Annotasiya


Pedaqoji tədqiqat metodları



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə30/382
tarix25.09.2023
ölçüsü5,95 Mb.
#123681
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   382
N 211

2.3. Pedaqoji tədqiqat metodları
və onların səciyyəvi xüsusiyyətləri 
Azərbaycanın görkəmli pedaqoqlarından olan professor 
Y.Ş.Kərimov pedaqoji tədqiqat metodlarının adətən iki qrupa ayrıl-
dığını göstərir. Sözügedən qruplar belədir: məzmunla bağlı metod-
lar; formal metodlar. Birinci qrupa pedaqoji hadisə və proseslərin 
faktlarının öyrənilməsinə xidmət edən metodlar – müşahidə, təcrübi 


59 
pedaqoji iş, eksperiment, müsahibə, anket sorğusu, məktəb və şa-
girdlərin fəaliyyətinə dair sənədlərin öyrənilməsi daxildir. Məz-
munla bağlı hesab edilən bu metodların köməyi ilə öyrənilən məsələ 
və proseslə əlaqədar faktlar toplanır, sonra onlar təhlil-tərkib edilir, 
ümumiləşdirmələr aparılır, elmi cəhətdən əsaslandırılmış nəticələr 
çıxarılır, təhsil müəssisələrinə təkliflər verilir. Pedaqoji tədqiqat me-
todlarının formal adlanan ikinci qrupuna konkret pedaqoji hadisələri 
yüksək səviyyədə mücərrədləşdirən metodlar daxildir. Bu metodlar-
dan istifadə edərkən tədqiqatçı hadisənin məzmununu nəzərə alma-
dan ancaq formasına, gümanına görə bir sıra hadisələr haqqında 
mühakimə, əqli nəticə irəli sürür. Bu metodlara riyazi metodlar
xüsusilə hadisə və prosesləri kəmiyyətcə və kibernetik modelləşdir-
mə, məntiqi metodlar, nəzəri təhlil və tərkib metodları daxildir. On-
ların köməyi ilə pedaqogikanın predmetinin müəyyənləşdirilməsi, 
cəmiyyətin inkişafında tərbiyənin rolu, məktəbin inkişafının proq-
nozlaşdırılması və s. məsələlər tədqiq edilir. 
Tədqiqat üsulları çoxdur. Onları mənbələrinə görə şərti olaraq 
beş qrupa bölmək olar: 1. Nəzəri tədqiqat üsulları; 2. Praktik tədqi-
qat üsulları; 3. Eksperimental tədqiqat üsulları. 4. Tarixi müqayisəli 
tədqiqat üsulları; 5. Riyazi üsullar.
Y.Ş.Kərimov göstərir ki, nəzəri tədqiqatda beş əsas vasitədən 
istifadə edilir: təhlil, tərkib, onların vəhdəti, induksiya və deduksiya. 
Pedaqoji tədqiqatda bəzən müəyyən pedaqoji hadisəni dərindən 
dərk etmək üçün onu təhlil etmək, fikrən hissələrə və əlamətlərə 
ayırmaq lazım gəlir. Eyni problem üzrə aparılmış müxtəlif tədqiqat-
larda oxşar cəhətləri üzə çıxararaq ümumiləşdirmələr aparanda tər-
kib xeyli faydalı olur. Nəzəri pedaqoji ümumiləşdirmələr ən çox tər-
kibin məhsulu olur. Nəzəri tədqiqatda daha geniş istifadə olunan 
təhlil və tərkibin birliyidir. Bir çox hallarda tədqiqatçı pedaqoji ha-
disələrin təhlili ilə və ya tərkib olunması ilə məhdudlaşmır, hissələrə 
və ya əlamətlərə ayrılan pedaqoji hadisələr sonra ümumiləşdirilir, 
elmi anlayış yaradılır. Nəzəri tədqiqatda induksiya və deduksiya 
kimi vasitələrdən də istifadə edilir. Məlum olduğu kimi, induksiya 
elmi faktların toplanması, həmin faktlar üçün ümumi əlamətlərin 
üzə çıxarılması və bu əsasda ümumiləşdirmə aparılması prosesidir. 
Deduksiya, əksinə, ümumi pedaqoji fikir əsasında müəyyən qrup 


60 
pedaqoji faktların nəzərdən keçirilməsi, həmin fikrə uyğun gəlib-
gəlmədiyinin müəyyənləşdirilməsi prosesidir. 
Praktik tədqiqat üsulları bəzi mənbələrdə pedaqoji təcrübənin 
öyrənilməsi və ümumiləşdirilməsi adlanır. Pedaqoji nəzəriyyə üçün 
pedaqoji təcrübənin əhəmiyyəti böyükdür, bunların arasında canlı 
dialektika vardır. Pedaqoji nəzəriyyəni qidalandıran bir sıra praktik 
üsullar vardır: pedaqoji müşahidə; pedaqoji müsahibə və ya intervü; 
anketləşdirmə; fəaliyyət məhsullarının öyrənilməsi; pedaqoji sənəd-
lərin öyrənilməsi . 
P.A.Podkorıtova metodları üç qrupa ayırır: ümumi dialektik 
metodlar; elmi idrakın bütün elmlərdə istifadə olunan ümumi me-
todları (müşahidə, təhlil, tərkib, eksperiment və s.); xüsusi (sahələr 
üzrə) elmi-tədqiqat metodları. 
Ümumiyyətlə, tədqiqat metodlarını nəzəri, empirik-nəzəri
empirik olmaqla qruplara ayırmaq mümkündür. Son dövrlərdə, 
müasir elmşünaslıqda daha bir qrup metodlardan – metanəzəri elmi-
tədqiqat metodlarından da bəhs olunur. Qeyd edək ki, pedaqoji 
hadisələrin öyrənilməsinə idrak metodlarından heç də bir-birindən 
təcrid olunmuş şəkildə istifadə olunmur. 

Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə