Annotasiya



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə28/382
tarix25.09.2023
ölçüsü5,95 Mb.
#123681
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   382
N 211

Pedaqoji sənədlər.
Hər bir tədris və ya tərbiyə müəssisəsinin 
özünəməxsus sənədləri vardır. Bu sənədlər həmin tədris və ya tərbi-
yə müəssisəsində aparılan işin xüsusiyyətlərini əks etdirir. Məktəbin 
necə işlədiyini öyrənməkdə həmin sənədlər tədqiqatçıya zəngin 
məlumat verir. 
Pedaqoji mövzuda yazılar.
Pedaqoji biliklər müvafiq kitab-
larda, jurnal və qəzetlərdə şərh edilir. Bu cür mənbələr keçmişdə 


52 
tədris müəssisələrinin vəziyyətindən, oradakı təlim və tərbiyə işinin 
məzmunundan, üsulları və təşkili formalarından, pedaqoji fikrin 
tarixindən xəbər verir. Təhsilin, təlim və tərbiyənin, habelə inkişafın 
müasir problemlərini, qabaqcıl məktəb və müəllimlərin iş təcrübə-
sini, mövcud olan nöqsanları və onların aradan qaldırılması yolla-
rını təhlil edən kitablar və məqalələr vardır. 
Tərbiyə olunanların fəaliyyət məhsulları.
Pedaqoji bilik 
mənbəyi olan uşaq fəaliyyəti məhsulları müxtəlifdir. Fənlər üzrə 
uşaqların icra etdikləri işlər, sinifdənxaric və məktəbdənkənar təd-
birlər zamanı onların yerinə yetirdikləri tapşırıqlar buraya daxildir. 
Məsələn, dil üzrə uşaqların yazdıqları imla, inşa və ya rəy mətnləri, 
ayrı-ayrı fənlərdən həll etdikləri məsələ və misallar, tərtib etdikləri 
planlar və xəritələr, quraşdırdıqları modellər, düzəltdikləri əyani va-
sitələr, becərdikləri bitkilər, hazırladıqları fotomontaj və fotostend-
lər, çıxardıqları divar qəzetləri və bülletenlər, muzey üçün topladıq-
ları eksponatlar, tikdikləri paltarlar, hörmələr, çəkdikləri şəkillər, 
onların istehsal etdikləri müxtəlif məhsullar və s. şagirdlərin baca-
rıqları və qabiliyyətləri barədə, təlim və tərbiyənin necəliyi haq-
qında fikir söyləməyə əsas verir. 
Şifahi xalq yaradıcılığı nümunələri. 
Xalq təlim və tərbiyə 
haqqında, elm və bilik haqqında öz fikirlərini, istək və arzularını 
atalar sözlərində və zərb məsəllərdə, nağıl və dastanlarda, bayatı və 
tapmacalarda ifadə etmişdir. Bunların hamısı tərbiyəçilər üçün, 
xüsusən valideynlər üçün zəngin pedaqoji bilik mənbəyidir. Hər kəs 
ondan bəhrələnə bilər. 
Canlı söz. 
Təlim, tərbiyə və təhsil iştirakçılarının söylədikləri 
fikirlər də pedaqoji bilik mənbələrindən biridir. Burada müəllimlərin 
digər tərbiyəçilərin, şagirdlərin və valideynlərin, habelə pedaqoji 
prosesin digər iştirakçılarının dedikləri fikirlər nəzərdə tutulur . 

Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə