Annotasiya



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə10/382
tarix25.09.2023
ölçüsü5,95 Mb.
#123681
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   382
N 211

 
Tərbiyə anlayışı

Tərbiyə - davranışla əlaqədar olan mənəvi 
keyfiyyətlərin məqsədyönlü, planlı və mütəşəkkil şəkildə formalaşdı-
rılması prosesidir.
Yaşlı nəslin əldə etdiyi bilk, bacarıq və təcrübənin yetişən 
nəslə məqsədyönlü, planlı, mütəşəkkil şəkildə verilməsi, öyrədilmə-
sidir.
 
Demək, tərbiyə etmək həm də öyrətmək deməkdir. Tərbiyə 
prosesində həm təlim prosesi, təlim prosesində də tərbiyə prosesi 
mövcuddur.
Tərbiyə - təlim, məlumat verməklə hər hansı bir adət, ədəb və 
davranış qaydalarını aşılamaqla yetişdirib böyütmə, ərsəyə çatdırma 
deməkdir. İnsanın ümumi mədəni inkişafı, sistematik təsir və təlim 
nəticəsində biliyə, əxlaqi vərdişlərə yiyələnməsi həm də gözəl 
əxlaqa sahib olması deməkdir. 
Tərbiyə ( ər. ﺔﻴﺑﺭﺗ ) rəbb kökündən əmələ gəlmiş və aşağıdakı 
mənaları ifadə edir: 1) rəba ﺎﺑﺮ artmaq, çoxalmaq; 2) rabbə ﯽﺑﺭ bö-
yütmək, ərsəyə çatdırmaq ; 3) rəbb ﱠﺏﺮ tərbiyə etmək, doğru yol 
göstərmək, islah etmək. Göstərilən hər üç məna “tərbiyə” sözünün 
etimologiyasına aiddir. Müqəddəs Qurani-Kərimdə ən çox xatır-
lanan 
"
bbRR
"
sözü Allahın 99 adından biri olub “tərbiyə edən, ne-
mət verən, insanları mənəvi yüksəlişə aparan” deməkdir. Mürəbbiyə 
(ər. ﺔﻴﱢﺑﺭﻤ ) sözü də “rəbb” kəlməsindən əmələ gəlib “tərbiyəçi” 
mənasını verir. 
Dilimizdə tərbiyə anlayışı ədəb, əxlaq sözü ilə də yaxın mə-
nalarda işlənir. Ədəb sözü ərəb dilində “nəzakətli, tərbiyəli, ədəbli 
olmaq” mənalarını verən ﺏﺪﺃ “ədəbə” kökündən əmələ gəlmişdir. 
Əxlaq ﻖﻻﺨﺃ sözü isə ərəbcə ﻖﻟﺨ “xəlq” (mənası “yaratma, sə-
ciyyə, xarakter”) sözünün cəmi olub, insanın təbiətində olan xasiy-
yətləri və davranışları, eləcə də həyatı boyu qazandığı keyfiyyətləri 
və xasiyyətləri yaratmaq, səciyyələndirmək tərbiyə etmək deməkdir. 
“Məxluq” sözü də “xəlq” sözündən əmələ gəlmişdir. Azərbay-
can xalqının milli xüsusiyyətləri, özünəməxsus səciyyəsi, adət və 
ənənələri vardır. Məsələn, qonaqpərvərlik, böyüyə hörmət, qadına 


29 
hörmət, ağsaqqal, ağbirçək sözünün eşidilməsi, xalqın səciyyəvi, 
xarakterik xüsusiyyəti olmaqla, həm də əxlaqi keyfiyyətdir. Xalq 
misalında deyilir: “Qonağın ruzusunu Allah yetirir”. M. Kaşqarlı 
hələ XI əsrdə deyirdi: “Paltarın yaxşısını özünə götür, yeməyin 
yaxşısını qonağa ötür. ” 
Pedaqogika öyrədir ki, insan yaşadığı cəmiyyətin üzvləri ilə 
rəftarında əxalqi normalara, etik prinsiplərə əməl etməlidir.
Demək, tərbiyə məqsədyönlü, planlı təsir nəricəsində şəxsiy-
yətin formalaşması prosesidir.
 
Hazırda bəzi tədris ədəbiyyatında tər-
biyə hələ də həm geniş və dar sosial mənada, həm də geniş və dar 
pedaqoji mənada işlədilir. Bəzi tədqiqatçılar haqlı olaraq belə çox-
mənalılığın əleyhinə çıxır, elmi anlayışların, bir məna kəsb etməsi 
fikrini müdafiə edirlər. Tərbiyə anlayışının ən azı dörd mənada 
işlədilməsi uzun illər tərbiyənin pedaqogika elminin predmeti hesab 
edilməsi ilə bağlı olmuşdur.
Tərbiyə şəxsiyyətə mütəşəkkil, məqsədyönlü, planlı təsirlərin 
bütün növlərini, o cümlədən təlimin tərbiyələndirici cəhətini özündə 
ehtiva edir.

Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə