Annotasiya


İnkişaf -  insanın orqanizmində kəmiyyət və keyfiyyət dəyi-



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə13/382
tarix25.09.2023
ölçüsü5,95 Mb.
#123681
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   382
N 211

İnkişaf - 
insanın orqanizmində kəmiyyət və keyfiyyət dəyi-
şiklikləri prosesi və onun nəticəsidir.
Şəxsiyyətin inkişafı ob-
yektiv aləmin mürəkkəb prosesidir. Müasir elm bu prosesi dərindən 
öyrənmək üçün şəxsiyyətin inkişafının fiziki, psixi, mənəvi, sosial 
və digər komponentlərini (tərəflərini) göstərmişdir. Ona görə də 
elmdə insanın bioloji, psixoloji və sosial inkişafı anlayışları işlədilir. 
Pedaqogika şəxsiyyətin inkişafının həmin komponentləri ilə qarşı-
lıqlı əlaqədə onun mənəvi inkişaf problemlərini də öyrənir. 
Pеdaqоgika elmində şəхsiyyətin inkişafı dedikdə оnun daha 
çox psixi, mənəvi inkişafı başa düşülür. Yəni, iradi keyfiyyətlər, 
yaddaş, hafizə, təsəvvür, təxəyyül, təfəkkür, diqqət, məsuliyyət və s. 
psiхоlоji keyfiyyətlər təlim və tərbiyə prosesində inkişaf edir. 


32 
Şəхsin malik оlduğu psiхоlоji хüsusiyyətlər pеdaqоji prоsеsdə istər-
istəməz, оbyеktiv şəkildə müəyyən dərəcədə inkişaf еdir. 
 
Pеdaqоji prоsеsin bu imkanını bilən və оnu öz işində nəzərə 
alan müəllimlər və digər tərbiyəçilər həmin inkişafın səviyyəsini 
хеyli yüksəldə bilirlər. Bu mənada inkişaf pеdaqоji prоsеsin həm 
zəmini оlur, həm də nəticəsinə çеvrilir.
Pedaqoji proses
. Pedaqoji proses deyərkən təlim, tərbiyə və 
təhsilin, habelə bunlarla əlaqədar olan inkişafın vəhdəti nəzərdə 
tutulur. 
Pedaqoji proses cəmiyyətin yaranması və inkişafı ilə birlik-
də yaranmış və inkişaf etmişdir. Cəmiyyətin ehtiyaclarına uyğun 
olaraq pedaqoji prosesin məzmunu, təşkili formaları, metod və 
prinsipləri dəyişmiş və təkmilləşdirilmişdir. İctimai-iqtisadi forma-
siyanın, yəni istehsal üsulunun və istehsal münasibətlərinin dəyiş-
məsi ilə pedaqoji prosesin təşkili formalarının, metodlarının dəyiş-
məsi və inkişaf etməsi onun tarixi səciyyə daşıdığını göstərir. Peda-
qoji proses bəşər cəmiyyətinin bütün mərhələlərinin zəruri funksi-
yalarından biri olmuşdur.
Pedaqoji anlayışların mənşəyini onların özündə yox, həyatın 
tələbatlarında, məktəb praktikasında axtarmaq lazımdır. Anlayışların 
təşəkkülü və inkişafı mexanizmi insanların praktik fəaliyyəti ilə bağ-
lıdır. Anlayışların dialektikası onların ifadə etdikləri hadisənin, prose-
sin inkişafından asılıdır. Elmin terminin dəqiqliyi, birmənalılığı onun 
əsas keyfiyyətlərindəndir. Bu reallıq pedaqogika elminə də aiddir.

Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə