187
Aqrar çevriliş
İngiltərə tarixdə ilk aqrar və sənaye çevrilişin baş verdiyi ölkə olmuşdu.
İngiltərə burjua inqilabı
iqtisadiyyatın forma və məzmununda yeniliklər etdi.
Ölkədə yaradılan sabitlik, feodal qaydalarının ləğvi iqtisadi
yüksəliş üçün hüquqi əsaslar yaratdı.
XVIII əsrin sonlarında kəndlilərin tamamilə torpaqsızlaşması nəticəsində
ingilis kəndliləri bir sosial təbəqə kimi sıradan çıxdı. Torpaqsız kəndlilərin müstəmləkə ərazilərinə axını da bu
prosesdə böyük rol oynadı. Torpaqsız kəndlilərin hesabına azad işçilərin sayı artdı. Torpaqların böyük qismi
yeni
burjuaziyanın əlinə keçdi.
Lendlordlar adlanan bu təbəqə torpaq sahələrini
icarədarlara verirdilər. İcarəyə verilən
torpaqlar
muzdlu əmək hesabına becərilirdi. Eyni zamanda kəndlərdə iri
fermer təsərrüfatları sürətlə artırdı.
Kəndlərdə, iri şəhərlərin ətrafında əhalinin ərzağa olan tələbatını təmin etmək məqsədilə iri fermalar yaradılırdı və
taxıl istehsalı artırılırdı. Ölkədə taxıl istehsalı heyvandarlığın yemə olan tələbatını da tamamilə ödəyirdi. Yeni
məhsuldar toxum və cins mal-qaranın yetişdirilməsi məhsul istehsalının yüksəlməsinə səbəb oldu. Ölkənin ərzağa
olan tələbatı tam təmin edildi.
İngilis kəndi digər ölkələrdəki kəndlərdən daha tez milli bazarla əlaqə qurmuşdu. Ağır sənaye, xüsusən
maşınqayırma və metallurgiya sahələri kənd təsərrüfatını lazım olan texniki qurğu və alətlərlə təmin edirdi.
Beləliklə, kənd təsərrüfatında
torpaqların çox hissəsinin burjuaziyanın əlində cəmləşməsi,
torpaqların, əsasən,
muzdlu əmək hesabına becərilməsi, kəndli-fermer təsərrüfatlarının yaradılması nəticəsində İngiltərədə aqrar
çevriliş baş verdi.
XVIII əsrin sonunda İngiltərədə baş verən
aqrar çevriliş sənaye və ticarətin inkişafına təkan
verdi.
Sənaye çevrilişinə keçid
XVIII əsrin ortalarında Böyük Britaniyada sənaye çevrilişi üçün zəmin yaranmışdı. Belə ki, ölkədə baş verən
burjua inqilabı inkişaf üçün daha əlverişli imkanlar yaratmış, azad işçi qüvvəsi çoxalmış, zəngin kapital yığılmış,
daxili bazarda satış üçün istehsal məhsullarına tələbat artmışdı.
Manufakturalar təkmilləşəndən sonra maşınlı istehsala keçildi. Böyük Britaniyanın ənənəvi istehsal sahələri
toxuculuq və
gəmiqayırma idi. Ölkədə maşınlı istehsala keçid məhz toxuculuq sahəsində başlandı. Bu onunla
əlaqədar idi ki, ölkə bazarlarında Hindistandan gətirilən ucuz pambıq parça məhsulları üstünlük təşkil edirdi.
Vəziyyət o həddə çatmışdı ki, ölkənin toxuculuq sahəsini xilas etmək üçün hökumət Hindistandan pambıq parça
məhsullarının idxalına qadağa qoymuşdu. Mühəndis ixtiraçılar isə asan yolla daha ucuz məhsul istehsal etmək üçün
müəyyən üsullar axtarmağa məcbur olmuşdular.
XVIII əsrdə İngiltərədə sənayedə mühüm kəşflər və ixtiralar
XVIII əsrdə İngiltərədə sənayedə aşağıdakı mühüm kəşflər və ixtiralar edildi:
Con Keyin sürətli məkik ixtira etməsi nəticəsində -
daha enli parça almaq mümkün oldu
, əmək
məhsuldarlığı artdı.
Ceymis Harqrivsin mexaniki cəhrə (
«Cenni»
cəhrəsi) ixtira etməsi nəticəsində pambıq
parça
istehsalının ipliklə təmin edilməsi
təqribən
20 dəfə artdı.
Edmund Kartraytın mexaniki toxucu dəzgahı ixtira etməsi nəticəsində
«Cenni» cəhrəsindəki
məhsuldarlıq iki dəfə artdı.
1771-ci ildə Riçard Arkrayt
«Cenni»
tipli dəzgahı su çarxının köməyilə hərəkətə gətirilməsinə nail
oldu və buna müvafiq bir müəssisə inşa etdirdi. Bununla da
İngiltərədə ilk fabrik işə salındı.
Bu, ilk
Kəndlilər bir sosial
təbəqə kimi aradan çıxdı
İngiltərədə kəndlilərin torpaqsızlaşmasının nəticələri
Kapitalsit münasibətləri
möhkəmləndi
Bütün torpaq lend-
lordların əlində cəmləşdi
İngiltərədə aqrar çevriliş
başa çatdı
Amerikada
13 koloniya
Benqaliya
Kanada
XVIII əsrdə İngiltərənin malik olduğu müstəmləkələr
188
toxucu fabriki idi.
Dəzgahlar su gücünə hərəkətə gətirildiyinə görə fabriklər, bir qayda olaraq çay
kənarında tikilirdi.
1784-cü ildə mexanik
Ceyms Uatt buxar maşı ixtira etdi. Buxar mühəriki
ixtira olunduqdan sonra
manufakturadan fabrikə keçid baş verdi.
Manufakturadan fabrikə keçid sənaye çevrilişinin əsas
məzmununu təşkil edirdi.
Kort çuğuna koks qatılması yolu ilə
təmiz dəmir almaq üsulunu ixtira etdi.
Bununla da təkcə istilik
məqsədilə deyil, sənaye sahələri üçün də daş kömür çıxarılmasına başlanıldı. Bundan sonra Kömür
hasilatı ölkənin əsas təsərrüfat sahələrindən oldu.
Əl əməyini əvəz edərək
xammal emal edən işçi mexanizmin (cəhrə, mexaniki toxucu dəzgahı və s) ixtirası
XVIII əsrin ikinci yarısında İngiltərədə
sənaye çevrilişinin başlanğıcını qoydu.
XVIII əsrin 70-ci illərində
İngiltərə iqtisadiyyatında aparıcı rolu manufakturalar deyil,
fabrik-zavod sənayesi oynamağa başladı.
XVIII əsrdə ingiltərədə kəşflər və ixtiralar
Kəşfin adı
Kəşfin nəticəsi
Con Key -Sürətli məxik
Daha enli parça almaq mümkün oldu.
Ceyms Harqrivs - «Cenni»
cəhrəsi
Əmək məhsuldarlığı 20 dəfə artdı, ipək istehsalı
çoxaldı.
Riçard Arkrayt - «Cenni»
cəhrəsini su çarxının
köməyilə hərəkətə gətirdi
İngiltərədə ilk fabrik yaradıldı.
Edmund Kartrayt - Mexaniki
toxucu dəzgahı
Toxucu əməyinin məhsuldarlığı 40 dəfədən çox artdı.
Ceyms Uatt -
Buxar maşını
Manufakturadan fabrikə keçid baş verdi.
Kort - Çuğuna koks qatılması
üsulu
Təmiz dəmir almaq mümkün oldu.
Sənaye çevrilişinin əsas cəhətləri və nəticələri
Manufakturadan fabrikə keçid sənaye çevrilişinin əsas məzmununu təşkil edirdi. Sənaye çevrilişinin iki əsas
cəhəti -
texniki və sosial cəhətləri var idi:
Çevrilişin texniki cəhəti işçinin əl əməyinin maşın əməyi ilə əvəz olunması hesab edilirdi.
Çevrilişin sosial cəhəti əhlələrin və burjuaziyanın cəmiyyətin əsas təbəqələrinə çevrilməsi idi.
XVIII əsrin 70-ci illərində Böyük Britaniyanın iqtisadiyyatında aparıcı rol fabrik-zavod sənayesinə keçdi
muzdlu işçilərin, fəhlələrin sayının azalmasına gətirib çıxardı. Nəticədə fəhlələr kütləvi surətdə işsiz
qalırdılar.
Lakin fəhlələr cəmiyyətin əsas kütləsi olsalar da, onların həyatı, güzəranı dəyişmədi. Fəhlələri daha çox işlədir və az
əməkhaqqı verirdilər. Fabriklərdəki əməkhaqqının azlığından fəhlələr kiçik- yaşlı övladlarını da işə göndərməyə
məcbur olurdular. Gündəlik iş saatı 12-15 saat idi. Odur ki, fəhlələrlə sahibkarlar arasında ziddiyyətlər yarandı və
fəhlələr
iş saatlarının azaldılması və əmək- haqlarının artırılması üçün tez-tez
tətillər edirdilər.
XVIII əsrin sonunda tətillərin qarşısını almaq üçün İngiltərə parlamenti
tətilləri və fəhlələrin həmkarlar
birliklərini qadağan edən qanun qəbul etdi.
Böyük Britaniyada zehni işlə məşğul olanlar - alimlər, yazıçılar, müəllimlər, həkimlər, incəsənət xadimləri,
vəkillər və başqaları ziyalı təbəqənin nümayəndələri idilər. Lendlordlar, dövlət məmurları, tacirlər, sənətkarlar,
fermerlər isə cəmiyyətin sosial təbəqələri sayılırdı.
XVIII əsrin sonlarında İngiltərədə sənaye çevrilişi (manufakturadan fabrikə keçid) nəticəsində nəticəsində
ticarət sahəsində inqilabi sıçrayış baş verdi, daxili bazarda 50%-dən çox, xarici ticarətdə isə təqribən 5 dəfə
yüksəliş baş verdi, Böyük Britaniya dünyanın birinci sənaye dövləti oldu.
Bu dövrdə də İngiltərə dünyanın ən böyük ticarət donanmasına malik ölkə hesab olunurdu. Xarici ticarət
dəniz yolları ilə aparılırdı.