206
1794-1799)._1795-ci_il_termidorçu_Konstitusiyası_Fransada_«_yeni_varlılar_»'>Termidor (Direktoriya) irticası dövrü (1794-1799). 1795-ci il termidorçu Konstitusiyası
Fransada
«
yeni varlılar
»
inqilab illərində əldə edilmiş var-dövlətin qorunub saxlanmasında maraqlı olan iri
burjuaziyanın nüfuzlu nümayəndələri idilər. Onlar termidor çevrilişi nəticəsində hakimiyyətə gəldiyi üçün
1794-
1799-cu illərdə hakimiyyətdə olduğu dövr də
termidor irticası dövrü adlandı.
1795-ci ilin
payızında
termidorçu
Kovent yeni Konstitusiya qəbul etdi.
Bu, respublika təqvimi üzrə
«üçüncü il konstitusiyası» adlanırdı.
Termidorçu Konstitusiyaya əsasən:
Fransada respublika quruluşu saxlanıldı.
Ümumi seçki hüququ ləğv edildi .
S
eçicilər üçün əmlak və yaş senzi tətbiq olundu.
Qanunverici hakimiyyəti iki
palatadan ibarət Qanunverici Korpusa verildi.
İcraedici hakimiyyət
beş direktordan ibarət olan
Direktoriyaya
həvalə edildi
.
Zadəgan
Barrasın əsas rol oynadığı
Direktoriya dövründə Fransada aşağıdakı tədbirlər həyata keçirildi:
Jirondist deputatlar Konventin tərkibinə qaytarıldı.
Yakobin klubu bağlandı, onların üzvləri isə həbs və edam edildi.
Milli qvardiya yakobin tərəfdarlarından təmizləndi.
Monarxiya tərəfdarlarına qarşı qoyulan qadağalar zəiflədildi.
Yakobinçilərin tətbiq etdiyi sabit qiymətlər ləğv edildi.
Yakoninçilərin həyata keçirdiyi tədbirlər
Direktoriya dövründə həyata keçirilən tədbirlər
Respublika quruluşu saxlanıldı.
Fransanın ikinci Konstitusiyası qəbul edildi.
Feodal vergi və mükəlləfiyyətlər tamamilə və
əvəzsiz ləğv edilməsi haqqında dekret verildi.
Kəndlilər torpaq mülkiyyətçisi oldular. Tutulan
kəndli torpaqları sahiblərinə qaytarıldı.
Əks-inqilabçılara qarşı sərt qanunlar qəbul
olundu, vətənə xəyanət edənlər cəzalandırıldı,
hərbi tribunal yaradıldı.
Respublika quruluşu saxlanıldı.
Jirondistlər Konventin tərkibinə qaytarıldı.
Yakobin klubu bağlandı, üzvləri isə həbs və
edam edildi.
Milli qvardiya yakobin tərəfdarlarından
təmizləndi.
Yakobinçilərin tətbiq etdiyi sabit qiymətlər
ləğv edildi.
Monarxiya tərəfdarlarına qarşı qoyulan
qadağalar zəiflədildi.
Direktoriya dövründə daxili vəziyyət
Bütün tədbirlərə baxmayaraq Termidorçulatın apardığı
daxili iqtisadi siyasət ölkədə bahalığın, ərzaq çatışmazlığının
qarşısını ala bilmədi. Əhalinin yoxsul təbəqələrinin narazılığı
daha da artdı.
Direktoriyanın hakimiyyəti dövründə ölkə
daxilində
termidorçular tərəfindən sabit qiymətlərin ləğvi
bahalığın artmasına, ərzaq çatışmazlığına və aclığa səbəb
oldu. Odur ki,
1795-ci ilin yazında xalq kütlələri üsyan
qaldıraraq
çörək, həbs edilmiş demokratların azad
olunmasını və Konstitusiyanın bərpa edilməsini tələb
etdilər. Lakin üsyanlar amansızlıqla yatırıldı və üsyançıların
heç bir tələbi yerinə yetirilmədi.
1795-1796-cı illərdə Parisdə
Fransua Noel Baböf başda olmaqla əsas məqsədi
Direktoriyanı devirib yoxsullar diktaturasını qurmaq olan
«Bərabərlik uğrunda hərəkat» baş verdi. Lakin hərəkat
amansızlıqla yatırıldı.
1796-cı ilin mayında Baböf və onun
yaxın silahdaşları həbs edilərək edam edildi.
1796-cı il, «Bərabərlik uğrunda hərəkat»ın
yatırılması
207
Direktoriya dövründə xarici siyasət
Direktoriya dövründə
Fransanın aşağıdakı
hərbi uğurları iri burjuaziyanın mövqeyini daha da möhkəmləndirdi:
1796-1797-ci illərdə Napoleon Bonapartın başçılığı ilə İtaliyaya yürüş təşkil olundu.
Lodi döyüşündə
İtaliyadakı
Avstriya qoşunları məğlub edildi. Avstriya ilə bağlanan sülh müqaviləsinə əsasən
Belçika
Fransanın tabeliyinə keçdi. Napoleon Bonapartın hərbi istedadı
nəticəsində İtaliya tabe edildi.
1798-ci ildə Osmanlı dövlətinə məxsus olan Misiri öz müstəmləkəsinə çevirmək məqsədi ilə Napaleon
Misirə yürüş təşkil etdi. Yürüş nəticəsində Misirin əsas
şəhərləri olan İsgəndəriyyə və
Qahirə tutuldu.
1799-cu ildə İngiltərə dənizlərdə Fransaya qarşı müharibəni davam etdirdi. İngilis admiralı
Nelson
Abukir yaxınlığındakı
döyüşdə fransız donanmasını məğlub etdi. Bu zaman Suriyada yürüşdə olan
Napoleon səfərini yarımçıq qoyaraq ordusunu Misirə qaytardı və ölkəni tamamilə zəbt etdi. Bu uğurdan
sonra o, Fransaya qayıtdı.
a) 1796-1797-ci illər, Napoleonun İtaliyaya yürüş. Lodi döyüşü. İtaliyanın tabe edilməsi. b)Napoleonun
Misirə yürüşü. c) Abukir döyüşü. Nelsonun fransız donanmasını məğlub etməsi.
Napoleon Bonapart nəinki öz ölkəsinin tarixində, həmçinin Avropa tarixində dərin
iz qoymuş görkəmli hərbiçi və dövlət xadimi olmuşdur. O, 1769-cu ildə, o dövrdə
Fransanın müstəmləkəsi olan indiki İtaliyanın Korsika adasında vəkil ailəsində
dünyaya gəlmişdi. On beş yaşında Napoleon Parisin hərbi məktəbinə daxil olsa da,
atasının ölümündən sonra o, ali hərbi məktəbi yarımçıq qoyub orduda xidmətə
başlayır. 1789-cu ildə Fransa inqilabı başlayandan sonra onun karyerası sürətlə
yüksəlməyə başladı. 1793-cü ildə Tulon şəhərinin ingilis qüvvələrindən azad
edilməsində hazırladığı çarpaz artilleriya planı Napoleonun şöhrətini artırdı.
İyirmi dörd yaşında ona briqada generalı rütbəsi verildi. Yakobinçilər onu Fransanın
«daxili hərbi qüvvələrinin» komandiri təyin etdilər. 9 termidor çevrilişindən sonra
Napoleon həbs olundu. Onu yakobinçilərlə əlaqədə olduğuna görə vəzifəsindən azad
etmişdilər. Lakin hərbi uğurlarının nəzərə alınması onun həyatını xilas etdi. Direktoriya dövründəki bütün əsas
müharibələr Napoleonun rəhbərliyi ilə qələbələrlə başa çatdı.
Bu hadisədən xəbər tutan Napoleon Suriya yürüşünü yarımçıq qoyaraq geri döndü. Tərəflər arasında yenidən
döyüş baş verdi. Bu dəfə döyüşdə fransızlar qələbə qazandılar. Bu qələbə fransızlara 1802-ci ilə kimi Misirdə
mövqelərini saxlamağa imkan verdi.
Napoleon Bonapart 1798-ci ilin payızında Misir
ekspedisiyası zamanı bu torpaqları işğal etdikdən sonra
faktiki olaraq bu yerlərin hökmdarına çevrildi. 1799-cu
ildə o, Suriyanı ələ keçirmək üçün Misiri tərk etdi.
Osmanlılar bu əlverişli vəziyyətdən istifadə edərək
ingilislərin köməyi ilə Misiri geri almaq üçün 18000
nəfərlik ordu ilə Abukir burnundan Misir sahillərinə
qoşun çıxardılar. 1799-cu il, iyulunda İngilis admiralı
Nelson Abukir yaxınlığındakı döyüşdə fransız
donanmasını darmadağın etdi və osmanlılar həmin
əraziylərə yenidən sahib olurlar.