25
isə həmin orijinalın modeli ilə, hissəsi ilə əlaqədardır. Eyni
orijinalın müxtəlif modeli ola bilər, lakin bu modellər əsla bir-birini
təkrar etmir. Məsələn, həm mühəndisin çəkdiyi çertyoj, həm də evin
fotoqraf tərəfindən çəkilmiş şəkli “ev” orijinalı üçün model yerində
çıxış edir. Çertyoj və fotoqrafiya müxtəlif elmlərin mövzularına
daxil olan modellərdir: çertyoj həndəsə,
fotoqrafiya isə fizika elmi
ilə əlaqədardır. Pedaqogika da, psixologiya da insan haqqında
elmdir, lakin psixoloqun əldə etdiyi modellə pedaqoqun əldə etdiyi
model bir-birini əsla təkrar etmir.
Pedaqogika elminin obyekti pedaqoji təcrübənin verilməsi
prosesidir, predmet isə obyektin pedaqoji aspektdə öyrənilməsi,
yəni orijinalın pedaqoji modeli və ya hissəsidir.
Pedaqogikanın obyekti pedaqoji gerçəklikdən ibarətdir. Peda-
qoji gerçəklik dedikdə insanın həyata hazırlanmasını,
onun hərtə-
rəfli və ahəngdar inkişafına rəhbərlik prosesini, həyata hazırlayanla
həyata hazırlanan arasındakı qarşılıqlı əlaqəni nəzərdə tuturuq.
Nəzərə almalıyıq ki, bu proses öz-özlüyündə deyil, yalnız tədqiqata
cəlb olunduqda, onun üzərində elmi araşdırmalar aparıldıqda obyekt
yerində çıxış edir. Pedaqogikanın predmeti isə pedaqoji gerçəkliyin
pedaqoji modelindən ibarətdir.
Pedaqogikada “təcrübənin verilməsi”, “pedaqoji gerçəklik”,
“pedaqoji proses” kimi anlayışlar tez-tez işlədilir və bəzən bunları
eyniləşdirmə halları da müşahidə olunur. Əslində isə bunları eyni
mənada işlətmək doğru deyildir. Harada ki, təcrübənin verilməsi
vardır, orada pedaqoji gerçəklik mövcuddur;
pedaqoji proses isə
pedaqoji gerçəklikdən dar anlayışdır. Yəni, o, ümumiyyətlə təcrü-
bənin verilməsi deyil, yalnız müəyyən tip müəssisələrdə, yəni təlim-
tərbiyə müəssisələrində özünü göstərən pedaqoji gerçəkliyi əhatə
edir. Təcrübənin verilməsində məqsəd yeni nəsilləri həyata hazırla-
maqdan ibarətdir. Bu mənada pedaqogikanı insanın həyata hazır-
lanması haqqında elm adlandırmaq olar.
“Təcrübə” anlayışına aşağıdakılar daxildir: biliklər sistemi;
münasibətlər sistemi; bacarıq
və vərdişlər sistemi; yaradıcılıq təc-
rübəsi. Biliklərin yeni nəsillərə verilməsi sayəsində təbiət, cəmiyyət
və təfəkkürün ümumi sirləri öyrədilir; münasibətlərin öyrədilməsi
geniş mənada davranış qaydaları sistemini, davranış normalarını
26
mənimsəməyə gətirib çıxarır; bacarıq
və vərdişlər yeni nəsilləri
maddi və mənəvi mədəniyyətin mühafizəsinə, bərpasına yönəldir;
yaradıcılıq təcrübəsi isə mədəniyyəti daha da inkişaf etdirməyə,
zənginləşdirməyə şərait yaradır.
Dostları ilə paylaş: