Amea arxeoloji və Etnoqrafiya İnstitutu amea milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 43,42 Kb.
Pdf görüntüsü
səhifə55/106
tarix02.01.2018
ölçüsü43,42 Kb.
#19164
1   ...   51   52   53   54   55   56   57   58   ...   106

115 
 
Mis-qaynaq  üsulunda  isə  calaq  yerlərini  isladıb  üzərinə  sink,  tunc 
ərintisindən  ibarət  lehim  sürtür,  onun  da  üzərinə  bura  (tərə)  və  duz  səpib 
qarışdırırlar. 
Qatışığın  tərkibi  eyni  olmalıdır.  Birləşdiriləcək  hissələr 
lehimlənməzdən  əvvəl  təmizlənir,  hamarlanır  və  hazır  məhlul  calaq  yerlərə 
sürtülürdü. Təcrübəli misgərlər qabları naxışlayarkən daha çox calaq yerlərə  fikir 
verirdilər. 
Dəmir  məmulatlarından  fərqli  olaraq  qazıntıdan  tapılan  mis  əşyalar  sayca 
azlıq təşkil edir. Onları istifadə məqsədlərinə görə  məişət əşyalarına, su qablarına 
və əmək alətlərinə bölmək olar. 
Əsrlər  boyu  insanların  həyatında  məişət  əşyalarının  xüsusi  yeri  olmuşdur. 
IV  qazıntı  sahəsindən  çeşidli  maddi  mədəniyyət  nümunələri  ilə  yanaşı  bir  ədəd 
sərpuşvari  formalı  mis  qazana  məxsus  qapaq  da  var. 
Qapaq  konusvari  şəkildə  hazırlanmış,  üst  hissəsi 
günbəzvari olub düyməvari tutacağa malikdir. Bu növ 
məmulatların  əsasən  xarici  səthi  adətən  müxtəlif 
həndəsi  və  nəbati  təsvirlərlə  bəzədilib.  Naxışlama 
prosesində  əsasən  cızma,  zərif  döymə  üsulundan 
istifadə edilib. Qapağın ağzının diametri 22 sm-dir. 
Mis  cam  yastı,  dairəvi  oturacağa  malikdir. 
Daxildən  və  xaricdən  konsentrik  xətlərlə  bəzədilib.  Cam  mərkəzi  hissədə  daxilə 
doğru batıqdır. Qabın içərisi dayaz, ağzı isə enlidir. Bir neçə yerdən qırılmışdır. 
IV  qazıntı  sahəsindən  aşkar  olunmuş  mis  şamdanın  alt  kasası  diskvari 
oturacağa malik olub, şam yeri qabın oturacağına qaynaqetmə yolu ilə bərkidilib. 
Mis çırağın lalası (lampa yeri) bir neçə hissədən ibarət olub, gövdə hissəsi 
cızma üsulundan istifadə edilməklə alov formasında bəzədilmişdir. 
Ağzının  kənarı  diş-diş  olan  başqa  bir  mis  əşya  ehtimal  ki,  saxsı  qabların 
daraqvari naxışlanmasında istifadə olunub. 
Mis  məftil  topası  əsasən  qadınların  üst  geyimlərində  istifadə  edilmişdir. 
Onların  üzərinə  ip  və  ya  parça  işləməklə  qadın  üst  geyimlərinə  məxsus  buta, 
kəmər, yaxalıq və bu kimi bəzəklər hazırlamışlar. 
V  qazıntı  sahəsindən  beş  ədəd  müxtəlif  ölçülü  naqqaş  tapılıb.  Forma  və 
ölçülərinə  görə  müasir  naqqaşlardan  heç  də  fərqlənməyən  nümunələrdən  un 
məmulatının üzərinə naxış vurmada istifadə olunub. 
Qazıntılar zamanı daha çox tapılan mis alətlərdən  bir növü də oymaqlardır.  
Oymaqlar  hər  zaman  məişətdə  geniş  istifadə  edilib.  Onlar  əsasən  misdən  zərif 
döymə üsulu ilə hazırlanır. Barmağa keçirilən hissə enli olub, sonluğa doğru daralır 
və sonluqda günbəzvari formalıdırlar. Təmas zamanı iynə sürüşməsin deyə üstləri 
nöqtəvari  naxışlarla  bəzədilib.  Təsvirini  verdiyimiz  oymaqlar  arxeoloji  qazıntılar 
zamanı  Azərbaycanın  son  orta  əsr  abidələrinin  demək  olar  ki,  hamısından  aşkar 
edilmişdir. 


116 
 
Mis  qaşıqlar  iki  cürdür.  Onlardan  biri  süfrədə,  digəri  isə  əcgazçılıqda 
istifadə edilmişdir. 
Metalişləmədə  zərgərlik  sənətinin  də  özünəməxsus  yeri  var.  Azərbaycanın 
son  orta  əsr  yaşayış  yerlərində,  həmçinin  Ağsu  qazıntılarında  mis,  gümüş  və 
qiymətli daşlardan hazırlanmış xeyli zərgərlik nümunələri tapılmışdır. 
Xatırladaq ki, təsadüf olunan zərgərlik nümunələri   istifadə   sahələrinə   və   
formalarına görə  müxtəlifdir. Onları baş, döş, geyim, qol bəzəkləri,  muncuqlar və 
digər zərcərlik nümunələri kimi qruplara ayırmaq olar.  
Boyun, döş və yaxa bəzəkləri əsasən medalyonlardan ibarətdir. Medalyonlar 
misdən  hazırlanmış,  dairəvi  və  oval  formalıdırlar.  Ağsu  qazıntıları  zamanı  aşkar 
edilən  medalyonlardan  birinin  səthi  nəbati  təsvirlərlə  zəngin  bəzədilmişdir. 
Digərləri  isə  nazik  mis  təbəqədən  sadə  üsulla  hazırlanmışdır.  Digər  birmedalyon 
ürəkformasındadır. Yanlardan səliqə ilə deşiklər açılmış,  orta hissədə qönçə-gül və 
sünbül  təsvirləri  işlənmişdir.  Təsvirlər  yapma  üsulundan  istifadə  etməklə  yerinə 
yetirilmişdir.  Belə  medalyonlardan,  həmçinin  atların    bəzədilməsində  istifadə 
edilmişdir. 
Mis  əşyalar  içərisində  qadın  üst  geyimlərində  istifadə  edildiyi  güman 
olunan sancaq da maraq doğurur. 
Qazıntıdan  az  da  olsa  müxtəlif  geyim  bəzəkləri  -  kəmər  hissələri,  toqqa, 
toqqabağı  aşkar  edilmişdir.  Bu  nümunələr  əsasən  mis  və  gümüşdən  hazırlanırdı. 
Ağsu  materialları içərisində  misdən olan nümunələrə  daha  tez-tez  təsadüf olunur. 
Son orta əsrlərdə kəmərlər ayrı-ayrı hissələrdən ibarət hazırlandıqdan sonra qaynaq 
üsulu ilə birləşdirilirdi. Qaynaq ediləcək hissələr qatlanılır, bir-birinə geydirilir və 
isti  kürədə  qızdırıldıqdan  sonra  zərifdöymə  üsulu  ilə  iş  başa  çatdırılırdı. 
Nümunələrin yerli istehsal olduğu heç də şübhə yaratmır. 
Məlumat  üçün  bildirək  ki,  son  orta  əsrlərdə  yerli  ustaların  hazırladıqları 
toqqa  və  kəmər  nümunələri  Qırxçıraq  qazıntılarından  tapılıb.  Misdən  hazırlanmış 
daha bir toxunma kəmər 2009-cu il qazıntıları zamanı Qəbələdə aşkar edilib. 
Zərgərlik  məmulatları  içərisində  bilərziklər  xüsusi  yer  tutur.  Nümunələr 
əsasən  misdən  olub,  bəziləri  qəlibdə,  əksəriyyəti  isə  kustar  formada  əldə 
hazırlanmışlar.  Onlar  formaca  iki  cür-dairəvi  və  burma  üsullarla  hazırlanmışlar. 
Məmulatların  bəziləri  döyülmüş,  ucları  yonularaq  spiralvari  şəklə  salınmış  və 
sonda  qarşı-qarşıya  dayanan  ilan  şəklində  formalaşdırılmışdır.  Belə  bilərziklər 
Azərbaycanın demək olar ki, bütün orta əsr abidələrindən məlumdur. 
Ağsu  qazıntıları  zamanı  bir  neçə  ədəd  üzük  də  tapılıb.  Onların  halqaları 
dairəvi  formalıdır.  Üzüklərin  bəziləri  qaşlı  olub,  lakin  sonradan  qaşı  düşüb.  Bu 
qəbildən  olan  bəzək  nümunələrinin  qaş  yerləri  döymə  üsulu  ilə  lazımi  formaya 
salınmışdır. Üzüklərin əksəriyyəti misdən, bir qismi isə gümüşdəndir. 
IV qazıntı sahəsində tapılan metal məmulatı nümunələrindən biri kiçik asma 
möhürdür. Möhür misdən hazırlanıb və enli hissəsində fars dilində yazı var. 


Yüklə 43,42 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə