Annotasiya



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə32/382
tarix25.09.2023
ölçüsü5,95 Mb.
#123681
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   382
N 211

1.
Məqsədyönlülük.
O, yalnız seçilmiş obyekt üzərində mü-
şahidənin istiqamətliliyinin üstünlüyü ilə deyil, həm də onların 
təsvirinin müəyyən pedaqoji konsepsiyası aləminə keçirilməsi, onun 
anlaşılan terminoloji sistemi ilə bağlıdır. Müşahidəçi əşyanın tarixi, 
inkişafı və strukturu haqqında müəyyən təsəvvürə malikdir. Bu 
müşahidənin yalnız qavranılanın sadəcə qeydə alınması deyil, 
əksinə zəruri olan seçmə vasitəsi, müşahidə aparanın başa düşdüyü 
şəkildə ilkin şərhi qaydası kimi aparılmasına imkan verir. 


63 
2. Təhlil xarakterikliyi.
Müşahidəçi ümumi mənzərədən ar-
tıq müşahidənin gedişində təhlil olunacaq, qiymətləndiriləcək və 
izah ediləcək ayrı-ayrı cəhətləri, elementləri, əlaqələri ayırır. 
3. Komplekslilik. 
Bu əlamət pedaqoji bütövlüyü, tamlığı xa-
rakterindən irəli gəlir və baxış dairəsindən onun heç bir mühüm 
cəhətini və ya əlaqələrini buraxmamağı tələb edir. 
4. Sistematiklik
. Bu əlamət müşahidə olunanın bir dəfə 
“şəklini çəkməklə” məhdudlaşmamağı, az-çox davamlı müşahidə 
əsasında statistik davamlı əlaqələri və münasibətləri, müəyyən dövr 
ərzində müşahidə olunanlarda baş verən dəyişiklikləri, inkişafı 
aşkara çıxarmağı tələb edir.” 
L.İ.Novikova, A.T.Kurakin müşahidə zamanı aşağıdakıları 
nəzərə almağı məsləhət görür: 
a) müşahidə olunan pedaqoji prosesin baş verdiyi şərait
ümumi yol; 
b) müəllimin fəaliyyəti, onun metod və priyomları, şagirdlərə 
təsir qaydaları, müəllimin şagirdlərə münasibəti; 
c) şagirdlərin fəaliyyəti, əməli, hərəkəti, ətraf şəraitə, işə, bir-
birinə münasibəti, müəllimin işlətdiyi metod və priyomlara reaksiya. 
Professor Y.Ş.Kərimovun fikrincə, bunlardan əlavə aşağıdakı-
ların da nəzərə alınması vacib və faydalıdır: 
a) şagirdlərin yaşı (sinif), materialın məzmunu, xarakteri; 
b) müəllimin nəzəri hazırlığı, şagirdlərin müəllimə münasibəti;
c) şagirdlərin müstəqil fəaliyyətə meyli . 
Pedaqoji tədqiqatlarda müşahidə metodunun müxtəlif növlə-
rindən istifadə olunur. Bəzi halda tədqiqatçı müşahidə aparan qru-
pun üzvü olur, bəzilərində isə kənardan müşahidə aparır. Müşahidə 
açıq və gizli, geniş və məhdud, sistematik və epizodik ola bilir. 
Geniş (və ya bütöv) müşahidə adətən obyekti tam əhatə edir. Bu 
zaman müşahidəçi müvafiq qanunauyğunluğu çıxarmaq üçün daha 
çox məktəbi, sinfi, şagirdi əhatə etməli olur. Məhdud müşahidə bir 
növ seçmə xarakter daşıyır. Məsələn, şagirdlərin idrak fəaliyyətinin 
müşahidəsi. Sistematik müşahidə uzunmüddətli müşahidədir. O, 
xeyli müddət davam edir. Epizodik müşahidə dövrü xarakter daşıyır 
və ona nisbətən az vaxt sərf olunur. Bəzi hallarda müşahidə metodu 
baş vermiş müəyyən bir hadisənin, öyrəniləcək təlim-tərbiyə məsə-


64 
ləsinin səbəbini aşkar etmək üçün (şagirdin dərsə hazır gəlmə-
məsinin, ev tapşırığını həll etməməsinin, sinifdə nizam-intizamın 
pozulması və s. səbəbini öyrənmək üçün) əlverişli olmur. Ona görə 
də müsahibə metodundan istifadə olunur.

Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə