200
Fransa
Maarifçilik
Fransa burjua inqilabından çox-çox əvvəl
qabaqcıl ziyalılar
mütləq monorxiyanı və
feodal quruluşunu
tənqid etməyə başladılar. Bu böyük ideya hərkatı sonralar
maarifçilik, onun iştirakçıları idə
maarifçilər
adlandırıldı.
İngiltərə və Amerika burjua inqilablarının nəticələrindən bəhrələnən Fransa maarifçiləri yeni ideyalar
irəli sürürdülər.
XVIII əsrin əvvəllərindən başlayaraq maarifçilər
feodal quruluşunu tənqid edir, mütləq
monarxiyaya qarşı çıxırdılar.
XVIII əsr fransız maarifçilərinin görkəmil nümayəndələri
Monteskyö, Volter,
Russo, Melye və
Didro
idi.
Monteskyö:
mütləq monarxiyan və işğalçılıq müharibələrini pisləyirdi.
konstitusiyalı məhdud monarxiyanı ən yaxşı dövlət quruluşu hesab edirdi.
xüsusi mülkiyyətin toxunulmazlığını və şəxsi azadlığı yüksək qiymətləndirirdi.
fikirləri xırda və orta burjuaziyanın və zadəganların əhvali-ruhiyyəsini əks
etdirirdi.
Volter:
dini fanatizmi, zadəganların və ruhanilərin imtiyazlarını tənqid edirdi.
inqilab tərəfdarı deyildi, sadəcə mütləq monarxiyanı məhdudlaşdırmağa,
kilsənin nüfuzunu zəiflətməyə çağırırdı.
mövcud köhnəlmiş qaydaların dəyişdirilməsini inqilabla deyil,
«maariflənmiş
monarx»dan
özləyirdi.
hər kəsin qanun qarşısında bərabər olmasını, hər cür imtiyazların ləğv
edilməsini tələb edirdi.
Jan Jak Russo:
ideyalarına görə ölkənin idarə olunması üsulunu xalq özü təyin etməliydi.
iəndli və sənətkarların mənafeyi, əhvali- ruhiyyəsini tərənnüm edirdi.
xırda mülkiyyəti qanuni hesab edir, iri mülkiyyətin ləğvinə çalışırdı.
xırda və inqilabçı burjuaziyanın maraqlarını müdafiə edirdi.
Nə Monteskyö, nə də Volter inqilab tərəfdarı olmasalar da, onların yaydığı
ideyalar özləri də bilmədən inqilabi əhvali-ruhiyyənin güclənməsinə kömək edirdi.
Marifçi
Jan Melye kəndlilərin çətin vəziyyətlərinə yaxından bələd olaraq,
yoxsullara böyük hörmət bəsləyir, onların inqilabi arzularının ifadəçisi kimi çıxış edirdi.
O da mülkiyyət və imtiyazların ləğv edilməsinin tərəfdarı idi.
Ensklopediyaçılar
XVIII əsrin fransız maarifçilərini çox vaxt
ensklopediyaçılar adlandırırlar.
Onların əksəriyyəti
ensklopediya və yaxud
elm, incəsənət və sənətlərin izahlı lüğğətini
hazırlanmasında iştirak etmişdilər. Bu çoxcildli, izahlı lüğət
ilk dəfə
1751-ci ildə yazıçı
və filosof
Deni Didronun redaktəsi və
rəhbərliyi ilə
çıxmağa başlamışdı.
Volter, Russo
və başqa məşhur yazıçılar da ensiklopediyanın müəllifləri idilər.
Belə bir ensiklopediyanın nəşri hökuməti təşvişə saldı. Hakimiyyət ilk cildləri
yandırsa da, nəşri dayandıra bilmədi.
Təqiblərə baxmayaraq
ensklopediyanın 35 cildi
çapdan çıxdı.
Ensklopediya fransız maarifçilərinin qabaqcıl elmi və ictimai-siyasi
biliklərini yaymaq işini davam etdirdi. Bu dəyərli kitab ictimai-siyasi fikrin çox böyük
tribunasına və auditoriyasına çevrildi.
Ensklopediyaçılara
aiddir:
Onların məqsədi yaşadıqları dövrün elmi biliklərini, qabaqcıl ideyalarını
izah etmək və sistemə salmaq idi.
Feodal qaydalarını tənqid edir və xalqı bu qaydaların ləğvinə çağırırdılar.
Kilsəni tənqid edir, qeyri-məhdud kral hakimiyyətini pisləyirdilər.
Əhalinin silklərə bölünməsinə qarşı çıxır, insanların bərabərhüquqlu
vətəndaşlar olduğunu bildirirdilər.
Beləliklə,
maarifçilərin qabaqcıl ideyaları Fransa burjua inqilabının
hazırlanmasında və gedişində mühüm rol oynadı, inqilabın müjdəçisi, ilkin ideoloji şərti
oldu.
Mon
teskyö
Volter
Jan Jak Russo
Jan Melye
Deni Didro
201
Fransa burjua inqilabı ərəfəsində ölkədə siyasi və sosial-iqtisadi vəziyyət
XVIII əsrin sonlarında Fransa müstəmləkələr uğrunda İngiltərə ilə apardığı müharibələrdə məğlubiyyətə
uğradı. Belə ki, Fransa və İngiltərə arasında baş verən
Yeddiillik müharibə (1756-1763) nəticəsində Fransa
məğlub olaraq
Kanada və
Benqaliya kimi müstəmləkələrini itirdi.
XVIII əsr Fransası özünün dövlət quruluşu
baxımından
mütləq monarxiya idi.
Bununla belə kralın mütləq hakimiyyəti
getdikcə ruhani, burjuaziya və zadəganlar arasında
nüfuzunu itirirdi.
Hakimiyyətə gələn
XVI
Lüdovik (1774-1792) iradəsiz şəxs olduğundan
dövlət işlərini həyat yoldaşı
Mariya Antuanetta
idarə edirdi.
Ölkənin təsərrüfatı orta əsr feodal qaydaları
ilə idarə olunurdu. Kəndlilər töycü, can vergisi,
dövlət vergisi olan
talya ödəyir, biyara gedirdilər.
Kəndlərdə
yardarlıq sistemi hökm sürürdü, yəni
məhsulun bir hissəsini sahibkara ödəməklə
torpağı icarəyə götürmək olardı. Torpaqsız
kəndlilər isə sahibkar torpaqlarında
günəmuzd
işləyirdilər. Lakin kəndlərdə
fermer təsərrüfatları
da yaranırdı. Kəndlilərin yuxarı təbəqəsi getdikcə
varlanır,
burjuaziya təbəqəsi meydana gəlirdi.
XVIII əsrdə sənaye və ticarət də
canlanmışdı. Şəhərlərdə
manufakturalar istehsalın
əsasını təşkil edirdi.
Paris, Marsel, Lion sənaye
mərkəzlərinə çevrilmişdi.
Ticarət əlaqələri, xüsusən xarici ticarət genişlənmişdi. Amma ölkə daxilindəki köhnəlmiş
feodal qaydaları və
gömrük maneələri daxili ticarətin, sənayenin inkişafına mane olurdu. Ölkənin inkişafına əngəl törədən amillərdən
biri
də əhalinin silklərə bölünməsi idi. Bu dövrdə də Fransada əhalinin üç silkə bölünməsi qaydası qalmaqda idi.
Birinci və ikinci silkə daxil olan -
ruhanilər və
zadəganlar
vergilərdən azad olunmuşdular. Ali vəzifələri yalnız zadəganlar
tuta bilərdilər.
Üçüncü silkə daxil olan əhalinin əksəriyyətini təşkil edən
burjuaziya, xırda tacirlər, sənətkarlar, fəhlələr, kəndlilər dövlətin
bütün vergilərini ödəyirdi. Onların siyasi hüquqları isə yox idi.
Feodal-mütləqiyyət sisteminə qarşı çıxan fransız burjuaziyası -
tacirlər, manufaktura sahibləri, bankirlər artıq mübarizəyə hazır
idilər. Kəndlilər, sənətkarlar və fəhlələr bu mübarizədə
burjuaziyanın tərəfində idilər. Üçüncü silk nümayəndələri silk
üstünlüklərinin ləğv edilməsinə, monarxiya quruluşunun
yumşaldılmasına çalışırdılar.
Rejimdən narazı qalan
zadəgan və
ruhanilərin bir qismi də
islahatlar keçirilməsini istəyirdi.
Silki quruluş
Feodal qaydaları
Katolik kilsəsi
Mütləq monorxiya
Maarifçilərin mübarizə apardığı istiqamətlər
Fransa XVIII əsrdə
Mariya Antuanetta və XVI Lüdovik