Annotasiya



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə14/382
tarix25.09.2023
ölçüsü5,95 Mb.
#123681
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   382
N 211

 
 
1.5. Pedaqoji cərəyanlar 
 
Ayrı-ayrı ölkələrdə ictimai, iqtisadi və siyasi quruluşun müx-
təlifliyi ilə əlaqədar müxtəlif pedaqoji cərəyanlar yaranmışdır. Azər-
baycan pedaqoqları təhsil sistemlərini və pedaqoji fikirləri öyrən-
məyə və oradakı mütərəqqi cəhətlərdən istifadə etməyə çalışırlar. 
Bu, təqdirəlayiq bir ənənədir. Daha geniş yayılmış bəzi pedaqoji 
cərəyanlara diqqət yetirək. 
Praqmatizm pedaqogikası. 
Praqmatizm, yunan mənşəli 
“pragmatos” sözünə uyğundur, iş və ya əməl deməkdir
. Praq-
matizm fəlsəfi cərəyan kimi cəmiyyətdə bütün fəaliyyətin əsasını 


33 
subyektiv mənada anlaşılan əməldə, təcrübədə görür. Belə bir 
metodoloji müddəaya əsaslanan Con Duyi, Vilyam Kilpatrik (ABŞ) 
və bir çox başqaları praqmatizm pedaqogikasının əsasını qoymuşlar. 
Həyatda məktəblilərin iştirakını təmin etmək, uşaqların marağına 
diqqət yetirmək və fərdi xüsusiyyətlərini nəzərə almaq, məktəbin 
ictimai həyatla əlaqəsini təmin etmək, tərbiyələndirici təlimə üstün-
lük vermək, təlimdə şagirdlərin fəallığına nail olmaq praqmatizm 
pedaqogikasının başlıca xüsusiyyətləridir. Vurğulayaq ki, praq-
matizm pedaqogikası təcrübəni geniş ictimai, istehsalat təcrübəsi 
kimi deyil, ətraf mühitlə şəxsin təması mənasında başa düşür. 
Məsələn, praqmatizm pedaqogikası təlimin məzmununu və ya əxlaq 
tərbiyəsinin məzmununu uşaq təcrübəsinə, uşaq müşahidəsinə 
əsasən müəyyənləşdirir .
C.Duyinin fikrincə, anlayışlar, ideyalar, nəzəriyyələr yalnız 
gündəlik praktik fəaliyyət üçün yaradıldıqda faydalı hesab oluna 
bilər (onun dayandığı fəlsəfi təlimə – praqmatizmə görə, həqiqət – 
obyektiv aləmin insan şüurunda inikasından ibarət deyildir, həqiqət 
odur ki, bu və ya digər konkret situasiyada insanın qolundan tutur
ona fayda verir); bütün bunlar praktika üçün “alət” rolunu oyna-
malıdır. Praqmatizmin məşhur nümayəndələrindən olan Vilyam 
Kilpatrik (“layihələr metodu”nun nəzəriyyəçilərindən biridir) qeyd 
edir ki, həqiqət obyektiv ola bilməz, çünki dəyişkəndir. O, tədqi-
qatda yalnız eksperimenti qəbul edir. 
Praqmatizm pedaqogikası cəmiyyəti yeniləşdirmək üçün tərbi-
yəni əsas sayır. Bu pedaqogikanın ideoloqları hesab edirlər ki, tərbiyə 
cəmiyyəti istənilən şəkildə düzəldə bilər, məktəb cəmiyyətdən asılı 
deyil, əksinə cəmiyyət məktəbdən asılıdır. Onlar tərbiyədə son 
məqsədi, perspektivləri qəbul etmir. Onların fikrincə, məqsəd odur ki, 
konkret situasiyada uşağın gözlənilmədən meydana çıxan maraq və 
tələbi ödənilsin, uşaq özünü mövcud ictimai quruluşun tələblərinə 
uyğunlaşdıra bilsin. Praqmatik pedaqoqlar sübut etməyə çalışırlar ki, 
elmlərin əsaslarının sistematik öyrənilməsinə ehtiyac yoxdur, müəlli-
min borcu odur ki, konkret fəaliyyət zamanı lazım gələn bilikləri 
öyrətsin (“kompleks proqramlar” bu ideyadan doğmuşdur). 
Praqmatizm pedaqogikası özünün nedosentrizm prinsipini 
irəli sürmüşdür. Bunun mahiyyəti belədir: təlim-tərbiyə prosesinin 


34 
əsasında məktəblinin maraq və tələbatları durmalıdır. Bu yanaşma-
da uşağa o qədər hüquq verilir ki, o öz vəzifələrini tamam unutmaq 
halına gəlir, müəllimin rolu demək olar ki, heçə endirilir . 
ABŞ-da neopraqmatistlər (T.Brameld, H.Raqq, E.Kelli və b.) 
C.Duyinin cəmiyyəti tərbiyə vasitəsilə ilə dəyişmək ideyalarını daha 
da dərinləşdirməklə yeni pedaqoji istiqamət yaratmağa nail ola 
bilmişlər.

Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə