Annotasiya



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə11/382
tarix25.09.2023
ölçüsü5,95 Mb.
#123681
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   382
N 211

Yenidəntərbiyə
. Yenidəntərbiyə tərbiyəyə nisbətən çətin və 
mürəkkəb pedaqoji prosesdir. Bu pis tərbiyənin nəticəsidir. Çünki 
yenidəntərbiyə zamanı tərbiyəçi iki əsas istiqamətdə iş aparmalı olur. 
O, bir tərəfdən uşağın şüurunda həkk olunmuş arzuolunmaz, zərərli 
əxlaqi və ya digər mənəvi keyfiyyətin yanlışlığını isbat etməli, onu 
inandırmalı və aradan qaldırmalıdır. Digər tərəfdən də tərbiyəçi cə-
miyyət üçün faydalı olan yeni keyfiyyətləri uşağa aşılamalıdır. Yanlış 
və ya zərərli mənəvi keyfiyyətlər uşağın şüurundan davranışına 
süzüldükdə tərbiyəçinin işi daha da çətinləşir. O, nəinki uşağın mə-
nəvi aləminə, həm də əməlinə, davranış tərzinə təsir göstərməli olur. 
Odur ki, uşağın tərbiyəsini lap balacalıqdan düzgün qurmaq zəruridir. 
Ona görə deyirlər: “Ağac yaş ikən, uşaq beşikdə ikən”.
Uşağın şüurunda və ya davranışında kök salmış zərərli 
əlamətlərin ləğvi, onların əvəzində ictimai əhəmiyyət kəsb edən 
keyfiyyətlərin uşaqlara aşılanması yenidəntərbiyədir.
Özünütərbiyə.
Tərbiyə də, yenidəntərbiyə də özünütərbiyə ilə 
nəticələnməlidir. Özünütərbiyə yaxşı tərbiyənin nəticəsidr. Tərbiyə 
və yenidəntərbiyə zamanı uşağa özünütərbiyə bacarığı verilməlidir. 


30 
Bəzi uşaqlar və yeniyetmələr valideynlərin, müəllimlərin və digər 
tərbiyəçilərin bilavasitə nəzarəti olmayan şəraitdə düzgün düşünə və 
düzgün hərəkət edə bilmirlər. Belə uşaqları öz tərbiyəçilərinin tələb-
lərinə uyğun şəkildə fikirləşməyə və davranmağa alışdırmaq lazım-
dır. Tərbiyəçilərin bilavasitə nəzarəti olmadan, lakin onların məslə-
hətlərinə uyğun şəkildə uşaqlar nə qədər tez fəaliyyət göstərsələr, 
bir o qədər ailə üçün, cəmiyyət üçün yaxşıdır. Bu tərbiyə işinin 
müvəffəqiyyətli getdiyini göstərən əsas meyarlardan biridir.
Valideynlərin, müəllimlərin, digər tərbiyəçilərin nəzarəti ol-
madığı şəraitdə onların verdiyi istiqamətə uyğun düşünməyə və 
davranmağa uşaqların alışması prosesi özünütərbiyədir.
Təhsil anlayışı
. Pedaqogika elminin başlıca analyışlarından 
olan ﻞﻴﺼﺤﺘ
“təhsil” sözü ərəb dilində “hasil”, “məhsul” mənalarını 
verən ﻞﺼﺤ “həsələ” kökündən əmələ gəlmişdir. Təhsil haqqında 
Azərbaycan Respublikasının Qanunda yazılmışdır: 

Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə