202
Fransada Baş ştatların çağırılması (1789-cu il 5 may)
1789-cu ilin əvvəlində Fransada
iqtisadi böhran inqilabi şəraiti daha da kəskinləşdirdi. Kral
XVI Lüdovik
mövcud böhrandan çıxmaq üçün çoxdan (1614-cü ildən bəri)
çağrılmayan
Baş ştatları çağırmaq qərarına gəldi.
İngiltərədə olduğu kimi burada da kral Baş ştatları çağırmaqda məqsədi
borclar və vergilər üçün razılıq almaq idi.
Kral XVI Lüdovik
paytaxt əhalisindən qorxduğu üçün Baş ştatların
Versalda çağırılmasına razılıq verdi.
1789-cu il, mayın 5-də Versalda Baş ştatların təntənəli açılışı oldu. Kral Baş ştatların açılışı zamanı
yeni
vergilərin təsdiq edilməsini Baş Ştatlardan tələb etdi
. Lakin
üçüncü silkin nümayəndələri səsvermə qaydasına qarşı
çıxaraq
kral və digər iki silkin nümayəndələrinin təklif etdiyi qaydaları qəbul etmədilər.
Bundan əsəbləşən kral
parlamentin fəaliyyətini dayandırmaq qərarına gəldi.
Buna görə də üçüncü silkdən olan deputatlar
1789-cu il
iyunun 17-də
Baş Ştatlardan çıxıb tenis topu oynanılan zala yığışaraq Konstitusiya qəbul edilməyənəcən buranı
tərk etmiyəcəklərinə and içdilər və
özlərini
vəzifəsi ölkənin yeni Konstitusiyasını təsis etməkdən ibarət olan
Milli
Məclis elan etdilər.
QEYD:
İlk dəfə 1302-ci ildə kral IV Gözəl Fillip tərəfindən çağırılmış Baş Ştatlar inqilabın gedişi zamanı
adı dəyişdirilərək əvvəlcə Milli Məclis (1789-cu il, 17 iyun) daha sonra isə Müəssislər Məclisi (1789-cu il, 9 iyul)
Qanunverici Məclis (1991-ci il, sentyabr) Milli Konvent (1792-ci il, 10 avqust) adlandırılmışdı.
Fransa burjua inqilabının başlanması (1789-cu il, 14 iyul)
Vəziyyətin ağır olduğunu görən kral
parlamenti zor gücünə buraxmaq üçün qoşunları Parisə və Versala çəkib
gətirməyə başladı.
Buda cəmiyyətdə gərginliyin artmasına səbəb oldu.
Buna cavab olaraq Parisdə xalq kütlələri
ayağa qalxaraq
Milli qvardiya yaratdılar.
Parisdə mütləqiyyətin dayağı, kral sarayı olan
Bastiliya
qalası idi.
1789-cu il iyulun 14-də
xalq Parisin mərkəzində
yerləşən Bastiliya qalası üzərinə hücum etdi.
Bastiliyanın ələ
keçirilməsi
mütləqiyyətin devrilməsinə,
konstitusiyalı monarxiya
rejiminin təsbit olunmasına şərait yaratdı və
Fransa burjua
inqilabı başladı.
14 iyul günü bu gün də Fransada milli bayramı
kimi qeyd edilir.
Parisdə inqilabın qələbəsi bütün ölkədə güclü
inqilabi yüksəliş üçün siqnal oldu
. Üsyançıları dəstəkləyən Milli
Məclis
həmin ildə xalqın xeyrinə aşağıdakı tədbirləri həyata
keçirdi:
Feodal imtiyazlarının və kilsə vergisinin ləğv
olunması barədə dekret verildi.
«İnsan və vətəndaş hüquqları Bəyannaməsi» qəbul
edildi.
Fransada «İnsan və vətəndaş hüquqları Bəyannaməsi»nini qəbul edilməsi (1789)
1789-cu ildə Milli Məclis (Müəssislər Məclisi) tərəfindən Fransada
«İnsan və vətəndaş hüquqları
Bəyannaməsi» adlı sənəd qəbul olundu.
Bəyannamə ABŞ-ın «İstiqlaliyyət Bəyənnaməsi» əsasında tərtib edilmişdi.
«İnsan və vətəndaş hüquqları Bəyannaməsi»
nə əsasən:
Xalq hakimiyyətin yeganə mənbəyi elan edildi.
Vətəndaşlara söz, vicdan, mətbuat azadlığı verildi.
Zülmə qarşı müqavimət hüququ elan edildi.
1789-cu il 5 may, Versalda Baş ştatların açılışı. 1789-cu il 17 iyun, üçüncü silkin nümayəndələrinin
yeni Konstitusiya təsis etmək üçün top oynanılan zala toplaşması
1789-cu il 14 iyul, Bastiliya qalasının
alınması
203
Silki imtiyazlar və mütləqiyyət rədd edildi.
Mülkiyyət toxunulmaz və müqəddəs elan olundu.
QEYD:
Xalq hakimiyyəti ideyasının irəli sürülməsi ABŞ-ın
«İstiqlaliyyət Bəyənnaməsi»
və Fransanın
«İnsan və vətəndaş hüquqları Bəyannaməsi»
arasında oxşar cəhət təşkil edir. Ümumiyyətlə, XVIII əsrin ikinci
yarısı ABŞ və Fransa tarixi üçün xeyli oxşar cəhətlər var idi. Belə ki, hər iki dövlət
İngiltərə ilə müharibə apardı,
respublika elan olundu və burjua inqilabları baş verdi.
«Hüquqlar haqqında Bill»
«İstiqlaliyət Bəyannaməsi»
«İnsan və vətəndaş hüquqları
Bəyannaməsi»
1689-cu ildə İngiltərə parlamenti
tərəfindən qəbul edilmişdi. Qanuna
əsasən:
Andlılar məhkəməsinin
hüquqları genişləndirildi.
Hökumət dəyişmələri yalnız
parlament yolu ilə həyata
keçirilə bilərdi.
Kral parlamentin razılığı
olmadan ordu saxlaya, vergiləri
təyin edə və parlamentin qəbul
etdiyi qanunları ləğv elə
bilməzdi.
1776-cı ildə ABŞ-da qəbul
edilmişdi. Qanuna əsasən:
ABŞ-ın yaradıldığı elan edildi.
Üsyan qaldırmış müstəmləkər
İngiltərədən ayrıldığını elan
etdilər.
İngiltərənin Şimali Amerikadakı
müstəmləkələri tam
müstəqilliyinin elan etdilər.
İnsanların hüquq bərabərliyi
elan edildi.
1789-cu ildə Fransada qəbul
edilmişdi. Qanuna əsasən:
Xalq hakimiyyətin yeganə
mənbəyi elan edildi.
Vətəndaşlara söz, vicdan,
mətbuat azadlığı verildi.
Zülmə qarşı müqavimət hüququ
elan edildi.
Silki imtiyazlar və mütləqiyyət
rədd edildi.
Mülkiyyət toxunulmaz və
müqəddəs elan olundu.
Fransanın ilk konstitusiyasının qəbul olunması (1791)
Fransanın ilk konstitusiyası
1791-ci ilin sentyabrında
qəbul edildi.
Bu Konstitusiyaya əsasən:
Fransa
konstitusiyalı monraxiya
elan edildi.
Kral
icraedici hakimiyyətin başçısı elan olunurdu və nazirləri vəzifəyə təyin edirdi.
Nazirlər ancaq kral qarşısında məsuliyyət daşıyırdılar.
Ali
qanunvericilik hakimiyyəti Qanunverici məclisə verilirdi.
Əhali tərəfindən seçilən
Andlılar məhkəməsi yaradıldı.
Yalnız mülkiyyəti olan adamlar seçki hüququna malik oldular.
Daxili gömrükxanalar, sexlər ləğv edildi və v
ahid metrik sistem yaradıldı.
Fransa inzibati cəhətdən
departamentlərə bölündü.
Konstitusiyaya əsasən qanunverici Məclisə seçkilər keçirildi. İri burjuaziya və böyük torpaq sahibi olan
zadəganlar Məclisdə üstünlük təşkil etdilər.
Jironda departamentindən olan deputatlar Qanunverici məclisdə
daha
çox
nüfuz
qazanmışdılar.
Jironda departamentindən
olan
nümayəndələri
buna
görə
də
Məclisdə
jirondistlər adlandırırdılar.
QEYD:
Əslində yoxsullara seçki hüququnun verilməməsi və seçkilərdə əmlak senizinin tətbiqi «İnsan və
vətəndaş hüquqları Bəyannaməsi
»nin müddəalarının pozulması demək idi.
Monarxiyanın devrilməsi (1792-ci il, 10 avqust)
Avropa dövlətləri inqilabın Avropaya yayılmasının qarşısını
almaq üçün krala kömək edirdilər. Bu məqsədlə,
1792-ci ilin fevralında
Avstriya ilə
Prussiya Fransa inqilabına qarşı birinci
əksinqilabi
koalisiya (ittifaq) yaratdı. Beləliklə,
Fransaya qarşı hərbi müdaxilə
başladı. Bu zaman Milli Məclis
«Vətən təhlükədədir» çağırışı ilə xalqa
müraciət etdi. Çağırışa cavab olaraq minlərlə könüllü vətənpərvər
mahnılar oxuya-oxuya Parisə toplaşdı.
Marsel şəhərində olan hərbi
hissənin oxuduğu mahnı xüsusi şöhrət qazandığı üçün sonralar bu
mahnı
«Marselyeza» adı ilə Fransanın milli himni oldu.
Qanunverici
məclisin çağırışı ilə Parisdə toplaşmış könüllü dəstələr
kralın
devrilməsini tələb edirdilər.
İnqilabi dəstələr
1792-ci il avqustun 10-da
kral sarayına hücum edib, sarayı aldılar.
Bundan sonra Qanunverivi
məclis:
Kralı hakimiyyətdən məhrum edərək həbsə aldı. Bu hadisə ilə Fransada monarxiya süqut etdi.
Əmlak sezini ləğv etdi. Milli Məclisə (konventə) seçkilər təyin edildi.
Tomas Ceferson
10 avqust, 1792-ci il. Üsyançılar kral
sarayına hücum edərək sarayı tutdular,
monarxiya süqut etdi