Annotasiya



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə23/382
tarix25.09.2023
ölçüsü5,95 Mb.
#123681
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   382
N 211

Pedaqogika tarixi 
müxtəlif dövrlərdə 
pedaqoji nəzəriyyələrin və məktəb tarixinin inkişaf qanunauyğun-
luqlarını öyrənir. Pedaqogika tarixini öyrənmədən bəşəriyyətin təh-
sil-tərbiyə tarixini izləmək, onu təhlil etmək, tarixi-pedaqoji irsin 
inkişafındakı müsbət və mənfi meyilləri üzə çıxarmaq mümkün 
deyildir. 
Müqayisəli pedaqogika
təhsil və tərbiyə sistemlərinin 
fəaliyyətinin və inkişafının qanunauyğunluqlarını müxtəlif ölkələrlə 
müqayisəli şəkildə öyrənir. 
Ailə pedaqogikası
ailədə uşaqların 
tərbiyəsinin düzgün təşkili, ailədə düzgün münasibətlərin yaradıl-
ması, ailə ilə məktəb və digər tərbiyə müəssisələri arasında səmərəli 
əlaqə yaradılması, cəmiyyətlə ailənin tərbiyəvi təsirlərinin əlaqələn-
dirməsi, bunların insanların həyata hazırlanması işinə təsiri və digər 
ailə, övlad problemlərini araşdırır
.
Hərbi pedaqogika
hərbi mək-
təblərdə, ali hərbi məktəblərdə, hərbi akademiyalarda, adi ali təhsil 
müəssisələrinin hərbi kafedralarında, hərbi hissələrdə, orta məktəb-
lərdə, orta ixtisas məktəblərində gənclərin hərbi hazırlığı, hərbi 
təlimi, tərbiyə və təhsilini tədqiq edir.
 
Xalq pedaqogikası
xalqın 
əsrlər boyu topladığı təcrübə əsasında yaranmış müdrik fikirlərdir 
ki, bu fikirlər insanların təlim və tərbiyəsi, davranışı, insanlara, ətraf 
aləmə düzgün münasibəti üçün xalq tərəfindən qəbul edilmiş əxlaqi, 
etik, estetik normalardır. Xalqın müdrik fikirləri folklor nümu-
nələrində, xalqın adət və ənənələrində öz əksini tapmışdır.
Kor-
reksiyaedici pedaqogika
sosial-psixoloji cəhətdən qüsurlu uşaqların 
diaqnostikası, profilaktikası və bərpası üzrə aparılan pedaqoji, psi-
xoloji, metodoki işlərin məcmusunu özündə birləşdirir və buna 
uyğun həmin uşaqların təlıim və tərbiyəsini təşkil edir. 

Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə