Annotasiya



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə4/382
tarix25.09.2023
ölçüsü5,95 Mb.
#123681
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   382
N 211

elm-təbiət

cəmiyyət və təfəkkürün obyektiv inkişaf qanunları haqqında bəşəriy-
yətin tarix boyu əldə etmiş olduğu biliklər sistemindən və həmin bi-
liklər zəminində yeni qanunların kəşf olunması üçün göstərilən 
fəaliyyətdən ibarətdir. Maddi aləm (bizi əhatə edən gerçəklik) vahid 
olduğundan onu tədqiq edən elm də vahiddir; elmin müxtəlif sahələ-
rə bölünməsi, yəni diferensiasiya edilməsi müəyyən mənada şərti-
dir, varlığın müxtəlif sahələrini daha dərindən araşdırmağa xidmət 
edir.

 
 


17 
 
1.2. Pedaqogika nəzəri və tətbiqi elmdir 
 
Pedaqoji biliklər qədimdir və bəşər cəmiyyətinin inkişafından 
ayrılmazdır. Bu biliklər böyüyən nəslin həyata hazırlanması, onun 
təlim və tərbiyəsi ilə bağlı insan fəaliyyətinin spesifik sahəsinə 
aiddir. Bəşəriyyətin tərəqqisi dünyaya gələn yeni nəslin özündən 
əvvəlki nəsillərin istehsal, sosial və mənəvi təcrübəsinə yiyələnmə-
si, onu daha da zənginləşdirilmiş halda yeni nəslə ötürülməsi sayə-
sində mümkün olmuşdur. Bu, insan cəmiyyətinin mövcudluğuna və 
inkişafına zəmin yaratmışdır. 
İstehsalın daha da inkişafı və mürəkkəbləşməsi sayəsində elmi 
biliklərin həcmi artmış, böyüməkdə olan nəslin həyata hazırlanması 
daha da mühüm əhəmiyyət kəsb etmiş, təhsil-tərbiyə işinin xüsusi 
təşkil olunmuş şəraitdə həyata keçirilməsi zərurəti yaranmışdır. 
Təhsil cəmiyyətin obyektiv tələbatına çevrilmiş və onun inkişafının 
mühüm şərti olmuşdur. Nəticədə, təlim və tərbiyə işi xüsusi ictimai 
funksiya kimi ayrılmış, yəni xüsusi təlim, tərbiyə və tədris müəssi-
sələri və uşaqları oxudan, öyrədən, tərbiyə edən peşə sahibləri – 
pedaqoqlar meydana gəlmişdir.
Təlim və tərbiyə nəzəriyyəsinin intensiv inkişafına baxmaya-
raq, XVII əsrə qədər pedaqogika bir sıra digər elmlər kimi fəlsə-
fənin tərkib hissəsi olmuşdur. 
Bir çox alimlər pedaqogikanı onun özündən kənarda və özün-
dən asılı olmayaraq işlənib hazırlanan normativ biliklər sistemi 
hesab etmişlər. Ona görə də həm müstəqil bir elm sahəsi, həm də 
tədris fənni kimi pedaqogikanın bir elm kimi formalaşması uzun sü-
rən və mürəkkəb proses olmuşdur. Hələ vaxtı ilə İ.Kant (1724-
1804), G.V.Hegel (1770-1831), İ.F.Herbart (1776-1841) fəlsəfə 
kursundan mühazirələr oxuyan zaman pedaqogika onun bir hissəsi 
kimi qalmaqda idi. Bununla belə, alman alimləri H.Myunşterberq 
(1863-1915), E.Meyman (1862-1915), Amerika psixoloqu U.Ceyms 
(1842-1910), rus pedaqoqu K.D.Uşinski (1824-1870) pedaqogika-
nın mümkün qədər müstəqil bir elm olmasını istəyirdilər.
XX əsrin 20-30-cu illərində nəzəriyyəçi pedaqoqlar göstər-
dilər ki, pedaqogikanın statusu haqqındakı təsəvvürlər yanlışdır. 


18 
Onlar belə hesab edirdilər ki, pedaqogika digər elmlərin məlumat-
larını assimilyasiya etməklə yanaşı, nisbi müstəqil elm sahəsidir. 
Buna baxmayaraq, elmi biliklər sisteminin modeli qurularkən ənə-
nəvi olaraq üç əsas bilik sahələri – təbiət, cəmiyyət və təfəkkür elm-
ləri orada əsas yer tutur.
Nəzəri problemlərin intensiv həlli metodikalarının formalaş-
ması, metodoloji məsələlər üzrə tədqiqatların nəticələri pedaqo-
gikanın müstəqil bir elm kimi öz hüquqlarını bərpa etməsinə imkan 
verdi. Artıq XX əsrin 30-40-cı illərində pedaqogikanın həm nəzəri 
və həm də tətbiqi bir elm olması təsdiq olundu.
Məlum olduğu kimi, vahid olan elmin hər bir sahəsi başqa sa-
hələrindən üç mühüm əlamətinə görə fərqlənir: a) hər bir sahənin 
özünün xüsusi tədqiqat obyekti və buna uyğun predmeti vardır;
b) hər bir sahə özünün obyektini öyrənmək üçün tədqiqat metodla-
rından istifadə edir; ç) hər bir sahənin tədqiqat obyektinə uyğun 
olan anlayışlar sistemi fəaliyyət göstərir. Pedaqogika elminin başqa 
elmlərdən fərqləndirən birinci əlamət onun özünəməxsus tədqiqat 
obyektinə malik olmasıdır. Bu obyekt bəşəriyyətin əldə etmiş 
olduğu təcrübəni yeni nəsillərə verməyin spesifik xüsusiyyətləri ilə 
xarakterizə olunur. Təcrübənin verilməsinin qanunauyğunluqlarını, 
prinsiplərini, yollarını pedaqogika elmindən başqa, heç bir elm özü 
üçün spesifik obyekt hesab edə bilməz. Həmin obyektdə (yəni 
təcrübənin verilməsi prosesində) fəaliyyət göstərən qanunauyğun-
luqlar, prinsiplər, metodlar və s. məhz pedaqogikanın anlayışlar sis-
temini təşkil edir. Pedaqogika öz obyektini öyrənmək üçün pedaqoji 
müşahidə, pedaqoji müsahibə, pedaqoji eksperiment kimi tədqiqat 
metodlarından istifadə edir ki, başqa elmlərdə həmin metodlar özü-
nü pedaqogikada olduğu şəkildə büruzə vermir .
Pedaqogika özünün tətbiqi hissəsi üçün baza elmidir. O, digər 
elmlərdən bəzi ideyaları əxz edir, amma hər şeydən əvvəl özünün 
nəzəri tədqiqatlarına əsaslanır. Nəzəri pedaqogika pedaqoji elmlər 
sisteminə daxil olan bütün elm sahələri üçün baza elmidir. Onların 
hamısının elmi-nəzəri əsasını müasir nəzəri pedaqogika təşkil edir.
Pedaqogika elminin sürətlə diferensiasıyası nəticəsində o, ar-
tıq adi pedaqogika yox, ümumi pedaqogika statusunu almışdır. Ona 
bu statusun verilməsi həm şaxələnmə hadisələrinin baş verməsi


19 
həm də baza elmi statusunu saxlaması ilə əlaqədardır. Hər bir elm 
kimi pedaqogika da öz müstəqilliyini saxlamaqla bir sıra başqa 
elmlərlə sıx əlaqədardır. Bu əlaqə ilk növbədə insanı başqa istiqa-
mətlərdə öyrənən elmlərlə bağlıdır. Pedaqogika hər şeydən əvvəl 
ümumi psixologiya, uşaq psixologiyası, pedaqoji psixologiya və 
sosial psixologiya ilə əlaqədardır. Bioloji elmlər, fiziologiya, gigi-
yena ilə pedaqogikanın əlaqəsi qaçılmazdır. Danılmazdır ki, tarix 
boyu pedaqoji nəzəriyyələr fəlsəfi görüşlərlə sıx bağlı olmuş, çox 
zaman filosoflar tərəfindən irəli sürülmüşdür. Müxtəlif tərbiyə sis-
temləri bu və ya başqa fəlsəfi cərəyanın təsiri altında olmuş, zə-
manəmizin ya qabaqcıl, ya da mürtəce fəlsəfəsinə istinad etmişdir. 
Ayrı-ayrı ölkələrdə ictimai, iqtisadi, siyasi quruluşun müxtəlifliyi 
ilə əlaqədar müxtəlif pedaqoji cərəyanlar yaranmışdır. Pedaqogika 
elmi bu cərəyanların təbiətini açır, təlim, tərbiyə və təhsil sahəsində-
ki əks-sədanı təhlil edir, onların mütərəqqi cəhətlərini ortaya qoyur.
Bir elm kimi pedaqogikanın funksiyaları (vəzifələri) onun 
predmeti ilə şərtlənir, hansı ki, bu funksiyalar nəzəri və texnoloji 
olmaqla iki yerə bölünür. 
Unutmayaq ki, 

Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə