208
1799-cu il, 18 brümer (9 noyabr) çevrilişi
Direktoriyanın hakimiyyəti dövründə Fransanın daxili vəziyyəti qeyri-sabit idi. Ölkədə iqtisadi tənəzzülün
qarşısını almaq mümkün olmadı. İşğalçı müharibələr ölkəyə baha başa gəlirdi. Xalq kütlələrinin güzəranı getdikcə
pisləşirdi. İri burjuaziya Direktoriya hökumətini ölkədə qayda-qanun yarada bilməməkdə günahlandırırdı. Xüsusən
demokratik qrupların güclənməsi iri burjuaziyanı qorxudurdu. Yeni
Yakobin klubu yaranmışdı. Digər tərəfdən
royalistlər -
monarxiya tərəfdarları fəallaşmışdı. İri burjuaziya isə monarxistlərdən və demokratik qüvvələrdən
qorunmaq üçün
möhkəm hökumət yaratmağa çalışırdı.
Direoktoriyanın idarəçilikdəki böhranı şəraitdə
burjuaziyanın ümidi general
Napaleon Bonaparta yönəlmişdi.
Çevriliş tərəfdarları üçün Napoleon Bonapart ən
layiqli namizəd idi. Müdaxiləçilərin ölkədən qovulmasındakı xidmətləri, İtaliya, Misir səfərləri onun şöhrətini
artırmışdı. Sui-qəsdçilər məqsədlərinə çatmaq üçün əvvəlcə Napoleonu Paris qarnizonunun komandanı təyin
etdirməyə nail oldular.
Bundan sonra iri burjuaziya dövlət çevrilişi planını həyata keçirməyi Bonaparta həvalə etdi.
1799-cu il noyabrın 9-da (brümerin 18-də) dövlət çevrilişini
həyata keçirmək üçün Bonapartın qoşunları tərəfindən Qanunverici
Korpusun binası tutuldu. Əsgərlər Qanunverici Korpusun iclas
salonuna soxuldular.
1799-cu il 18 brümer çevrilişi
nəticəsində:
Direktoriya buraxıldı və hakimiyyət üç konsula, o
cümlədən Bonaparta verilməsi haqqında qərar qəbul
edildi, Bonaparta birinci konsul rütbəsi verildi.
Fransa tarixində yeni dövr - Napalion Bonapartın
hərbi burjua diktaturası dövrü başladı.
İri burjuaziyanın hərbi diktaturası quruldu.
Burjua əksinqilabı qəti qələbə qazandı.
Çevrilişdən sonar hakimiyyət üç konsulun əlinə keçsə də
əslində, hakimiyyət
Napoleonun əlində idi.
QEYD:
Diktatura idarə üsulu qurulması İngiltərədəki 1653-cü il tarixli dövlət çevrilişi ilə Fransadakı 1799-
cu il 18 brümmer dövlət çevrilişi arasındakı oxşar cəhət təşkil edir.
İri burjuaziyanın diktaturası. Konsulluq dövrü (1799-1804)
Fransada Konsulluq dövrü
1799-1804-cü illəri əhatə edir. Bu dövr həmçinin Napalion Bonapartın Birinci
konsulluğu dövrü də adlanır. Konsulluq dövründə,
1799-cu il dekabrın 24-də plebissit (ümumxalq səsverməsi)
yolu ilə Fransanın yeni Konstitusiyası qəbul edildi.
Konstitusiyaya görə:
Fransada yenə də respublika quruluşu zahirən saxlanıldı.
Faktiki olaraq bütün hakimiyyət 10 il
müddətinə seçilən üç konsula verildi.
Birinci konsul kimi Napoleona böyük səlahiyyətlər verildi (O, qanunvericilik təşəbbüsü ilə çıxış edə
bilərdi). Napoleon Bonapart, həmçinin silahlı qüvvələrin ali baş komandanı idi.
İkinci və üçüncü konsullar yalnız
məşvərətçi səsə malik idilər
Qanunverici hakimiyyət üç orqan -
Dövlət şurası, Tribunat və
Qanunverici korpus arasında
aşağıdakı kimi bölüşdürüldü:
Dövlət şurası - qanun layihələrini hazırlayırdı.
Tribunat - qanunları müzakirə edirdi.
Qanunverici korpus -
qanunları ya qəbul, ya da rədd edirdi.
Konsulluq dövründə Bonapart özünü ömürlük konsul elan etmişdi.
Bu isə o demək idi ki Fransa yeni monarxiyaya doğru gedirdi. Lakin bu
monarxiya feodal monarxiyası deyil,
burjuaziyanın hakimiyyətini həyata
keçirən monarxiya idi.
Napoleon Bonapart özünü ömürlük konsul elan
etməklə monarxiya sisteminə doğru geriyə addım atmışdı.
Konsulluq dövründə
ölkədə əvvəllər qəbul edilmiş əksər
azadlıqlar, o cümlədən mətbuat azadlığı ləğv edilmişdi.
1794-cü il
9 termidor çevrilişinin nəticələri
1799-cu il 18 brümer çevrilişinin nəticələri
Yakobin diktaturasına son qoyuldu.
Fransa burjua inqilabı başa çatdı.
Fransada iri burjuaziya hakimiyyətə gəldi.
Hakimiyyət üç konsula verildi.
İri burjuaziyanın hərbi diktaturası yaradıldı.
Bonapartın hərbi diktaturası dövrü başladı.
1799-cu il 18 brümer (9noyabr) çevrilişi
209
Əgər inqilab ərəfəsində burjuaziya katolik
kilsəsinə mənfi münasibət bəsləyirdisə, Konsulluq
dövründə isə əksinə olaraq kilsə ilə ittifaqa can atırdı.
1801-ci ildə Nopalion papa
VII Piy ilə saziş
bağladı.
Bu sazişə görə
xristian dininin
katolik məzhəbi əksər
fransızların dini
kimi qəbul edildi. Bununla da, katolik
kilsəsi Napoleonun idarə üsulunu möhkəmləndirən
vasitəçiyə çevrildi.
Fransa Konstitusiyaları
1791-ci il Konstitusiyası
1795-ci il Konstitusiyası
1799-cu il Konstitusiyası
Fransa
konstitusiyalı monraxiya
elan edildi.
Kral
icraedici
hakimiyyətin
başçısı elan olunurdu və nazirləri
vəzifəyə təyin etmək hüququ aldı.
Nazirlər ancaq kral qarşısında
məsuliyyət daşıyırdılar.
Ali qanunvericilik hakimiyyəti
Qanunverici Məclisə verilirdi.
Əhali tərəfindən seçilən
Andlılar
məhkəməsi yaradıldı.
Yalnız mülkiyyəti olan adamlara
seçki hüququ verildi.
Daxili gömrükxanalar və sexlər
ləğv edildi. Vahid metrik sistem
yaradıldı. Fransa inzibati cəhətdən
departamentlərə bölündü.
Fransada respublika
quruluşunu saxlanıldı.
Ümumi
seçki hüququ ləğv
edildi.
Yakobinçilər tərəfindən
ləğv edilən əmlak senzi
bərpa olundu (seçicilər
üçün əmlak və yaş senzi
qoyuldu).
Ali
qanunverici
hakimiyyət iki
palatadan
ibarət olan
Qanunverici
Korpusa verildi.
İcraedici hakimiyyət
beş
direktordan ibarət olan
Direktoriyaya
həvalə
edildi.
Fransada respublika quruluşu
saxlanıldı.
Faktiki olaraq bütün hakimiyyət
10 il müddətinə seçilən
üç
konsula verildi.
Silahlı
qüvvələrin
ali
baş
komandanı olan
birinci konsula
qanunvericilik təşəbbüsü ilə çıxış
edə bilmək hüququ verildi.
İkinci və üçüncü konsullar
yalnız
məşvərətçi səsə malik
idilər.
Qanunverici hakimiyyət üç orqan
-
Dövlət şurası, Tribunat və
Qanunverici korpus arasında
bölüşdürüldü.
Nopalion ilə papa VII Piy arasında saziş bağlanması