Annotasiya



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə6/382
tarix25.09.2023
ölçüsü5,95 Mb.
#123681
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   382
N 211

Əvvəla, 
nəzəriyyə bilik sistemi olmaq etibarilə müəyyən predmet 
sahəsinə malik olmalıdır. Elmi nəzəriyyənin əlaməti olmaq etibarilə pred-
metlilik göstərir ki, elmi nəzəriyyənin bütün anlayış və müddəaları eyni 
predmet sahəsinə aid olmalı, eyni tədqiqat obyektini əks etdirməlidirlər.
İkinci, 
elmi nəzəriyyə gerçəkliyin müəyyən sahəsini adekvat və tam 
təsvir etməli, başqa sözlə, bu sahənin tədqiqindən alınmış təcrübi 
məlumatlar nəzəriyyənin əsas prinsip, anlayış, abstraksiya, ideallaşdırma 
və aksiomları vasitəsilə təsvir olunmalıdır. 
Üçüncü,
nəzəriyyəyə daxil olan müxtəlif komponentlərin qarşılıqlı 
əlaqəsi izah edilməlidir, bir mühakimədən digərinə keçməyə imkan verən 
müxtəlif müddəaların əlaqəsi yaradılmalıdır.
Nəzəriyyənin izahedicilik qabiliyyəti müasir elmi biliyin inkişafının 
bir sıra xüsusiyyətlərindən – bəzi nəzəriyyələrdə xüsusi çətinliklərdən
bəzilərində isə nəzəriyyədə əks olunan obyektin müşahidəsinin bilavasitə 
1
Daha ətraflı məlumat üçün bax: Nəsirov V.H., Məmmədov Ə.V. Elmi idrakın 
metod və formaları. Bakı: Maarif, 1980, 148 s. 


23 
həyata keçirilə bilməməsindən irəli gəlir. Nəzəriyyənin əlamətlərindən 
olan izahat həm də elmi tədqiqatın mühüm metodudur. Predmetin 
mahiyyətinin, onun daxili təbiətinin və inkişaf qanunlarının açılmasında 
izahat böyük əhəmiyyət kəsb edir.
Yeri gəlmişkən qeyd edək ki, hadisəni izah etmək – bu, hər şeydən 
əvvəl, onun mahiyyətinin tabe olduğu qanunları açmaq deməkdir. 
Nəzəriyyə ona görə elmi izahatın əsasını təşkil edir ki, o hadisələrin 
mahiyyətinin sistemləşdirilmiş inkişafıdır, onun müddəa, prinsip, qanun, 
anlayış və kateqoriyalarında gerçəkliyin mühüm əlaqə və münasibətləri 
əks olunur. Hadisələrin izah edildiyi qanunların xarakterindən asılı 
olaraq izahatın müxtəlif növləri bir-birindən fərqləndirilir. İzahatın ən 
geniş yayılmış növləri səbəbiyyət, funksional və struktur izahatlardır. 

Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə