Annotasiya



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə27/382
tarix25.09.2023
ölçüsü5,95 Mb.
#123681
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   382
N 211

II fəsil
 
PEDAQOGİKA ELMİNİN MƏNBƏLƏRİ. 
PEDAQOGİKANIN METODOLOGİYASI
VƏ TƏDQİQAT METODLARI 
 
Əhatə olunan məsələlər: 
 
2.1. Pedaqoji elmin mənbələri. 
2.2. Pedaqogikanın metodologiyası. 
2.3. Pedaqoji tədqiqat metodları və onların səciyyəvi xüsusiyyətləri. 
2.4. Pedaqoji tədqiqatların texnologiyası (və ya tədqiqatın meto-
doloji aparatı). 


51 
2.1. Pedaqoji elmin mənbələri 
Pedaqoji elmin mənbələri və tədqiqat metodları bir-biri ilə 
əlaqədardır. Pedaqoji tədqiqat metodları pedaqoji metodologiyaya 
dayanaraq pedaqoji elmin mənbələrinə uyğun olaraq seçilir. Odur 
ki, öncə pedaqoji elmin mənbələri barədə fikirlərimizi bölüşək, 
sonra pedaqoji texnologiya və tədqiqat metodları anlayışlarına elmi 
şərh verməyə çalışaq.
Pedaqoji elmin mənbələri müxtəlifdir: pedaqoji proses, peda-
qoji sənədlər, pedaqoji mövzuda yazılar, klassiklərin əsərləri və 
pedaqoji fikirləri, şagirdlərin (və digər tərbiyə olunanların) fərdiy-
yəti, şifahi xalq yaradıcılığı nümunələri, dövlət sənədləri, canlı söz, 
müqəddəs kitabımız “Qurani-Kərim” və s. Xüsusi qeyd olunmalıdır 
ki, tədris və tərbiyə müəssisələrində həyata keçirilən pedaqoji pro-
ses pedaqoji elmin və pedaqoji biliklərin əsas mənbəyidir. Sada-
lanan mənbələri iki qrupa ayırmaq olar: 1) geniş mənada pedaqoji 
prosesinin özü; 2) şifahi və yazılı mənbələr. Birinciyə praktika
ikinciyə təlim-tərbiyə haqqında əsaslandırılmış fikirlər, mülahizələr, 
dövlət sənədləri, pedaqoji sənədlər, mütəfəkkirlərin pedaqoji ideya-
ları və s. daxildir. 
Dövlət sənədləri. 
Respublikamızda təhsil Azərbaycan dövlə-
tinin müvafiq qanunları əsasında təşkil olunur və inkişaf etdirilir. 
Ən əvvəl Azərbaycan Respublikası Konstitusiyası (Əsas Qanunu), 
sonra təhsil sahəsində dövlət qanunvericiliyinin əsasları, təhsillə 
əlaqədar qəbul olunan qanunlar və digər rəsmi sənədlər nəzərdə 
tutulur. Bu cür sənədlərin tələblərini, təlim və tərbiyə qarşısında 
qoyduğu vəzifələri pedaqoji proseslə məşğul olan, pedaqoji 
problemləri tədqiq edən şəxslər öyrənməlidirlər. 

Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə