185
İngiltərədə Stüartlar sülaləsinin bərpası - restavrasiyası dövrü
Oliver Kramvelin vəfatından sonra Riçard Kromvel ölkəni idarə edə bilmədi.
Yeni zadəganlar və
burjuaziya isə İngiltərədə məhdud monorxiyanı bərpa etmək
qərarına gəldilər. Belə bir şəraitdə ölkədə böhran yarandı.
Hakimiyyətdəki hərc-
mərclikdən istifadə edən Şotlandiyadakı ordu generalları
1660-cı ildə Londonu
tutaraq İngiltərə parlamentini buraxdılar.
Dövlət çevrilişindən sonra yeni parlamentə
seçkilər keçirildi. Seçkilər nəticəsində
Parlamentin tərkibi dəyişdi. Edam edilmiş
kralın oğlu II Karl taxta dəvət edildi. Beləliklə,
1660-cı ildə İngiltərədə Sütüartlar
sülaləsinin
hakimiyyəti
bərpa
(restavrasiya)
edildi
.
Restavrasiya məhdud
monarxiyanın bərpası demək idi. Kromvelin bir zaman qovduğu deputatlar
parlamentə qayıdaraq yerlərini tutdular. İngiltərədə ordunun hakimiyyətinə son
qoyuldu. Parlament kral əleyhinə qəbul edilən bütün qanunları ləğv edərək özü
özünü buraxdı. 25 apreldə seçilən yeni parlament kralla danışıqlar apardı. Danışıqlar
nəticəsində II Karl (1660-1685) ilə parlament arasında belə bir saziş əldə edildi:
1.
Kral inqilab iştirakçılarını təqib etməyəcəkdi.
2.
Kral torpaqları öz yeni sahiblərindən geri almayacaqdı.
3.
Kral parlamentin razılığı olmadan vergi qoymayacaqdı.
Bundan başqa, parlament ümumi amnistiya, din azadlığı və başqa hüquqlar
barədə də kraldan öhdəliklər aldıqdan sonra onu üç krallığın -
İngiltərə, İrlandiya
və
Şotlandiyanın hökmdarı elan etdi. Kral paytaxt Londona gəldi.
Lakin II Kral
taxta çıxan kimi öz üzərinə götürdüyü öhdəlikləri pozmağa başladı.
İngiltərədə parlamentli-monarxiya rejiminin tətbiq edilməsi
II Karlı əvəz edən
II Yakv (1685-1688) katolik dinini bərpa etməyə cəhd
göstərdi. Bütün bunlar cəmiyyətdə Stüartlara qarşı böyük etimadsızlıq dalğasının
güclənməsinə səbəb oldu və
yeni zadəganlar II Yakovu hakimiyyətdən
uzaqlaşdırmağı qərara aldılar.
Parlament
1688-ci ildə II Yakovu devirdi və
Hollandiya hakimi, II Yakovun qızı, protestant olan Mariyanın əri
Oranlı Vilhelmi
(1689-1702)
hakimiyyətə gətirdi.
Parlament tacı şahzadə Mariyaya təqdim etdi.
Onlar dövləti Vilhelmlə birlikdə idarə etməli idilər. Vilhelm taxta çıxan kimi
«Hüquqlar haqqında bəyannamə»ni («Hüquqlar haqqında bill»i) imzaladı.
İrlandiyada sürgündə olan Yakov taxt-tacını geri qaytarmaq üçün xeyli
çalışsada məğlub olaraq Fransaya qaçmaq məcburiyyətində qaldı. Beləliklə,
1688-ci
il saray çevrilişi nəticəsində
İngiltərədə parlamentlə kral arasındakı qarşıdurmaya
son qoyuldu.
Vilhelmin vəfatınsan sonra İngiltərə taxt-tacına II Yakovun digər qızı,
Marianın bacısı
Anna (1702 -1707), Annadan sonra isə Stüartlar sülaləsinin
sonuncu kralı
I Georgi (1707-1714) sahib oldu.
QEYD:
Dövlət çevrilişi baş verməsi İngiltərə tarixinin 1660-cı və 1688-ci il
tarixi üçün oxşar cəhət təşkil edir. 1660-cı ildə baş verən çevriliş nəticəsində
İngiltərədə Sütüartlar sülaləsinin hakimiyyəti bərpa (restavrasiya) edildi və məhdud
monarxiya rejimi bərpa olundu. 1688-ci il dövlət çevrilişi nəticəsində isə II Yakov
devrildi və Oranlı Vilhelm hakimiyyətə gətirildi, İngiltərədə parlamentlə kral
arasındakı qarşıdurmaya son qoyuldu.
«Hüquqlar haqqında bill»in qəbul edilməsi.
İngiltərənin dövlət quruluşu
1689-cu ildə İngiltərə
parlamenti
«Hüquqlar haqqında bill»
qəbul etdi. Bu qanuna görə:
Mütləqiyyəti bərpa cəhdlərinin qarşısı birdəfəlik alındı.
Andlılar məhkəməsinin hüquqları genişləndirildi.
Hökumət dəyişmələri yalnız parlament yolu ilə həyata keçirilə bilərdi.
Krala vergilərin vaxtını, miqdarını müəyyən etmək qadağan edildi.
Kral parlamentin razılığı olmadan ordu və xüsusi hərbi hissələr saxlaya bilməzdi.
Kral parlamentin qəbul etdiyi qanunları dayandıra və ya ləğv elə bilməzdi.
Lakin qanunlar kralın imzasından sonra qüvvəyə minirdi. Dini məsələlər üzrə qəbul edilən akta görə ölkədə
dini cərəyan və təriqətlərin fəaliyyəti qanunlarla nizamlanırdı.
II Karl (1660-1685)
II Yakov (1685-1688)
Mariya Stüart və Vilhelm
kraliça Anna
186
Beləliklə, dünyada ilk dəfə İngiltərədə
parlamentli monarxiya hakimiyyət forması müəyyən edildi.
Hakimiyyət kraldan ikipalatalı parlamentə keçdi. Parlamentin qəbul etdiyi qanunlar hamı üçün məcburi idi.
Hökumət parlament seçkilərində qalib gələn partiyanın (
mühafizəkar və
liberallar partiyası) üzvlərindən təşkil
olunurdu. Qalib gələn partiya Parlamentdə hökuməti formalaşdırırdı.
XVIII əsrin əvvəllərində, kraliça Annanın hakimiyyəti dövründə,
1707-ci il, mayın
1-də Şotlandiya və
İngiltərə parlamentləri birləşərək Böyük Britaniya krallığını yaratdılar.
Şotlandiya nümayəndə heyəti İngiltərəyə birləşmək haqqında sənədi kraliça Annaya təqdim edərkən
İngiltərənin xarici siyasəti
İngiltərədə siyasi dəyişikliklər Asiya, Afrika və Amerikada aparılan müstəmləkə siyasətinə təkan verdi.
İngiltərə burjua inqilabından sonra Böyük Britaniya
xarici siyasətinin qarşısında iki başlıca vəzifə dururdu:
1.
Avropada
heç bir dövlətin güclənməsinə yol verməmək.
2.
Yeni ərazilər və ya müstəmləkələr ələ keçirmək.
Bu məqsədlə İngiltərə hələ
XVII əsrdə Yamayka və
Portuqaliyanı asılı vəziyyətə salınmışdı.
XVIII əsr boyu İngiltərə ilə Fransa arasında
müstəmləklər
uğrunda mübarizə gedirdi.
Müstəmləkələr uğrunda Fransa ilə
aparılan bu mübarizəyə
«ikinci yüzillik müharibə» deyilirdi. «İkinci
yüzillik müharibə»
nəticəsində
güclü hərbi donanmaya malik olan
İngiltərə
XVIII əsrdə Fransanı məğlub edərək
Kanadanı və
Hindistanda
Benqaliyanı ələ keçirdi. Bu dövrdə
İngiltərə
Karib
dənizindəki adalara,
Şimali Amerikadakı koloniyalara,
Afrikadakı faktoriyalara malik
«dənizlər sahibi» sayılırdı.
İngiltərə burjua inqilabı
(1640-1653)
İnqilabın
nəticələri
(əhəmiyyəti)
İnqilabın əsas səbəbləri
İnqilabın qarşısındakı vəzifələr
1.
Mütləqiyyəti – kral
hakimiyyətini devirmək.
2.
Feodal qaydalarını
ləğv etmək
Mütləqiyyətə son qoyuldu və feodal qaydalarına ağır zərbə vuruldu.
İngiltərədə kapitalizmin inkişafına təkan verdi.
Sənaye sahələrində texnikanın tətbiqi genişləndi.
Hüquqi dövlət, vətəndaş cəmiyyətinin rüşeyimləri meydana gəldi.
1.
Qeyri-məhdud kral hakimiyyəti.
2.
Feodal qaydaları və anqlikan
kilsəsinin zülmü.
İngiltərənin müstəmləkələri