Annotasiya



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə7/382
tarix25.09.2023
ölçüsü5,95 Mb.
#123681
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   382
N 211

Dördüncü
, nəzəriyyə təcrübədə, ictimai praktikanın gedişində 
yoxlanıla bilməlidir. Elmi nəzəriyyənin bu əlaməti onun məzmununu 
həqiqət, inkişaf və təkmilləşmə qabiliyyəti baxımından xarakterizə edir. 
Nəzəriyyənin yoxlanıla bilməsi nəzəriyyənin məzmunu ilə onun əks 
etdirdiyi real obyektlərin xassələri və münasibətləri arasında uyğunluq 
yaradılması deməkdir. Nəzəriyyənin yoxlanıla bilməsi onun məhdudlu-
ğunun və gələcək imkanlarının aşkar edilməsi ilə üzvi surətdə bağlıdır. 
Beşinci
, elmi nəzəriyyə həqiqi və səhih olmalıdır. Bu o deməkdir ki, 
nəzəriyyənin əsas müddəalarının həqiqiliyi səhih müəyyən olunmalıdır. Bu 
mənada elmi nəzəriyyə real hadisələrin səbəb və xassələri haqqında 
ehtimallı bilik formasında mövcud olan hipotezadan əsaslı surətdə 
fərqlənir. 
Altıncı
, elmi nəzəriyyə daxilən ziddiyyətli olmamalı və təcrübi 
faktlarla yaxşı uzlaşmalıdır. Əks təqdirdə nəzəriyyə ya təkmilləşdirilməli, 
ya da inkar olunmalıdır. P.F.İolon nəzəriyyənin qarşısına qoyulan bu 
tələbi belə ifadə edir: “Nəzəriyyənin daxilində yaranan məntiqi ziddiyyət-
lər onu dağıdıb, yalan nəzəri sistemə çevirdiyindən nəzəriyyə onları həll 
etmək üçün səmərəli üsul və vasitələrə malik olmalıdır. Qeyri-ziddiyyətli-
lik predmet sahəsinin xarakterindən, məntiqi tipindən, idraki səviy-
yəsindən asılı olmayaraq hər bir nəzəriyyənin ödəyəcəyi şərtdir. Yalnız o 
nəzəriyyə qeyri-ziddiyyətli sayıla bilər ki, onun hər hansı ixtiyari iki müd-
dəası məntiqi cəhətdən bir araya sığa bilmiş olsun. Nəzəriyyə özünün 
daxili ziddiyyətlərini həll edərək inkişaf edir”
1

1
Bax: Иолон П.Ф. Система теоретического знания // Логика научного иссле-
дования. М., 1965.


24 
Yeddinci,
yeni yaranan hər bir nəzəriyyə qarşısında qoyulan 
mühüm tələblərdən biri də nəzəriyyənin qabaqgörən olmasıdır. İzahat 
kimi elmi qabaqgörənlik də elmi nəzəriyyənin çox mühüm funksiyala-
rındandır. Belə ki, elmin vəzifəsi yalnız keçmiş və indiki hadisələri açmaq 
və izah etməklə məhdudlaşmayıb, həm də gələcəyi qabaqcadan gör-
məkdən ibarətdir. Elmi qabaqgörənlik elmi izahatdan ayrılmaz olub, 
həmişə onun əsasında qurulur. Elmi izahat ilə elmi qabaqgörənliyin qarş-
ılıqlı əlaqəsini onların məntiqi quruluşlarının oxşarlığından da görmək 
olar. Həm elmi qabaqgörənlik, həm də izahat eyni bir nəzəriyyəyə, başqa 
sözlə, eyni qanunauyğunluqlara və mühüm əlaqələrə əsaslanır, eyni bir 
“məntiqi mexanizmdən” istifadə edirlər. Elmi izahat ilə elmi qabaq-
görənlik arasında həm də müəyyən fərq də vardır. Həm də bu fərq onların 
eksperiment və müşahidədən alınan təcrübi məlumatlarla olan
əlaqələsinin dərəcəsindədir. Bu əlaqə elmi qabaqgörənlikdə daha zəifdir.
1
 
Elmi qabaqgörənliyin mükəmməlliyi və dəqiqliyi bir çox şərtlərdən asılı 
olsa da, bir sıra hallarda dürüst xarakter ala bilir. Bununla belə elmi 
qabaqgörənliyin təsir dairəsinin məhdudluğunu da qeyd etmək lazımdır. 
Elmi qabaqgörənliyin əsası və stimulu olan praktika onu təsdiq edə bildiyi 
kimi, eyni zamanda bəzi düzəlişlər verib onu dəqiqləşdirə bilir.

Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə