Annotasiya



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə33/382
tarix25.09.2023
ölçüsü5,95 Mb.
#123681
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   382
N 211

Müsahibə
. Bu metodun köməyi ilə hər hansı pedaqoji fakt və 
hadisəyə müəllimlərin, şagirdlərin və valideynlərin münasibəti mü-
əyyən olunur, müəyyən təlim-tərbiyə hadisəsi başqaları ilə söhbət 
etmək vasitəsilə öyrənilir. Pedaqoji müsahibəni planlaşdırmaq tələb 
olunur. Müsahibənin kimlərlə və nə məqsədlə aparılacağı, hansı 
sualların və nə üçün məhz həmin sualların veriləcəyi əvvəlcədən 
ətraflı ölçülüb biçilir. Bu metod əsasən informasiya əldə etmək və 
ya müşahidə zamanı aydın olmayan məsələləri aydınlaşdırmaq məq-
sədilə aparılır. Tədqiqat metodu kimi müsahibə daha canlı və təbii 
səciyyə daşıyır. Müsahibənin dörd növü vardır: 
1.
Ümumi müsahibə (qabaqcadan mövzusu müəyyən olun-
muş müsahibə);
2.
Müəyyən problem üzrə aparılan müsahibə; 
3.
Qabaqcadan müəyyən olunmuş suallar üzrə aparılan 
müsahibə; 
4.
İntervü (əvvəlcədən planlaşdırılmış suallar əsasında aparı-
lır və alınan cavablar yazılmaqla aparılır) [9]. 
Müsahibənin müəyyən növü olan intervü özünəməxsus xü-
susiyyətə malikdir. Əgər müsahibə qarşılıqlı informasiya xarakteri 
daşıyırsa, intervüdə biri digərindən soruşur, müsahibin fikrinə təsir 
etməmək məqsədilə ona şəxsi fikirlərini demir. İntervü fərdlə və 
qrupla keçirilə bilər. Qrup şəklində intervü şagirdlər, həmin sinifdə 
dərs deyən müəllimlər, uşaqların valideynləri ilə keçirilə bilər. 
Pedaqoji tədqiqatlarda intervünün iki növündən istifadə olunur: bu 
və ya digər hadisəyə insanların münasibətinin aydınlaşmasına yö-
nəlmiş fikir bildirən; fikir və hadisəni dəqiqləşdirən sənədli intervü. 
N.V.Kuzmina intervünü standart, yarımstandart və qeyri-standart 
olmaqla üç növə ayırır . 
Başqa tədqiqat metodları ilə müqayisədə müsahibə daha çox 
qeyri-müəyyən quruluşa, təşkilat formasına, nəticəyə malikdir. Ona 
görə də tədqiqatçı müsahibə aparmaq bacarığına yiyələnməlidir. 
Müsahibə o vaxt əsil tədqiqat metodu funksiyasının daşıyıcısı olur ki, 


65 
müəllim-eksperimentator hər hansı problemlə əlaqədar faktik mate-
rial toplamaq məqsədilə bu metoda müraciət edir. Həmin vaxt ortaya 
atılan məsələ ətrafında fikir mübadiləsi baş verir. Müsahibənin 
mükəmməl keçirilməsi müəllimdən, eksperimentatordan yüksək nə-
zəri, pedaqoji-psixoloji hazırlıq, onu aparma səriştəsinə yiyələnmək 
bacarığı tələb edir. Müsahibə zamanı xoşa gəlməyən həyəcan yarada 
biləcək hallardan qaçmaq lazımdır. Müsahibə təbii mühitdə (ailə 
şəraitində, sinifdə şən əhval-ruhiyyə yarandıqda, ekskursiya, gəzinti, 
əyləncə, istirahət zamanı) aparılmalıdır. Müsahibə zamanı yad ada-
mın, şagirdlərin iştirakına (və ya digərləri, hansı ki, tədqiqata cəlb 
olunan tərəfdir), maqnitofondan, diktofondan istifadə olunmasına yol 
verilməməlidir. Tədqiqatçı müsahibəni, xüsusilə fərziyyənin yoxlan-
masına xidmət edən cavabları yadda saxlamalıdır.

Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə