Anar İsayev Ramil Rəhimov


Rusiya    Sosial-iqtisadi və siyasi vəziyyət



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə99/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   95   96   97   98   99   100   101   102   ...   120

 
210 
 
Rusiya 
 
Sosial-iqtisadi və siyasi vəziyyət 
XVII əsrin əvvəllərində Rusiyada  sosial-iqtisadi vəziyyət aşağıdakı kimi idi: 

 
Natural təsərrüfat hökmüran olaraq qalırdı. 

 
Hər bir feodal mülkünün torpaqları ağa və kəndli torpaqlarına bölünmüşdü. 

 
Kəndlilər həm öz pay torpaqlarını, həm də ağa torpaqlarını becərirdilər. 

 
Kənd təsərrüfatı bəsit əkinçilik texnikasına əsaslanırdı


 
Əmək alətlərinin təkmilləşdirilməsi olduqca ləng  gedirdi. 

 
Kəndlilər  mülkədarların  -  feodalların  torpağına  təhkim  olunmuşdular 
(kəndlilər feodaldan şəxsən asılı idilər)
. 
Göründüyü  kimi,  XVII  əsrin  əvvəllərində  qabaqcıl  Avropa  ölkələrində 
kapitalist münasibətləri inkişaf etdiyi halda Rusiyada 
natural təsərrüfat hələ də öz 
hökmranlığını qoruyub saxlamışdı. 
XVII  əsrdə    Rusiyasının  sosial-iqtisadi  həyatında  baş  verən  dəyişikliklər 
siyasi quruluşa da təsir göstərirdi.
 
Çarın təkbaşına hakimiyyəti Rusiyada mütləqiyyət 
rejiminin  yarandığını  göstərirdi
.  1613-cü  ildə  Zemstvo  yığıncağında  Mixail 
Romanov  (1613-1645)  çar  seçildi.
 
Bu  hadisə  ilə  Rusiyada  yeni  sülalənin  – 
Romanovlar  sülaləsinin  (1613-1917)    hakimiyyəti  başladı.  Mixail  Romanovdan 
sonra 
Rusiyanın hökmdar taxtına Aleksey Mixayloviç Romanov (1645-1676) çıxdı.  
 
  
        
 
 «Məclis Qanunnaməsi»nin qəbul olunması (1649) 
1649-cu  ildə   
Aleksey  Romanovun  yaxından  iştirakı  ilə 
Rusiyanın  yeni  qanular  külliyyatı  olan  «Məclis 
Qanunnaməsi»
 
qəbul olundu. Rusiyada qəbul edilmiş  «Məclis Qanunnaməsi»
 
 ilə:
 

 
Çarın mütləq hakimiyyəti  möhkəmləndirildi. 

 
Kəndlilərin təhkimçilik asılılığının rəsmiləşdirilməsi prosesi başa çatdırıldı. 

 
Zadəganların malikanələrinə mülk hüququ verilməsi təsdiq edildi.
 
 
 
 
XVII əsrdə Rusiyanın dövlət quruluşu 
XVII əsrin ikinci yarısında Rusiyanın dövlət quruluşu aşağıdakı kimi idi:
 

 
Boyar duması - ölkədə məşvərətçi orqan idi. 

 
Prikaz  sistemi  ən  yüksək  inkişaf  səviyyəsinə  çatdı,  sayı  çoxaldı  və  səlahiyyətləri  genişləni,  saray, 
maliyyə,  hərbi,  məhkəmə,  vilayət  və  digər  sahələrə  bölünürdü.  Lakin  onlar  arasında  münasibətlər  tam 
aydınlaşdırılmadığı üçün dövlətin idarə edilməsinə maneçilik törədirdilər
 

 
İnzibati vahid  qəza  idi. 
Çar qəzaları idarə etmək üçün boyar və zadəganlar sırasından voyevodalar təyin 
edirdi. 
Voyevodalar
  idarə  etdiyi  ərazidə  qoşuna  və  məhkəməyə  başçılıq  edir,  vergilərin  toplanmasına 
nəzarəti həyata keçirirdi.
 
Kəndlilərin təhkimçilik 
asılılığının rəsmiləşdirilməsi 
prosesi başa çatdı 
 
Çarın mütləq hakimiyyətini 
möhkəmləndirdi 
 
Zadəganların mülkiyyət  
hüququ təsdiq edildi
 
 
«Məclis Qanunnaməsi» 
 
Mixail Romanov 
 
Aleksey Romanov
 
Zemstvo  yığıncağı     Rusiyada silklərin  nümayəndələrindən 
ibarət  dövlət  orqanı  idi.  Zemstvo  yığıncağı     Müqəddəs  kilsənin, 
Boyar  Dumasının,  “hökmdar  sarayı”nın  üzvlərindən,  eləcə  də 
seçkili və əyalət zadəganlarından və şəhərin yuxarı təbəqələrindən 
ibarət  idi.  Zemstvo  yığıncağında  xarici  siyasət,  maliyyə,  vergi 
qoyulması  və  s.  kimi  mühüm  dövlət  əhəmiyyətli  məsələlərə 
baxılırdı.  Çar  hakimiyyəti  möhkəmləndikdən    sonra  Zemstvo 
yığıncaqları  getdikcə  daha  az,  yalnız  hökumətin  təşəbbüsü  ilə 
çağırılmağa başlandı. 
 
 
Zemstvo yığıncağı
 
 


 
211 
 

 
Ordunun  təşkilində  dəyişiklik  edilmişdi.  Zadəgan  süvari  qoşunları  ilə  yanaşı,  nizamlı  əsgər  alayları 
(piyadalar),  reytar  alayları  (süvarilər)  və  draqun  alayları  (qarışıq  qulluq)  yaradılmışdı.  Bu  dövrdə 
Xəzər dənizində donanma təşkilinə də başlanılmışdı.
 

 
Kilsə dövlətə tabe etdirilmişdi. 
 
Ümumrusiya bazarının yaranması 
XVII əsrin əvvəllərindən başlayaraq Rusiyanın təsərrüfat həyatında yeni əlamətlər  meydana gəldi. Bu, hər 
şeydən əvvəl, əmtəə  istehsalının  -  bazarda satmaq üçün  məhsul istehsalının  inkişafında  özünü  göstərirdi.  Bu da 
natural  təsərrüfatın  dağılmasına  səbəb  olurdu.  Kənd  təsərrüfatı  məhsullarının  satışı  mülkədarlara  əlavə  mənfəət 
verirdi. Buna görə də yaşayış üçün zəruri olan taxıl əmtəə xarakteri almağa başlamışdı. Lakin  təhkimçilik asılılığı 
kəndlilərin bazarla əlaqəsinə ciddi mane olurdu.  
XVII  əsrin  ikinci  yarısından 
kənd  təsərrüfatının  və  sənətkarlığın  inkişafı, 
manufakturaların  meydana 
gəlməsinə  səbəb  olurdu. 
Metal  istehsalı  və  emalı  xeyli  inkişaf  etmiş, 
çuqun  və  dəmir  istehsal  edən,  mis  əridən 
zavodlar tikilmişdi. Bu tip zavodlar əsasən Uralda inşa edilmişdi. Odlu və soyuq silahlar istehsal etmək üçün xüsusi 
manufaktura - Moskva Silah palatası yaradılmışdı. Bəhs olunan dövrdə İzmaylovski və Voskresenski kəndlərində 
şüşə  manufakturalarının,  Nijni  Novqorodda  və  Voloqdada  kətan  manufakturasının,  ölkənin  şimalında  və 
Volqaboyunda duzxanaların əsası qoyulurdu. XVII əsrin sonlarında Rusiyada artıq 80-ə qədər manufaktura fəaliyyət 
göstərirdi. Sənaye malları təkcə şəhərlərdə deyil, kənd yerlərində də istehsal olunurdu. Oka çayı sahilindəki Pavlovo 
kəndi metal emalı sahəsində ixtisaslaşmışdı. İvanovo kəndinin sakinləri kətan parça istehsalı ilə məşğul olurdular. 
Manufaktura  istehsalının  və  ticarət  əlaqələrinin  genişlənməsi  şəhərlərin  inkişafına  təkan  verdi.  Şəhərlər 
tədricən ölkənin sənaye-ticarət mərkəzlərinə çevrilirdilər. Moskva, Novqorod, Yaroslavl, Kazan, Nijni Novqorod 
şəhərləri xüsusi olaraq fərqlənirdilər. 
XVII  əsrin  ikini  yarısında  Rusiyada  bazarların  bir-birilə  əlaqəli  olması    Vahid  Ümumrusiya  bazarının  
yaranmasına    gətirib  çıxarmışdı.
  Çoxsaylı  yerli  ticarət  məntəqələri  -  «bazarlar»la  yanaşı,  Ümumrusiya  bazarının 
formalaşmasını  təmin  edən  yarmarkalar  meydana  gəlirdi.  Ən  böyük  yarmarkalar  Moskva,  Arxangelsk    Nijni 
Novqorodda fəaliyyət göstərirdi. 
Daxili  ticarətlə  yanaşı,  xarici  ticarət  də  inkişaf  edirdi.  Rusiya  Qərbdə  İngiltərə,  Hollandiya,  İsveç,  Reç-
Pospolita,  Şərqdə  isə  Azərbaycan,  Çin,  Hindistan,  İran  və  Mərkəzi  Asiya  ölkələri  ilə  ticarət  əlaqələri  saxlayırdı. 
XVII əsrin ortalarında Rusiyada tətbiq edilmiş «Ticarət nizamnaməsi»nə görə: 

 
Vahid gömrük vergisi müəyyənləşdirildi. 

 
Bir çox daxili gömrük rüsumları ləğv olundu
Yerli tacirlərin mənafeyini nəzərə alan çar hökuməti 1667-ci ildə «Yeni ticarət nizamnaməsi»ni qəbul etdi. 
«Yeni ticarət nizamnaməsi»nə əsasən: 

 
Rusiya bazarlarında xarici tacirlərə pərakəndə mal satmaq qadağan edildi. 

 
Xarici tacirlər yalnız sərhəd şəhərlərində ticarət edə bilərdilər
Beləliklə,  xırda  əmtəə  istehsalının  və  manufaktura  sənayesinin  genişlənməsi,  şəhərlərin  çoxalması, 
ticarətin  inkişafı  Rusiyada  əmtəə  istehsalının  və  pul  tədavülünün  gündən-günə  artmasına,  vilayətlər  arasında 
əlaqələrin genişlənməsinə səbəb oldu. 
 
XVII əsrin ikinci yarısında Rusiyanın xarici siyasəti 
XVII  əsrin  ortalarında  Rusiyada  mərkəzi  hakimiyyətin  möhkəmləndirilməsi  dövlətin  fəal  xarici  siyasət 
yeritməsinə imkan yaratdı. Bu dövrdə Rusiyanın xarici siyasətində üç əsas məsələ mühüm yer tuturdu: 
1.
 
Ukrayna və Belarusiya  torpaqlarını Rusiyaya birləşdirmək. 
2.
 
Ukrayna  və Belarusiya zəbt edildikdən sonra Qara dəniz sahillərinə yiyələnmək. 
3.
 
Baltik dənizi sahillərinin ələ keçirmək  və dənizə çıxış ələd etmək. 
XVII əsrin ortalarında Ukrayna  və Belarusiya  torpaqları Polşa    Litva  maqnatlarının   (Reç Pospolita 
dövlətinin)  tərkbində  idi.  Ukrayına  və  Belorusiyada  Reç-Pospolita  hökmüranlığına  qarşə  azadlıq  mübarizəsi  baş 
verən  zaman  Rusiya  dövləti  bundan  öz  xeyrinə    istifadə  edərək 
1667-ci  ildə  Solsahil  Ukraynası  və  Kiyevi  özünə 
birləşdirdi.  
Həmin  dövrdə  Rusiyanın  Ukraynaya  tamamilə  yiyələnmək  cəhdləri  Osmanlı  dövləti  ilə  müharibəyə  səbəb 
oldu.    Osmanlı  imperiyasının  Ukrayna  uğrunda  Rusiya  ilə  apardığı  müharibə  1681-ci  ildə  Baxçasaray  sülhü  ilə 
başa çatdı. Baxçasaray sülhünün şərtlərinə əsasən: 

 
Osmanlı sultanı Solsahil Ukraynasının Rusiyaya birləşdirilməsini qəbul etdi. 

 
Sağ sahil Ukraynası Osmanlı dövlətinə verildi 

 
Dnepr çayı iki dövlət arasında sərhəd oldu. 
Bu müharibə Osmanlı imperatorluğu ilə Rusiya çarlığı arasında baş verən ilk böyük müharibə idi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə