|
AnnotasiyaN 211Dördüncü
, nəzəriyyə təcrübədə, ictimai praktikanın gedişində
yoxlanıla bilməlidir. Elmi nəzəriyyənin bu əlaməti onun məzmununu
həqiqət, inkişaf və təkmilləşmə qabiliyyəti baxımından xarakterizə edir.
Nəzəriyyənin yoxlanıla bilməsi nəzəriyyənin məzmunu ilə onun əks
etdirdiyi real obyektlərin xassələri və münasibətləri arasında uyğunluq
yaradılması deməkdir. Nəzəriyyənin yoxlanıla bilməsi onun məhdudlu-
ğunun və gələcək imkanlarının aşkar edilməsi ilə üzvi surətdə bağlıdır.
Beşinci
, elmi nəzəriyyə həqiqi və səhih olmalıdır. Bu o deməkdir ki,
nəzəriyyənin əsas müddəalarının həqiqiliyi səhih müəyyən olunmalıdır. Bu
mənada elmi nəzəriyyə real hadisələrin səbəb və xassələri haqqında
ehtimallı bilik formasında mövcud olan hipotezadan əsaslı surətdə
fərqlənir.
Altıncı
, elmi nəzəriyyə daxilən ziddiyyətli olmamalı və təcrübi
faktlarla yaxşı uzlaşmalıdır. Əks təqdirdə nəzəriyyə ya təkmilləşdirilməli,
ya da inkar olunmalıdır. P.F.İolon nəzəriyyənin qarşısına qoyulan bu
tələbi belə ifadə edir: “Nəzəriyyənin daxilində yaranan məntiqi ziddiyyət-
lər onu dağıdıb, yalan nəzəri sistemə çevirdiyindən nəzəriyyə onları həll
etmək üçün səmərəli üsul və vasitələrə malik olmalıdır. Qeyri-ziddiyyətli-
lik predmet sahəsinin xarakterindən, məntiqi tipindən, idraki səviy-
yəsindən asılı olmayaraq hər bir nəzəriyyənin ödəyəcəyi şərtdir. Yalnız o
nəzəriyyə qeyri-ziddiyyətli sayıla bilər ki, onun hər hansı ixtiyari iki müd-
dəası məntiqi cəhətdən bir araya sığa bilmiş olsun. Nəzəriyyə özünün
daxili ziddiyyətlərini həll edərək inkişaf edir”
1
.
1
Bax: Иолон П.Ф. Система теоретического знания // Логика научного иссле-
дования. М., 1965.
24
Yeddinci,
yeni yaranan hər bir nəzəriyyə qarşısında qoyulan
mühüm tələblərdən biri də nəzəriyyənin qabaqgörən olmasıdır. İzahat
kimi elmi qabaqgörənlik də elmi nəzəriyyənin çox mühüm funksiyala-
rındandır. Belə ki, elmin vəzifəsi yalnız keçmiş və indiki hadisələri açmaq
və izah etməklə məhdudlaşmayıb, həm də gələcəyi qabaqcadan gör-
məkdən ibarətdir. Elmi qabaqgörənlik elmi izahatdan ayrılmaz olub,
həmişə onun əsasında qurulur. Elmi izahat ilə elmi qabaqgörənliyin qarş-
ılıqlı əlaqəsini onların məntiqi quruluşlarının oxşarlığından da görmək
olar. Həm elmi qabaqgörənlik, həm də izahat eyni bir nəzəriyyəyə, başqa
sözlə, eyni qanunauyğunluqlara və mühüm əlaqələrə əsaslanır, eyni bir
“məntiqi mexanizmdən” istifadə edirlər. Elmi izahat ilə elmi qabaq-
görənlik arasında həm də müəyyən fərq də vardır. Həm də bu fərq onların
eksperiment və müşahidədən alınan təcrübi məlumatlarla olan
əlaqələsinin dərəcəsindədir. Bu əlaqə elmi qabaqgörənlikdə daha zəifdir.
1
Elmi qabaqgörənliyin mükəmməlliyi və dəqiqliyi bir çox şərtlərdən asılı
olsa da, bir sıra hallarda dürüst xarakter ala bilir. Bununla belə elmi
qabaqgörənliyin təsir dairəsinin məhdudluğunu da qeyd etmək lazımdır.
Elmi qabaqgörənliyin əsası və stimulu olan praktika onu təsdiq edə bildiyi
kimi, eyni zamanda bəzi düzəlişlər verib onu dəqiqləşdirə bilir.
Dostları ilə paylaş: |
|
|