Annotasiya


İstehsalat  pedaqogikası



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə24/382
tarix25.09.2023
ölçüsü5,95 Mb.
#123681
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   382
N 211

İstehsalat 
pedaqogikası
müxtəlif istehsalat müəssisələrində, idarə və təşkilat-


46 
larda aparılan tərbiyə işləri, texniki inkişafla bağlı yeni əmək və tə-
lim bilik, bacarıq və vərdişlərinin formalaşdırılması və digər peda-
qoji problemləri araşdırır. 
Gender pedaqogikası 
son dövrlərdə 
pedaqogikamıza daxil olmuşdur. Gender ingilis dilində “Genius” 
sözündən olub “cins” deməkdir. Gender kişi ilə qadın arasındakı 
fərqlərin bioloji deyil, sosial tərəflərini, fərqlərini öyrənir. Bu fərq-
lər kişi və qadının cəmiyyətdə fəaliyyətində, davranışında, mental 
və emosional xüsusiyyətlərində özünü büruzə verir. Gender 
pedaqogikası kişi və qadın arasında sosial bərabərliyin pedaqoji
psixoloji, əxlaqi, mənəvi problemlərini işləyib tədqiq edir. Gender 
pedaqogikası təlim və tərbiyə prosesində oğlan və qızların gender 
sosiallaşması xüsusiyyətlərini öyrənir. Pedaqoji prosesdə gender 
münasibətlərinin nəzərə alınması təlim və tərbiyənin keyfiyyətinin 
yüksəldilməsində və səmərəli təşkilində mühüm amildir. 
Yaş peda-
qogikası 
isə müxtəlif yaş dövrlərində təlim və tərbiyə məslələrini 
öyrənir və ona müvafiq olaraq pedaqoji prosesi qurur. 
Yaşlıların pedaqogikası 
– pedaqoji elmin bir sahəsi olub yaşlı 
insanların təlimi, tərbiyəsi, təhsili və özünütəhsilinin pedaqoji 
cəhətdən məqsədyönlü, planlı, sistemli şəkildə müxtəlif formalarda 
təşkilidir. Buna androqoqika da deyilir.
Tibbi pedaqogika.
Pedaqogikanın bu sahəsi tibbin hüdudunda 
təşəkkül taparaq formalaşır. Uşaq və yeniyetmələr arasında хəstəlik 
hallarının olması bu istiqamətdə səhiyyənin məqsədyönlü fəaliyyət 
göstərməsini tələb etdiyi kimi, belə uşaqların təhsilinin də təşkilini 
zərurətə çevirir. Beləliklə, qoruyucu təhsil-tərbiyə konstruksiya-
larının işlənib hazırlanması təхirəsalınmaz vəzifə kimi qarşıda 
durur. Tibbi pedaqogikanın predmetini хəstə və halsız şagirdlərlə 
müəllimlərin təlim-tərbiyə fəaliyyətinin sistemi təşkil edir. Deməli, 
müalicə və təhsilin səmərəli şəkildə uzlaşdırılması tələbatı öz-özlü-
yündə meydana çıхır və beləliklə, tibbi-pedaqoji elmin inteqrasiyası 
baş verir. Tibbi pedaqogikanın faydalılığını artırmaq üçün alimlərin 
və praktik işçilərin ikili təhsilə (tibbi və pedaqoji) yiyələnmələri 
məqsədəuyğundur. 

Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə