Annotasiya


Pedaqokanın etika ilə əlaqəsi



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə21/382
tarix25.09.2023
ölçüsü5,95 Mb.
#123681
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   382
N 211

Pedaqokanın etika ilə əlaqəsi. 
Pedaqogika etika ilə qarşılıqlı 
əlaqəlidir. Fəlsəfi elm olan etika, əxlaq tərbiyəsinin əsasını təşkil 
edir.
 
Pedaqoji prosesdə əxlaqın meydana gəlməsi, təşəkkülü haqqın-
da məlumatlar da əhəmiyyətli yer tutur. 
Pedaqogikanın həmçinin ədəbiyyat, incəsənət, tarix, erqo-
nomika, məntiq, gigiyena və daha bir çox digər elmlərlə də qar-
şılıqlı əlaqəsi vardır.
Pedaqogika nəinki başqa elmlərin nailiyyətlə-
rinə, həm də bütün digər elmlərə, onların inkişafına təkan verir. 
Pedaqogikanın digər elmlərlə qarşılıqlı əlaqəsi sayəsində tamam 
yeni elm sahələri də yaranır.
Pedaqogika elminin digər elmlərlə təmasda inkişafı o demək 
deyildir ki, guya pedaqoji bilikləri başqa elm sahələrində axtarmaq 
lazımdır, hansı ki, vaxtı ilə K.D.Uşinskinin “Antropologiya” əsərin-
də belə meyil qabarıq şəkildə ifadə edilmişdir.
Pedaqogikanın digər elmlərlə əlaqələrini aşağıdakı kimi xüla-
sə etmək olar: 

pedaqogika başqa elmlərin əsas ideyalarından, nəzəri müd-
dəalarından və ümumiləşdirilmiş nəticələrindən istifadə edir

pedaqogika başqa elmlərin tədqiqat metodlarından istifadə 
edir;

fəlsəfə, psixologiya, ali sinir fəaliyyətinin fiziologiyası, so-
siologiya və başqa elmlərin apardığı tədqiqatların konkret nəticələri 
pedaqogikada tətbiq olunur; 

pedaqogika insanı öyrənən kompleks tədqiqatlarda iştirak 
edir . 
 


44 
1.7. Pedaqogikanın sahələri
(və ya pedaqogikada diferensiya prosesləri) 
 
Vaxtilə fəlsəfənin və sosiologiyanın tərkibində olan, bir müd-
dətdən sonra ondan ayrılan və getdikcə müstəqil elmə çevrilən pe-
daqogika inkişaf edərək bir çox şaxələrə ayrılmaqdadır. Peda-
qogikanın öyrəndiyi predmet o qədər mürəkkəbdir ki, ayrıca, hətta 
ən geniş elm onun mahiyyətini, əlaqələrini və ifadə vasitələrini əha-
tə edə bilməz. Pedaqogika uzun inkişaf yolu keçərək çoxlu nəzəri və 
təcrübi informasiya toplamış və hazırda şaxələnmiş elmi biliklər 
sisteminə çevrilmişdir, başqa sözlə, müasir pedaqogika təhsil, təlim, 
tərbiyə haqqında elmlər sisteminə çevrilmişdir. Pedaqoji elmin 
sahələri arasında ardıcıl, sıx əlaqə vardır. Onların hamısı insanı öy-
rənir, onun təhsil-tərbiyə problemlərini tədqiq edir, praktika üçün 
tövsiyələr işləyib hazırlayır. “Pedaqogika elminin arxitekturasının 
özünəməxsusluğu, təkrarolunmazlığı məhz təbiətin ən ali varlığı 
olan insanın özünün dünyaya gəlməsi ilə və ya sosiallaşması pro-
sesində düçar olduğu qeyri-normal hadisələrlə şərtlənir” . 
Pedaqoji elm sahələrinin müxtəlifliyi insanların əqli, görmə, 
eşitmə, nitq və s. imkanlarının müxtəlifliyi ilə də bağlıdır.
Pedaqoji elmlər sisteminə aşağıdakılar daxildir: 

Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə