Annotasiya



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə8/382
tarix25.09.2023
ölçüsü5,95 Mb.
#123681
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   382
N 211

 
1.3. Pedaqogika nəyi öyrənir: 
Pedaqogika elminin obyekti və predmeti 
Pedaqoji tədqiqatlarda ən mürəkkəb məsələlərdən biri tədqi-
qatın obyekti və predmeti problemidir. Uzun illər obyektlə predmeti 
ayırmağa, onlar arasındakı sərhədləri müəyyənləşdirməyə cəhdlər 
göstərilmişdir. Bu günədək “Pedaqogika elminin tədqiqat obyekti 
və predmeti nədir?” – sualına birmənalı cavab verilməmişdir.
“Obyekt” və “predmet” anlayışları bir-biri ilə sıx bağlı və 
bunların arasında oxşar cəhətlər çox olsa da, bunları eynilışdirmək 
olmaz. Bunların başlıca fərqi ondan ibarətdir ki, əvvəla “obyekt” 
anlayışı “predmet” anlayışından genişdir; məsələn, fizikanın da, 
kimyanın da obyekti təbiətdir, lakin həmin elmlər təbiəti müxtəlif 
aspektdə öyrənir – biri maddələri və onların çevrilmələrini, digəri 
isə fiziki hadisələri tədqiq edir. İkincisi obyekt orijinalla, predmet 
1
Bax: Виноградов В.Г. Научное превидение. М.: Высшая школа, 1973. 


25 
isə həmin orijinalın modeli ilə, hissəsi ilə əlaqədardır. Eyni 
orijinalın müxtəlif modeli ola bilər, lakin bu modellər əsla bir-birini 
təkrar etmir. Məsələn, həm mühəndisin çəkdiyi çertyoj, həm də evin 
fotoqraf tərəfindən çəkilmiş şəkli “ev” orijinalı üçün model yerində 
çıxış edir. Çertyoj və fotoqrafiya müxtəlif elmlərin mövzularına 
daxil olan modellərdir: çertyoj həndəsə, fotoqrafiya isə fizika elmi 
ilə əlaqədardır. Pedaqogika da, psixologiya da insan haqqında 
elmdir, lakin psixoloqun əldə etdiyi modellə pedaqoqun əldə etdiyi 
model bir-birini əsla təkrar etmir.
Pedaqogika elminin obyekti pedaqoji təcrübənin verilməsi 
prosesidir, predmet isə obyektin pedaqoji aspektdə öyrənilməsi, 
yəni orijinalın pedaqoji modeli və ya hissəsidir.
Pedaqogikanın obyekti pedaqoji gerçəklikdən ibarətdir. Peda-
qoji gerçəklik dedikdə insanın həyata hazırlanmasını, onun hərtə-
rəfli və ahəngdar inkişafına rəhbərlik prosesini, həyata hazırlayanla 
həyata hazırlanan arasındakı qarşılıqlı əlaqəni nəzərdə tuturuq. 
Nəzərə almalıyıq ki, bu proses öz-özlüyündə deyil, yalnız tədqiqata 
cəlb olunduqda, onun üzərində elmi araşdırmalar aparıldıqda obyekt 
yerində çıxış edir. Pedaqogikanın predmeti isə pedaqoji gerçəkliyin 
pedaqoji modelindən ibarətdir. 
 
Pedaqogikada “təcrübənin verilməsi”, “pedaqoji gerçəklik”, 
“pedaqoji proses” kimi anlayışlar tez-tez işlədilir və bəzən bunları 
eyniləşdirmə halları da müşahidə olunur. Əslində isə bunları eyni 
mənada işlətmək doğru deyildir. Harada ki, təcrübənin verilməsi 
vardır, orada pedaqoji gerçəklik mövcuddur; pedaqoji proses isə 
pedaqoji gerçəklikdən dar anlayışdır. Yəni, o, ümumiyyətlə təcrü-
bənin verilməsi deyil, yalnız müəyyən tip müəssisələrdə, yəni təlim-
tərbiyə müəssisələrində özünü göstərən pedaqoji gerçəkliyi əhatə 
edir. Təcrübənin verilməsində məqsəd yeni nəsilləri həyata hazırla-
maqdan ibarətdir. Bu mənada pedaqogikanı insanın həyata hazır-
lanması haqqında elm adlandırmaq olar.
“Təcrübə” anlayışına aşağıdakılar daxildir: biliklər sistemi; 
münasibətlər sistemi; bacarıq və vərdişlər sistemi; yaradıcılıq təc-
rübəsi. Biliklərin yeni nəsillərə verilməsi sayəsində təbiət, cəmiyyət 
və təfəkkürün ümumi sirləri öyrədilir; münasibətlərin öyrədilməsi 
geniş mənada davranış qaydaları sistemini, davranış normalarını 


26 
mənimsəməyə gətirib çıxarır; bacarıq və vərdişlər yeni nəsilləri 
maddi və mənəvi mədəniyyətin mühafizəsinə, bərpasına yönəldir; 
yaradıcılıq təcrübəsi isə mədəniyyəti daha da inkişaf etdirməyə, 
zənginləşdirməyə şərait yaradır.

Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə