Annotasiya


İslah-əmək pedaqogikası (və ya “Pentensiar pedaqogika”)



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə25/382
tarix25.09.2023
ölçüsü5,95 Mb.
#123681
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   382
N 211

İslah-əmək pedaqogikası (və ya “Pentensiar pedaqogika”) 
islah əmək kolonoyalarında
 
həbs olunmuş şəxslərin yenidən tərbiyə 
olunması üçün pedaqoji yanaşmaların nəzəri və praktik əsaslarını 


47 
öyrənir, burada onların təhsilinin və tərbiyəsinin təşkili məslələrini 
araşdırır.İslah-əmək pedaqogikası hüquq elmləri ilə daha sıx bağlıdır.
Pedaqoji ədəbiyyatda daha fərqli pedaqogika sahələrinə də rast 
gəlmək olur.
Humanistlik pedaqogikası
 
1950-ci illərin sonu 1960-cı illərin 
əvvəllərində ABŞ-da yaranmışdır. Humanistlik pedaqogikası əvvəlcə 
humanistlik ideyalarının ifadəsi kimi meydana gəlmiş və müasir 
tərbiyə metodlarının nəzəri və praktik istiqamətlərini özündə əks 
etdirmişdir. Qərbdə onun ən fəal nümayəndələri kimi K.Rodjere, 
R.Bart, Ç.Ratboun və başqalarını göstərmək olar. Humanistlik pe-
daqogikasının əsas qayəsi təhsilə, şəxsiyyətə qayğılı münasibət, təh-
sildə və təlimdə avtoritarizmi dəf etmək, şagirdlərin bilikləri, bacarıq 
və vərdişləri mənimsəmə prosesinə emosional rəng qatmaqdır. Hu-
manistlik pedaqogikasında təmənnasız yardım etmə, pay vermə
bağışlama, həvəsləndirmə və rəğbətləndirmə kimi formalara üstünlük 
verilir. Humanistlik pedaqogikası qabiliyyətli, istedadlı, talantlı uşaq-
ların üzə çıxarılması, inkişaf etdirilməsi, formalaşdırılması ilə məşğul 
olmaqla yanaşı, sahibsiz, kimsəsiz və şikəst uşaqlara da yardım 
edilməsini həyata keçirdiyi işlərin ən mühüm tərkib hissələrindən biri 
hesab edir. 
Antropedaqogika 
insanın bütün həyatı boyu təhsil, tərbi-
yə və inkişafı prosesi ilə bağlı yaranmışdır.İnsanın fasiləsiz tənsil al-
ması problemlərini öyrənir. 
Bərpa pedaqogikası 
uşaqların intellek-
tual fəaliyyətinə mane olan amillərin aradan qaldırılmasını öyrənir. 
Elmi-texniki tərəqqi dövründə informasiya axınının idarə olunması 
və yetişən nəslin nümayəndələrinin informasiya aləminə daxil 
edilməsi məqsədilə yaradılan pedaqogikaya informatika-kibernetika 
pedaqogikası deyilir. Qızların mənəvi-əxlaqi normalarının saflaşdırıl-
masına xidmət edən pedaqogika 

Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə