204
Bu zaman
Prussiya ordusu sərhəddi keçdi və Fransa ərazisinə soxuldu.
Verden təslim oldu. Bundan sonra
Paris üzərinə yol açıldı, Fransa üçün böyük təhlükə yarandı.
1792-ci il sentyabrın 20-də Valmi döyüşündə
fransızlar Prussiya qoşunlarını məğlub etdilər. Qələbə nəticəsində -
fransız xalqında ruh yüksəkliyi yarandı və
qələbə Avropaya çox böyük təsir göstərdi. Tezliklə avstriyalılar da məğlubiyyətə uğradıldı.
1792-ci il sentyabrın 20-də, Valmi
qələbəsi günü Parisdə Milli Konventin iclası açıldı. Milli Konvet:
sentyabrın 21-də
kral hakimiyyətinin ləğv edilməsi haqqında qərar qəbul etdi.
sentyabrın 22-də
monarxiya devrildi və Fransa respublika elan olundu.
QEYD:
Fransada Birinci respblika 1792-1804-cü illərdə mövcud olmuşdu.
Respublika elan edilməsi 1649-cu il İngiltərə və 1792-ci il Fransa tarixi üçün oxşar cəhət
təşkil edir.
Yakobin diktaturasının qurulması (1793-1794)
Seçkilərdən sonra Milli Konventdə
jirondistlər yenə də üstün mövqeyə malik idilər.
Jirondistlər
respublikaya müvəqqəti hal kimi baxır, kral hakimiyyətinin bərpasını
istəyirdilər. Milli Konventdə respublikaçı mövqe tutan
yakobiçlər (onlar Konventin iclas
salonunda yuxarı oturacaqlarında əyləşdiklərinə görə belə adlanırdılar) jirondistlərdən
fərqli olaraq, demokratik mövqe nümayiş etdirirdilər.
Yakobiçlər qrupunun başında
Robespyer, Danton və
Mart dururdu.
Konventdə yakobinçilərlə Fransa inqilabından on ay sonra iqtidarı ələ keçirən
jirondistlər arasında kəskin mübarizə yakobinçilərin qələbəsi ilə nəticələndikdən sonra
jirondist deputatlar Konventdən qovuldu. Bununlada jirondistlərin hakimiyyəti başa çatdı
və onları yakobinçilər əvəz etdi. Beləliklə, jirondistlərin Konventdən qovulması ilə
Konventə yeni seçkilər başlandı, nəticədə yakobinçilər hakimiyyətə gəldi. Yakobinçilər
Konventdə jirondistlər üzərində qələbə çaldıqdan sonra:
kralın Konventin mühakiməsinə verilməsinə nail oldular.
1793-cü ilin əvvəlində kralı və kraliçanı edam etdirdilər.
Yakoninçilərin həyata keçirdiyi tədbirlər
Yakobinçilərin dövründə (1793-1794) Yakobin hökuməti aşağıdakı mühüm tədbirləri həyata keçirdi:
Konventdə Fransanın yeni – ikinci Konstitusiyası qəbul edildi.
Feodal vergi və mükəlləfiyyətlərinin tamamilə və əvəzsiz ləğv edilməsi haqqında dekret verildi.
Tutulan kəndli torpaqları sahiblərinə qaytarıldı, kəndlilər torpaq mülkiyyətçisi oldular.
Konvent hərbi tribunal yaratdı, əks-inqilabçılara qarşı sərt qanunlar qəbul olundu.
Vətənə xəyanət edənlər gilyotin maşını ilə edam edildi.
XVI Lidovikin qilyotin alətində edam edilməsi
Gilyotin - bir sıra Avropa ölkələrində barəsində ölüm hökmü çıxarılmış məhkumun edam üsulunda
istifadə edilən alətə verilən ad idi. Gilyotin 1738-ci ildə Fransada anadan olan ixtisasca həkim Giyotin
tərəfindən təkmilləşdirilib. Aləti icad edən şəxsin isə Giyotinin müəllimi Antuan Lui olduğu mənbələrdə
qeyd olunur. Alət Parisin məşhur Qrevs meydanında ölmüş insanlar üzərində sınaqdan keçirilərək
bəyənildikdən sonra 1791-ci ildə qəbul edilərək Fransa Cinayət Məcəlləsinə daxil edilir. Maraqlıdır ki,
edamdan qabaq oxunan ölüm hökmündə məhkumun Fransa xalqı adından edam edildiyi bəyan edilirdi.
Təkcə Fransada terror dövrü kimi xarakterizə edilən 1793- 1794-cü illlərdə, yakobinçilər təfindən
40 min insan gilyotin aləti ilə edam edilmişdi. Fransada sonuncu dəfə kütlə qarşısında gilyotin alətində
edam etmə üsulu 1977-ci ilə təsadüf edir. Bundan 4 il sonra, Fransada edam hökmü ləğv edildi.
Robespyer
Danton
Marat
205
Yakobinçi qrupların meydana gəlməsi
Yakobinçilər bir neçə qrupa bölünmüşdülər:
Mötədil qrup. Dantonun rəhbərliy etdiyi mötədil qrup
terror siyasətindən əl çəkməyi və inqilabi
demokratik diktaturanı ləğv etməyi tələb edirdilər.
«
İfrat yakobinçilər
»
qrupu.
Şomet və Eberin
başçılıq etdiyi bu
sol müxalifətçi qrup Robespyerin
rəhbərlik etdiyi
ali icraedici orqan olan
ictimai Qurtuluş Komitəsinin siyasətinə qarşı çıxırdı. Onlar
daha sərt tədbirlərin həyata keçirilməsinə çalışırdılar.
Robespyerçi qrup. Robespyerçi qrupunun məqsədi
-
iri mülkiyyəti müəyyən qədər məhdudlaşdıran,
demokratik respublika qurmaqdan ibarət idi.
Yakobin diktaturasını qruplar arasındakı
daxili çəkişmələr zəiflədirdi. İlk hər iki qrupun rəhbərləri inqilabi
Robespyer hökumətinə qarşı çıxdıqları üçün edam edildilər. Bu hadisə yakobinçilərin mövqeyini daha zəiflətdi və
yakobin bloku dağıldı.
Konventin
kənd təsərrüfatı fəhlələrinin çöl işlərinə göndərilməsi, varlı kənd juaziyasının məhsulunun
müsadirə edilməsi haqqında dekretləri vəziyyəti daha da gərginləşdirdi. Robespyer hökumətinə qarşı əks-inqilabi
blok yarandı.
1794-cü il 9 termidor (27 iyul) çevrilişi. Yakobin diktaturasının süqutu. İnqilabın başa çatması
Əvvəllər yakobinçi diktaturanı müdafiə edənlər Konventin narazı üzvləri ilə birləşdilər. Termidorun 9-da
(iyulun 27-də) suiqəsdçilər Konventdə qarmaqarışıqlıq salaraq Robespyeri və onun tərəfdarlarının həbs edilməsi
haqqında qərar qəbul edib onların edam edilməsinə nail oldular.
Beləliklə,
1794-cü il,
9 termidor (27 iyul) çevrilişi
nəticəsində:
Yakobinçilər diktaturasına son qoyuldu.
Fransa burjua inqilabı başa çatdı.
Termidorçular (Direktoriya irticası) hakimiyyətə gəldilər.
Hakimiyyət yenidən iri burjuaziyanın əlinə keçdi.
1794-cü il, 9 termidor (27 iyul) çevrilişi. Suiqəsdçilər Konventdə qarmaqarışıqlıq salaraq çevriliş etdilər.
Yakobin diktaturası süqut etdi. Robespyer və onun tərəfdarları həbs edilərək gilyotin qurğusunda edam edildilər
.
Fransa burjua inqilabının əhəmiyyəti
1789-1794-cü illər Böyük Fransa burjua inqilabı
böyük əhəmiyyətə malik idi. Belə ki:
Fransa burjua inqilabı əvvəlki inqilablardan fərqli olaraq, feodal-mütləqiyyət sistemini tam aradan
qaldıran yeganə burjua inqilabı idi
İnqilabın qələbəsi Fransada kapitalizmin inkişafının sürətlənməsinə səbəb oldu və ümumdünya tarixinin
sonrakı gedişinin dəyişməsinə ciddi təsir göstərdi.
QEYD:
Feodalizm quruluşunun kapitalizm quruluşu ilə əvəz edilməsi İngiltərə və Fransa burjua
inqilablarının nəticələrinə aid oxşar cəhət təşkil edir.