192
Ticarət sürətlə inkişaf edirdi. Ölkədən
balıq məmulatları, gəmi avadanlığı, ağac materialları, spirtli içkilər
ixrac olunurdu. Orta koloniyalarda -
Pensilvaniya, Filadelfiya və
Nyu-Yorkda ticarət daha
geniş yayılmışdı.
Şimali Amerikada Britaniya hökumətinin müstəmləkə siyasəti
Britaniya kralı və parlamenti Amerikadakı müstəmləkələrinə
manufakturaların açılmasını,
dəmir
məmulatlarının hazırlanmasını və
parça (yun parçalar) istehsalını qadağan etmişdi. Çünki
metal alətlər və
parçalar müstəmləkələrə İngiltərədən gətirilməli idi. Ona görə də İngiltərə parlamenti koloniyalarda bu proseslərin
genişlənməsinin qarşısını almaq üçün müstəmləkələrin əleyhinə aşağıdakı
qanunları
qəbul etdi
:
Bütün koloniyalarda buraxılan kağız pullar ödənc vasitəsi kimi tanınmadı.
Kral ordusunu mənzil və ərzaqla təmin etmək tələbi qoyuldu.
Bütün çap məhsullarına vergi möhürü vuruldu və rüsum alındı.
«Boston çay məclisi»nin baş verməsi (1773)
Britaniyanın qadağaları ilə barışmayan koloniyalar bu
məhrumiyyətlərə cavab olaraq bütün Şimali Amerikada
İngiltərə hökumətinə qarşı aşağıdakı tədbirləri həyata
keçirdilər:
«Azadlıq oğulları» adlı gizli təşkilat yaratdılar.
1765-ci ildə koloniyalar öz nümayəndələrini
Filadelfiyaya qurultaya (konqresə) göndərdilər.
Filadelfiya qurultayında Nümayəndələrin səyi ilə
Konqres qətnamə qəbul etdi. Konqresin qəbul etdiyi qətnaməyə
görə
İngiltərə parlamenti koloniyaların razılığı olmadan
onlara vergi qoya bilməzdi. Bundan sonra İngiltərədən
gətirilən bütün mallara boykot elan edildi.
1773-cü ildə İngiltərənin
―Ost-Hind‖ şirkətinin çayla
yüklənmiş bir neçə gəmisi Amerikanın
Boston limanına gəldi.
Çay gömrük haqqı ödənməklə nisbətən ucuz qiymətə əhaliyə satılmalı idi. Lakin əhali buna etirazını bildirdi
və «Azadlıq oğulları» Boston təşkilatının üzvləri hindu paltarı geyinərək gəmilərə hücum edib, çay qutularını suya
tulladılar. Beləliklə,
Boston limanına gətrilmiş çaya gömrük haqqı ödəməklə nisbətən ucuz qiymətlə əhaliyə
satılması «Boston çay məclisi»
hadisəsinin törədilməsinə səbəb oldu. İngiltərə hökuməti etiraz aksiyasına cavab
olaraq aşağıdakı tədbirləri həyata keçirdi:
Boston limanı bağladıldı.
Şəhər əhalisinə dəniz ticarəti ilə məşğul olmaq qadağan edildi.
Şimali Amerikada istiqlaliyyət müharibəsinin (1775-1783) başlaması
Müstəmləkələrdə ingilis ağalığına qarşı boykot hərəkatını getdikcə
silahlı mübarizə əvəz etdi.
1775-ci ildə
Şimali Amerikada bütün ingilis koloniyaları üsyan qaldırdı. Bir çox yerlərdə silahlı dəstələr yaradıldı. İngiltərə
müstəmləkəçilərinə qarşı silahlı mübarizə başladı.
1775-ci il aprelin 19-da İngiltərənin silahlı qüvvələri ilə ingilis
koloniyaları arasında ilk döyüş baş verdi.
Bununlada Amerikada İngiltərə kralı
III Georginin (1760-1801)
buradakı
tərəfdarları ilə kolonistlər arasında
İstiqlaliyyət müharibəsi başladı.
1775-ci ilin mayında Filadelfiyada bütün müstəmləkələrin nümayəndələrinin
ikinci kontinental Konqresi keçirildi. İkinci
kontinental Konqresin qərarlarına əsasən
:
İngiltərə ilə əlaqəni kəsmək qərara alındı.
Corc Vaşinqton azadlıq ordusunun baş komandanı təyin edildi.
İkinci kontinental Konqresin qərarları
Partizan dəstələrindən ibarət
ordunu öz ordusu hesab etdi
Müstəmləkələr İngiltərə ilə əlaqəni kəsdi
Konqres
Corc Vaşinqton ordunun baş komandanı təyin
edildi
Boston çay məclisi, 1773-cü il
«Boston çay məclisi»
Corc Vaşinqton
193
«İstiqlaliyyət bəyannaməsi»nin qəbul olunması. ABŞ-ın yaradılması (1776)
1776-cı il iyulun 4-də, müharibənin gedişində
Filadelfiyada Konqres
«İstiqlaliyyət bəyannaməsi»
ni qəbul
etdi.
«İstiqlaliyyət bəyannaməsi»nin müəllifi Virciniya plantatoru,
inqilabın görkəmli xadimi,
Tomas Cefferson
idi.
«İstiqlaliyyət bəyannaməsi»
üsyan qaldırmış
keçmiş müstəmləkələrin İngiltərədən ayrılması və
yeni müstəqil
dövlət -
Ameriya Birləşmiş Ştatlarının
tam müstəqilliyi haqqında bəyanat idi.
«İstiqlaliyyət bəyannaməsi»
nə əsasən:
İnsanların hüquq bərabərliyi elan edildi.
ABŞ-ın yaradıldığı elan edildi.
Üsyan qaldırmış müstəmləkər İngiltərədən ayrıldığını elan etdilər.
İngiltərənin Şimali Amerikadakı müstəmləkələri müstəqilliyinin elan etdilər.
Bəyannamədə göstərilirdi ki,
İngiltərənin müstəmləkələrə zülm etməsi insanın
«azadlıq, yaşamaq və xoşbəxtliyə can atmaq» kimi ayrılmaz hüquqlarına ziddir.
Bununla da
xalq hakimiyyətin mənbəyi elan edildi.
Hazırda «İstiqlaliyyət bəyannaməsi
»
nin elan edildiyi gün -
4 iyul, hər il ABŞ-ın
İstiqlaliyyət günü kimi
qeyd edilir.
İlk vaxtlar ştatların hər biri
müstəqil dövlət idi. Lakin ölkənin iqtisadi inkişafını və müdafiəsini təmin
etmək zərurəti ştatların birləşməsini tələb edirdi. Buna görə də ştatlar birləşdi. Beləliklə, ABŞ - Amerika Birləşmiş
Ştatları yarandı.
İstiqlaliyyət müharibəsinin gedişi və başa çatması
İstiqlaliyyət müharibəsinin əvvəlində
Corc Vaşinqtonun
ordusu
Bostonu azad etdi.
Lakin daha güclü olan
İngiltərə ordusunun
1777-ci ilin yayında Filadelfiyanı tutması nəticəsində
müharibənin gedişində inqilabi ordu
və xalq böyük çətinliklərlə üzləşdi.
Amerikanın azadlığı uğrunda müharibədə çoxlu könüllü iştirak edirdi.
Könüllülər içərisində avropalılardan başqa
qaradərililər də var idi.
Corc Vaşinqtonun ordusu
1777-ci ilin
oktyabrında
İngiltərə
ordusuna qalib gəldi. Bu qələbə
müharibənin gedişində dönüş
yaratdı. Müharibənin gedişində ABŞ konqresi Avropa dövlətlərini
ittifaqa cəlb etmək məqsədi ilə özünə müttəfiqlər axtarmağa başladı.
Bu məqsədlə konqres
Benjamin Franklini Avropaya göndərdi.
Böyük diplomat olan Benjamin Franklinin
diplomatik səyləri
nəticəsində
Fransa və
İspaniya Amerikanın müttəfiqi kimi
İngiltərəyə qarşı müharibəyə qoşuldu. Müstəmləkələr uğrunda
İngiltərə, Fransa və İspaniya arasında rəqabət daha da gücləndi.
Fransa və İspaniyanın müharibəyə girməsi ingilislərin vəziyyətini
xeyli çətinləşdirdi.
1781-ci ildə C.Vaşinqtonun orduları
Yorktaun ətrafında döyüşdə ingilisləri
mühasirəyə alaraq, onları
təslim
olmağa məcbur etdi. Bir il sonra İngiltərə müharibəni dayandırmağa məcbur oldu və sülh danışıqlarına başladı.
1783-cü ildə
Fransada (Versalda)
Fransa kralı
XVI Lüdovikin vasitəciliyi ilə ABŞ-la İngilrərə arasında
Versalda sülh müqaviləsi imzalandı. Versal
müqaviləsinin şərtlərinə əsasən:
1.
İngiltərə ABŞ-ın müstəqilliyini tanıdı.
2.
Alleqan dağlarından Missisipi çayına qədər olan ərazilər ABŞ-a verildi.
Lakin
Kanada İngiltərənin müstəmləkəsi olaraq qaldı.
Versal
müqaviləsinin imzalanması ilə
ABŞ-da
İstiqlaliyyət müharibəsi başa çatdı. İstiqlaliyyət müharibəsi nəticəsində
yeni yaranmış ABŞ dövləti İngiltərə kimi
güclü dövlətə qalib gəldi.
İstiqlaliyyət müharibəsinin başlaması 1777-ci il döyüşü. 1781-ci il, Yorktaun döyüşü
Tomas Ceferson
Benjamin Franklinin Avropaya göndərilməsi