaslanaraq nəinki inkişaf etdi, daha da zənginləşdi. 
Son orta əsrlərdə metalişləmə sənəti sahəsində çalışan ustalar bu və ya digər 
məmulat  istehsal  edərkən  bir  çox  üsullardan  istifadə  edirdilər.  İstehsal  və 
naxışlama  əməliyyatı,  sadə  döymə,  polad  və  ya  dəmirin  qaynaqlanması, 
möhkəmləndirmə, materialın kəsilməsi, yonulması, hamarlanması, ştamplanma və 
s. üsullar Azərbaycan sənətkarları tərəfindən geniş tətbiq edilmişdir. 
Metalişləmə  sənətində  işə  metalın  formalaşdırılmasından  başlanılır.  Bir 
qayda  olaraq  dəmirçi  ustalar  məmulat  istehsalına  metalın  döyülməsindən 
başlayırlar.  Əşyanın  formalaşdırılması  üçün  dəmirin  qızdırılmış  şəkildə 
döyülməsinə  üstünlük  verilirdi.  Nadir  hallarda  isə  kiçik  əşyaların  formaya 
salınmasında soyuq döymə üsulu tətbiq olunurdu. 
Dəmirçilik  sahəsində  olduğu  kimi,  mis  əşyaların  istehsal  prosesi  də 
mərhələlərlə yerinə yetirilir. İlk növbədə istidöymə üsulu ilə mis parçası döyülür və 
yastıladılır.  İş  görülərkən  xüsusi  kəlbətin  və  maşada  istifadə  edilir.  Kürədən 


Yüklə 43,42 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə