Annotasiya



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə22/382
tarix25.09.2023
ölçüsü5,95 Mb.
#123681
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   382
N 211

Məktəbəqədər pedaqogika
məktəb yaşına çatmamış uşaqların 
tərbiyə və təlim məsələlərini öyrənir. 
Ümumtəhsil məktəbinin pe-
daqogikası 
digər pedaqoji elm sahələri üçün elmi bazadır, o məhz 
ümumi pedaqogikadır (ümumtəhsil məktəbi bütün dünyada kütləvi 
məktəbdir, o, təhsil sisteminin əsasını təşkil etdiyindən həmin siste-
min həlqələri – ilk peşə təhsili, subbakalavr təhsili, ali təhsil onun 
üzərində qurulur). 
Xüsusi pedaqogika
(defektologiya) fiziki və əqli 
cəhətdən qüsurlu olan uşaqların (həm də yaşlıların) inkişafının 
psixofizioloji xüsusiyyətlərini, onların təlim-tərbiyəsinin nəzəri 
əsaslarını, prinsiplərini, üsullarını, təşkili formalarını və vasitələrini 
işləyib hazırlayır. Xüsusi pedaqogikanın da sahələri vardır: 
surdo-
pedaqogika 
– lal və karların, 
tiflopedaqogika –
kor və zəif görən-
lərin, 
oliqofrenopedaqogika
– ağıldan kəmlərin, 
loqopediya – 
nitqi 
qüsurlu olanların təhsili və tərbiyəsi məsələlərini öyrənir. 
Fənlərin 
tədrisi metodikası
təlim qanunauyğunluqlarının ayrı-ayrı fənlərin 


45 
tədrisinə tətbiq edilməsi xüsusiyyətlərini tədqiq edir, onun optimal 
metodlarını və vasitələrini öyrənir. 
Peşə metodikası
konkret peşə 
fəaliyyətinin qanunauyğunluqlarını öyrənir, nəzəri ümumiləşdirmə-
lər aparır, insanın təhsilinin prinsiplərini və texnologiyasını işləyib 
hazırlayır. Tədqiqatçılar peşə sahəsindən asılı olaraq istehsalat, 
hərbi və tibbi pedaqogikanı fərqləndirirlər. 
Ali məktəb pedaqogikası
ali təhsil müəssisələrində ali təhsil prosesinin spesifik xüsusiyyət-
lərini öyrənir. 
Sosial pedaqogika
insanların bütün yaş qrupları və 
sosial kateqoriyalarının xüsusi yaradılmış təşkilatlarda sosial tərbi-
yəsi məsələlərini öyrənir. 

Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə