Annotasiya



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə3/382
tarix25.09.2023
ölçüsü5,95 Mb.
#123681
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   382
N 211

 
 
Müəlliflər
 
 
 
 



 
 
 
 
 
 
PEDAQOGİKANIN
NƏZƏRİ-METODOLOJİ 
MƏSƏLƏLƏRİ 


10 
 
 
 
I fəsil 
PEDAQOGİKA ELMİ HAQQINDA 
ÜMUMİ ANLAYIŞ 
 
 
Əhatə olunan məsələlər: 
 
1.
1. Elm anlayışı. 
1.2. Pedaqogika nəzəri və tətbiqi elmdir. 
1.3. Pedaqogika nəyi öyrənir: pedaqogika elminin obyekti
və predmeti. 
1.4. Pedaqogikanın anlayışlar sistemi. 
1.5. Pedaqoji cərəyanlar. 
1.6. Pedaqogikanın başqa elmlərlə əlaqəsi. 
1.7. Pedaqogikanın sahələri. Pedaqogikada diferensiasiya prosesləri.
 
 


11 
 
 
Altı nökərim var cəsur, cəngavər,
Pənahım onlardır çətində, darda. 
Deyim adlarını, bilməyə dəyər – 
Necə, Niyə, Kim, Nə, Haçan və Harada.
 Kiplinq
 
 
 
1.1. Elm anlayışı 
 
Müasir dövrdə cəmiyyətin inkişaf səviyyəsi elmi tərəqqi ilə 
sıx bağlıdır. Elm anlayışı (ər. ﻢﻠﻋ “elm”) “bilmək, məlumatlı olmaq” 
mənalarını verən ﻢﻠﻋ “aləmə” kökündəndir. Alim ( ər. ﻢﻠﺎﻋ, cəmi ﺀ 
ﺎﻤﻠﻋ “ üləma”) sözü də ﻢﻠﻋ “elm” sözündən əmələ gəlmişdir. 
İctimai fikir tarixində öz xidmətləri ilə seçilən, elm və mədə-
niyyət aləmində tanınan görkəmli şəxsiyyətlər elm haqqında qiy-
mətli fikirlər söyləmişlər. 
Qədim yunan filosofu Diogen elmi dünyada ən böyük xeyir, 
nadanlığı isə ən böyük şər hesab edirdi. Böyük türk mütəfəkkiri və 
şairi Cəlaləddin Rumiyə görə elm sahilsiz bir dəryadır, alim də sa-
hilsiz dəryaya dalmış bir dalğıcdır. Dahi Azərbaycan şairi və mütə-
fəkkiri Nizami Gəncəvi yazırdı: 
Qüvvət elmdədir, başqa cür heç kəs, 
Heç kəsə üstünlük eyləyə bilməz. 
Hər uca rütbədən biliniz, fəqət 
Alimin rütbəsi ucadır əlbət. 
Azərbaycan milli izahlı ensiklopedik pedaqoji lüğətində 
(Bakı, 2005) “elm” və “alim” kəlmələri belə xarakterizə olunur: 
“Elm-real gerçəkliyin ictimai şüurda inikası olan və onu (ger-
çəkliyi) təkmilləşdirməyə yönələrək cəmiyyətə fayda verən obyek-
tiv biliklər sistemidir. Alim - iqtisadiyyatın, ticarətin, inşaatın, mə-
dəniyyət və incəsənətin, habelə təbiətin bu və ya digər sahəsindəki 
hadisələr arasında səbəb və nəticə əlaqələrini, qanunauyğunluqlarını 
elmi cəhətdən araşdıran əsasən elmlər namizədi (indi fəlsəfə dok-
toru) və ya elmlər doktoru elmi dərəcəsi olan şəxsə deyilir”. 


12 
Azərbaycan dilinin izahlı lüğətində (II cild “Şərq-Qərb”, 
2006) elm - təbiət və cəmiyyətin inkişafındakı qanunauyğunluqları 
və obyektiv aləmə təsiri üsullarını meydana çıxaran biliklər sistemi 
və bu biliklərin ayrıca sahəsi adlandırılır. 
Müəllim (ər. ﻢﻠﻌﻤ “öyrədən, müəllim”) sözü də ﻢﻠﻋ “elm” 
kökündəndir. Pedaqoji anlamda müəllim - sistemləşdirilmiş bilik, 
bacarıq və vərdişləri, mənəvi, əxlaqi keyfiyyətləri öyrənənlərə, ye-
tişən nəslə məqsədəyönlü, planlı və mütəşəkkil aşılayan, öyrədən, 
istiqamət verən və fəaliyyəti ilə cəmiyyətin inkişafına təkan verən 
pedaqoji təhsilli mütəxəssisdir. 
İnsanlara xeyirli, faydalı işlər aşılamaq tərbiyənin ana xəttidir. 
Tərbiyə hikmətə aid mühüm məsələlərdən biri olduğundan, hikmət 
vərdişinin formalaşdırılması tarixən ən aktual məsələ sayılmışdır və 
indiki şəraitdə bu aktuallıq daha da artmışdır. Hikmət mərifət 
sahibləri arasında hər şeyi olduğu kimi dərk etmək, hər işi lazımi 
səviyyədə yerinə yetirməkdir. Hikmət nəticəsində insanın mənəviy-
yatı mümkün qədər təkmilləşməli, arzu edilən səviyyəyə yüksəlmə-
lidir. Deməli, hikmət bir-birini tamamlayan iki hissənin – elm və 
əməlin (işin, fəaliyyətin) vəhdətidir. Professor Z.İ.Qaralovun fik-
rincə, elm təbiətdə, cəmiyyətdə, insan beynində gedən dəyişmələrin, 
hərəkətin mahiyyətini, qanun və qanunauyğunluqlarını düzgün dərk 
etmək, insanın yaradıcı ağlı, sağlam düşüncəsi, iti təfəkkürü dairə-
sində varlıqlarda daim fəaliyyət göstərən çevrilmələri, onların səbəb 
və nəticələrini, xüsusiyyət və keyfiyyətlərini aşkara çıxarıb sistemə 
salmaqdır. Elm dərk olunmuş həqiqətlər sistemidir. Bu sistemə 
yiyələnməyə vərdiş etmək insanların insanlıq borcudur. Əks təq-
dirdə insan nadanlığa doğru gedər. Bu vərdişə sahib olanlar bilikli, 
ağıllı, bəşəriyyətə və özünə xeyir gətirən insanlar kimi tanınır. 
Quranda yazılıb: “Uca Tanrı kimi istəyirsə, ona hikmət verir, kimə 
hikmət verirsə, ona böyük nemət bəxş edir.” 
Elm onunla həqiqətən məşğul olanlara məmnuniyyət bəxş 
edir. Lakin onun idraki qiyməti bununla bitmir. Elm – azad insan 
zəkasının ən böyük nailiyyəti, idealı və onun narahat ağlının məh-
suludur. Elm – bəşər sivilizasiyasının məhək daşıdır. Elmin məqsədi 
həqiqəti axtarmaqdır. Miletli Falesdən üzü bəri həqiqəti tapmaq uğ-
runda mübarizə bu günə qədər davam edir və davam etməkdədir. 


13 
Elmin məqsədi dünyanı və bizim özümüzü dərk etməkdir. Elmin 
böyük kəşflərə doğru gedən yolu, Bekonun dediyi kimi, heç də 
şahrah deyil, əksinə daşlı-kəsəkli, sıldırımlı və tufanlıdır. 
Elmdə seçmə çox vacibdir. Alim, faktlar düzgün gəlmədikdə 
ən sevimli nəzəriyyəni belə məmnuniyyətlə dəyişməyi, hətta rədd et-
məyi bacarmalıdır. O, inanmalıdır ki, təbiətdə rasionalizm mövcud-
dur, ancaq hesab etməməlidir ki, gerçəyin qanunları tamamilə deter-
minikdir (Həqiqi, kəskin dəlillər gətirməlidir, unutmamalıdır ki, 
determinizm obyektiv gerçəklikdə baş verən bütün hadisələri, ma-
hiyyətdə, dərin qatlarda bütün mənaları izah edə bilmir). Buna bax-
mayaraq, elm, hadisələrin sonrakı gedişini əvvəlcədən xəbər vermək 
üçün onların qanunauyğunluqlarla cərəyan etdiyini qəbul edir. 
Ç.Darvinin qeyd etdiyi kimi, elm adamının işinin müvəffəqiy-
yəti aşağıdakılarla təyin olunur: 

Elmə məhəbbət; 

Müşahidə aparmaq və faktları toplamaq səyi; 

Hər hansı məsələ haqqında uzun müddət düşünmək, lazım 
gəldikdə intəhasız səbrə malik olmaq; 

Kifayət qədər ixtiraçılıq qabiliyyəti və sağlam düşüncənin 
olması. 
A.A.Blok yazır: “Şair – ahəngin oğludur və ona dünya mədə-
niyyətində müəyyən rol verilmişdir. Ona üç iş həvalə olunmuşdur: 
birinci – səsləri öz əzəli yatağından oyadıb azad etmək; ikinci – bu 
səsləri müəyyən qəlibə salıb, onları müəyyən bir ahəngə gətirmək; 
üçüncü – bu ahəngi xarici aləmə təqdim etməkdir”. Əgər bu keyfiy-
yətləri elmə uyğunlaşdırmağa cəhd etsək, aşağıdakılar alınar: 

Təkrar olunan faktlar və hadisələr arasındakı əlaqələri müəy-
yən etmək; 

Fərziyyə və nəzəriyyələrin köməyi ilə qarma-qarışıq faktları 
müəyyən ahəngə, qanuna gətirmək; 

Tədqiqatın nəticələrini müzakirəyə vermək. 
Ehtimal ki, ən çətin üçüncü məsələdir.
İnsan bütün böyük ümidlərini elmə bağlayır, qarşısına çıxan 
çətinliklərdən, təhlükələrdən xilas yolunu elmdə axtarır. Baxmaya-
raq ki, bu gün bəşəriyyət üçün ən böyük təhlükə olan nüvə silahını 
da, ekoloji böhranı da elm yaratmışdır. Doğrudanmı hər bir çətin-


14 
likdən çıxış yolunu, V.Hüqonun dediyi kimi, bu çətinliyi doğuran 
səbəbin özündə axtarmaq lazımdır? Qarşıda duran böyük vəzifə heç 
olmazsa bu gün kamal əhlinin elmə daha böyük sürətlə yiyələnməsi 
və inkişaf səviyyəsinə görə “fəsad əhlini” qabaqlamasıdır. Elm 
yalnız o zaman bəşəriyyəti həqiqətən xoşbəxtliyə aparar ki, onun ön 
cəbhəsi etibarlı əllərdə olsun.
Elmin əsas funksiyası heç də sadəcə olaraq insanın mənəvi-
intellektual maraqlarına deyil, onun dünyanı məqsədyönlü surətdə 
dəyişdirmək, öz əməli fəaliyyətini elmi əsaslar üzrə qurmaq məq-
sədinə xidmət etməkdir. Bütün əməli fəaliyyət sahələri ancaq elmi 
əsaslarla təşkil olunduqda səmərə verir. Buna görə də ixtisasından 
asılı olmadan bütün fəaliyyət sahələrində çalışan insanlar həmin 
sahənin elmi əsaslarını öyrənmək məcburiyyətindədirlər (Elmi əsas-
lar təkcə elmin deyil, müvafiq fəaliyyət sahəsinin də tərkibinə daxil-
dir. Yəni ixtisas təhsili alan şəxs elm adamı olmasa da, müvafiq 
fəaliyyət sahəsinin elmi əsaslarına yiyələnmiş olmalıdır).
Elmin ön xəttinə çıxmaq üçün ilk növbədə onu mənimsəmək 
tələb olunur. Həm də təkcə konseptual məzmun baxımından deyil, 
sosial və təşkilati struktur baxımdan. Müasir dövrdə elmi adi şüur 
səviyyəsində idarə etmək mümkün deyil. Onu elmi surətdə idarə 
edə bilmək üçün isə elmin rüşeym halından bu günə qədər keçdiyi 
tarixi yolu izləmək, inkişaf meyillərini aşkara çıxarmaq və məqsə-
dəuyğun istiqamətə yönəltmək tələb olunur.
“Elm” anlayışının başa düşülməsindən asılı olaraq onun nə 
vaxtdan başlandığı sualını cavablandırmaq mümkündür. Elm dedik-
də, bir neçə en kəsiyi ehtiva edən mürəkkəb qeyri-bircins sistem nə-
zərdə tutulur. İstər “elm” sistemi, istərsə də elmi inkişaf prosesi yal-
nız son dövrlərdə xüsusi tədqiqat predmetinə çevrilmişdir ki, bu da 
elmin sosial və iqtisadi rolunun ciddi surətdə artması ilə əlaqədardır.
Elm elmi biliklərin bir sistem kimi formalaşdığı vaxtdan baş-
lanır. Yəni elə bir vaxtdan ki, birincisi, bu vaxta qədər toplanmış bi-
liklər yeni əldə olunan bilik üçün meyara çevrilir, artıq qərarlaşmış 
olan biliklərə uyğun gəlmək, onları tamamlamaq elmiliyin şərti 
kimi çıxış edir.
Yaxud, ikincisi, mövcud biliklər zəminində daha obyektiv 
gerçəklikdən yeni faktiki material gözləmədən yeni bilik almaq 


15 
imkanı yaranır, başqa sözlə, mövcud biliklər öz-özünü inkişaf 
etdirmək keyfiyyəti əldə edir.
Elmi biliyin tarixi inkişaf yolunun izlənilməsi elmin ümumi 
inkişaf qanunauyğunluğunun müəyyənləşdirilməsi üçün xüsusi 
əhəmiyyətə malikdir. Belə ki, bütöv “elm” sisteminin keçdiyi əsas 
tarixi mərhələlər yalnız konkret elmi yaradıcılıq xüsusiyyətlərinin, 
istifadə edilən elmi idrak metodlarının, elmi biliyin toplanma və 
saxlanma vasitələrinin, informasiya mübadiləsi və s. cəhətlərin 
müxtəlif dövrlərdə müxtəlif ictimai-iqtisadi şəraitlərdəki vəziyyət-
lərinə görə müəyyənləşdirilə bilər. 
“Elm” sisteminin başlıca elementlərindən birini də elmi yara-
dıcılıq prosesi təşkil edir. Tədqiqatçıların bir qismi məhz bu cəhəti 
elmin mahiyyəti kimi götürür və onu yalnız bir en kəsiyində, qno-
seoloji müstəvidə tədqiq edirlər. Belə tədqiqatlarda elmi bilik isteh-
salı, prosesin bu və ya digər qnoseoloji məqamı ön plana çəkilir.
Elmi məntiqi-qnoseoloji aspektdə uğurla tədqiq edə bilmək 
üçün əvvəlcə onu bütöv dinamik bir sistem kimi təsəvvür etmək və 
elmi səciyyələndirən müxtəlif hadisələr çoxluğu içərisində məntiqi 
təhlilin spesifik obyektini müəyyənləşdirmək lazımdır.
Elm bilavasitə idrakla bağlı olduğuna görə onun öyrənilmə-
sində məntiqi-qnoseoloji aspekt mühüm yer tutur. Lakin elm ayrıca 
bir fərdin deyil, ictimai fəaliyyətin məhsulu olduğundan cəmiyyətə 
xas olan müəyyən xüsusiyyətlər elm hadisəsində də öz əksini tapır. 
Hər hansı bir dövrdə və hər hansı bir ölkədə elmi fəaliyyətin 
özünəməxsus cəhətləri, elmin qarşısında qoyulan məqsəd və vəzi-
fələr, elm adamlarının ictimai mövqeyi, elmi-tədqiqat istiqamətləri, 
bu və ya digər elmi axtarışa ictimai maraq və bundan asılı olaraq 
elmi axtarışların ağırlıq mərkəzinin dəyişməsi həmin dövrdə və 
həmin ölkədəki ictimai quruluşun xarakterindən, ümumi mədəni 
inkişaf səviyyəsindən də asılıdır və bu göstərir ki, yalnız məntiqi 
təhlillə elmin inkişaf qanunauyğunluqlarını aşkar etmək mümkün 
deyildir. Buna görə də elmin sistemli tədqiqi zamanı bir tərəfdən 
məntiqi ilə tarixin vəhdətindən çıxış etmək, digər tərəfdən də elmi 
mürəkkəb tədqiqat obyekti kimi götürmək, onun qnoseoloji, həm də 
sosioloji en kəsiklərini nəzərə almaq mühüm şərtdir.


16 
Əslində elm və bilik sistemləri yalnız müəyyən ümumi sahədə 
kəsişir, qalan sahələrdə isə bir-birindən fərqli məzmunlara malikdir. 
Bu ümumi sahə – elmi bilikdir. Elmi bilik “elm” sisteminə daxildir. 
“Bilik” anlayışı elmi bilikdən başqa, əməli biliyi də əhatə edir ki, 
sonuncu “elm” sisteminə daxil deyildir. Yaxud da “elm” anlayışının 
əhatə etdiyi maddi tərəflər (elmi tədqiqat institutları, laboratoriyalar, 
“elm texnikası” və s.) və yaradıcılıq axtarışları “bilik” sisteminə 
daxil deyil. 
Biliklər sistemi özündə fəaliyyət məqamını əks etdirmir. Elm 
isə məhz elmi axtarışlar, yaradıcılıq, tədqiqat prosesində – elmi 
fəaliyyət zamanı cəmiyyətin tərkib hissəsi kimi, ictimai hadisə kimi 
qarşıya çıxır.
Elmin məqsəd və funksiyalarını, mənəvi aspektlərini bilmək 
təhsil siyasətinin formalaşması üçün çox önəmlidir. Çünki təhsilin 
məzmununda elmi-texniki biliklərə birtərəfli qaydada geniş yer 
verilməsi və onların insanın daha böyük amallar uğrunda mübarizə-
sində ancaq bir vasitə olduğunun öyrənilməsi, gənclərin bu amallar-
dan xəbərsiz qalması təhsilin alı məqsədindən uzaqlaşmasına səbəb 
ola bilər. Elmin məqsədi insanın intellektual dünyasını zənginləş-
dirmək, onu daha məlumatlı, daha bilikli etmək və bu biliyin qüv-
vəyə çevrilməsi sayəsində onun imkanlarını artırmaq, sözün həqiqi 
mənasında, daim uğrunda çarpışdığı azadlığa qovuşdurmaqdır. 
Yuxarıda söylədiklərimizi belə xülasə edə bilərik: 

Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə