199
çatdırırlar: prezident Vaşinqton onu Dövlət katibi təyin etmək istəyir. Lakin O, Vaşinqtonun şəxsi məktubunu alsa
da, qəti cavab vermir. Nəhayət, 1790-cı ilin fevralında, xeyli təkidlərdən sonra Cefferson dövlət katibi təyin
edilməsinə razılıq verir. 1796-cı ilin əvvəllərində C.Vaşinqton bir daha prezident seçilmək arzusunda olmadığını
bildirdikdə Respublikaçılar partiyası bu vəzifəyə Ceffersonu namizəd göstərdilər. Lakin seçkilərdə federalistlərin
namizədi Con Adams kiçik üstünlüklə prezident seçilir, Cefferson isə qanuna əsasən vitse-prezident olur. Lakin
Adamsla aralarında ciddi fikir ayrılığı olduğu üçün, ölkənin idarə edilməsində onun rolu elə də nəzərə çarpacaq
qədər olmur.
1800-cü ildə gərgin keçən prezident seçkilərində T.Cefferson federalistlərin nümayəndəsi C.Adamsdan çox səs
toplayaraq prezident seçilir. Onun prezidentliyi dövründə ABŞ Fransadan Luiziana torpaqlarını satın alaraq öz
ərazisini əhəmiyyətli dərəcədə genişləndirir.
İstefaya çıxdıqdan sonra malikanəsinə qayıdan eks-prezident maarifçilik fəaliyyətilə məşğul oldu. 1819-cu ildə
yaradılmış Virciniya Universitetinin binasının tikilməsindən, tədris planının hazırlanmasına qədər bütün prosesə
şəxsən özü rəhbərlik etdi. Onun təşəbbüsü ilə universitetə Avropadan təcrübəli müəllim və alimlər dəvət olundu.
1826-cı ilin yazında Ceffersonun səhhəti pisləşdi. 3 iyulda İstiqlaliyyət haqqında Bəyannamənin qəbul edilməsinin
50 illiyi ərəfəsində ―4 iyul hələ başlamayıb?‖ - deyə soruşur. Bu onun dediyi son sözlər olur...
Ceffersonun vəsiyyətinə əsasən, onun qəbir daşının üzərində aşağıdakı sözlər yazılıb: ―ABŞ-ın Istiqlaliyyət
Bəyannaməsinin və Virciniya ştatının dini azadlıq qanununun müəllifi, Virciniya Universitetinin yaradıcısı Tomas
Cefferson burada dəfn edilmişdir‖. Qəbirüstü yazıda onun tutduğu heç bir dövlət vəzifəsi qeyd olunmayıb...
Bencamin
Franklin (1706-1790)
-
Amerika
Birləşmiş
Ştatlarının
banilərindən biri, dövlət xadimi olmaqla yanaşı, yazıçı, siyasətçi, alim, ixtiraçı, və
diplomat kimi məşhurluq qazanmışdır.
Bencamin Franklin yeganə şəxsdir ki, Amerika Birləşmiş Ştatlarının
yaranmasında əsas rol oynayan hər üç sənədə imza atmışdır. Bunlar «İstiqlal
Bəyannaməsi
»
, ABŞ Konstitusiyası
və
Versal sülh müqaviləsidir. 1928-ci ildən
Franklinin portreti ABŞ-ın 100 dollarlıq pul əskinaslarının üzərində təsvir olunur.
Bencamin Franklin 1706-ci ildə Bostonda dəmirçi ailəsində anadan olmuşdu.
Artıq 16 yaşına çatanda yerli qəzetlərdə məqalələri çıxmağa başlayır. Lakin
Boston ona cansıxıcı gəldiyindən o Pensilvaniyaya - Filadelfiya şəhərinə gəlir.
Orada özünə çox böyük şöhrət qazanır və Filadelfiya qubernatoru tərəfindən
Londona göndərilir. İstilaliyyət müharibəsi başlayan kimi Franklin öz vətəninə
qayıtsa da tezliklə Parisə yenidən nümayəndə kimi göndərilir. Onun xüsusi
diplomatik bacarığı nəticəsində fransız-amerikan danışıqları uğurla başa çatır.
1783-cü ildə Versal danışıqlarında Böyük Britaniyanın Amerikanı suveren və
müstəqil olduğunu rəsmən tanıması da Franklinin əməyinin nəticəsidir. Məhz o, müharibənin uğurlu sonluğunun və
bugünki qüdrətli Amerika dövlətinin təməlini qoyan şəxsiyyət idi. Bir çoxları bilməsə də məhz Bencamin Franklin
tərəfindən dünyada ilk dəfə olaraq öz üzvləri üçün pulsuz kitabxana və elm mərkəzinə malik olan klub
yaradılmışdır. Həmin dövr üçün bu, görünməmiş addım idi. Dövlət qulluğunda olduğu zaman ərzində Amerika
Fəlsəfə cəmiyyətinin və Filadelfiya Akademiyasının da yaradıcısı Bencamin Franklin olmuşdu.
Bencamin Franklin