Annotasiya


pedaqogika özünün nəzəri və texnoloji funk-



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə5/382
tarix25.09.2023
ölçüsü5,95 Mb.
#123681
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   382
N 211

pedaqogika özünün nəzəri və texnoloji funk-
siyalarını vəhdətdə həyata keçirir
.
Nəzəri funksiyalar üç səviyyədə təzahür edir: 
1.
Təsviredici və izahedici səviyyə 
(bu, qabaqcıl pedaqoji 
təcrübəni öyrənməkdir); 
2.
Diaqnostik səviyyə 
(bu, pedaqoji hadisələrin vəziyyətini, 
pedaqoqun və şagirdlərin səmərəli fəaliyyətini, onları təmin edən 
şəraiti və səbəbləri üzə çıxarmağı nəzərdə tutur); 
3.
Proqnostik səviyyə 
(bu, pedaqoji gerçəkliyi eksperimental 
yolla tədqiq etmək və onun əsasında varlığı dəyişdirməyin modelini 
qurmağı nəzərdə tutur).
Pedaqogikanın texnoloji funksiyası üç səviyyədə həyata 
keçirilir: 
1.
Layihə səviyyəsi
(buraya tədris planları, proqramları, dərs-
lik və dərs vəsaitlərinin, pedaqoji tövsiyələrin işlənib hazırlanması 
və s. daxildir); 


20 
2.
Dəyişdirici səviyyə
(bu səviyyədə pedaqoji elmin nailiy-
yətləri təhsil praktikasını təkmilləşdirmək və yenidən qurmaq 
məqsədilə tətbiq olunur); 
3.
Refleksiv və korrektiv səviyyə
(bu səviyyə elmi-tədqiqatla-
rın nəticələrinin təhsil-tərbiyə praktikasına təsirinin yekunlarını 
qiymətləndirməyi və sonradan elmi-nəzəriyyə ilə praktik fəaliyyətin 
qarşılıqlı təsirini korreksiya etməyi nəzərdə tutur) .
Bir elm sahəsi kimi pedaqogika elmi özündə üç hissəni birləş-
dirir: O nəyi öyrənmişdir? O nəyi öyrənməlidir? O nəyi öyrətmə-
lidir? Bu üç hissə arasında tarixilik, inkişaf və təkmilləşmə prosesi 
vardır.
Pedaqogikanın müxtəlif bölmələri fərqləndirilir. Ənənəvi ola-
raq fərqləndirilən bölmələr bunlardır: 
pedaqogikanın ümumi əsas-
ları, didaktika, tərbiyəşünaslıq və məktəbşünaslıq.
Bu bölmə-
lərin hər biri nisbi müstəqil nəzəriyyə kimi (elmi idrakın forması 
olmaqla) pedaqogikanın strukturunda yer tutmuşdur. Pedaqogika 
elmi-pedaqoji nəzəriyyələrin məcmusu kimi təqdim oluna bilər. Bu 
gün hər bir nəzəriyyənin (məsələn, didaktikanın) özünün inkişafı 
nəticəsində yeni-yeni nəzəriyyələr (məsələn, “Müasir dərs nəzəriy-
yəsi”) işlənib hazırlanmışdır. Bu onu göstərir ki, pedaqogika elmi 
inkişaf edir, yeni-yeni nəzəriyyələr meydana gəlir. 
*** 
Burada “nəzəriyyə” anlayışı ilə bağlı şərh verməyi də məqbul 
sayırıq, düşünürük ki, faydalı olar. Çünki bu anlayışdan sonrakı inter-
pretasiyalarda tez-tez istifadə olunacaqdır.
Öncə qeyd etməliyik ki, hipoteza ilə tutuşdurulduqda nəzəriyyəni 
elmi idrakın forması kimi daha aydın şəkildə dərk etmək mümkündür. 
V.H.Nəsirov və Ə.B.Məmmədov göstərirlər ki, hipoteza yalnız elm və 
bəşəriyyətin praktikası tərəfindən təsdiq edildikdən sonra elmi nəzəriyyəyə 
çevrilir, bununla da elmi idrakın yeni, nisbətən daha yüksək forması olan 
nəzəriyyə yaranmış olur. Aralarındakı bir sıra prinsipial fərqlərə baxma-
yaraq hipoteza və
nəzəriyyə elmi biliyin sistemləşdirilməsinin öz arala-
rında qarşılıqlı əlaqələnən iki müxtəlif formasıdır; idrakın inkişafı pro-
sesində hipoteza nəzəriyyəyə çevrilir.
P.V.Kopninin təbirincə desək, “hipoteza ilə səhih nəzəriyyənin 
qarşılıqlı əlaqəsi o dərəcədə ayrılmazdır ki, onlar bir-birinə elə qarşılıqlı 


21 
nüfuz edirlər ki, nəticədə səhih nəzəriyyənin inkişafı hipoteza vasitəsi ilə 
baş verir.” Elmi nəzəriyyənin prinsipinin daha da inkişaf etməsi və 
təkmilləşməsi də hipoteza vasitəsilə mümkün olur. Fəlsəfi ədəbiyyatda 
vurğulanır ki, hipoteza və nəzəriyyədə ifadə olunan bilik bir-birindən 
özünün inkişaf və yetkinlik dərəcəsinə görə fərqlənir. Biliyin təşkilinin ən 
yüksək forması nəzəriyyədir. Struktur və məntiqi təhlili, nəzəri biliyin 
xüsusiyyətlərini daha tam şəkildə müəyyənləşdirməyə imkan verən nəzə-
riyyə, bütün bilik sistemi ilə həm bir sıra ümumi, həm də spesifik cəhətlərə 
malikdir. Nəzəriyyə gerçəkliyin müəyyən sahəsinə daxil olan hadisələri 
təsvir və izah edən, bu sahədə kəşf olunan qanunları vahid bir başlanğıc-
da birləşdirən bilik sistemidir.
Yeri gəlmişkən qeyd edək ki, fəlsəfi ədəbiyyatda “nəzəriyyə” anla-
yışına birmənalı tərif verilməmişdir. Bir çox hallarda nəzəriyyə dedikdə, 
ümumiyyətlə, praktikadan fərqli olaraq insan idrakı, hipotezadan fərqli 
olaraq səhih elmi müddəalar məcmusu, bəzi hallarda isə sadəcə olaraq 
idrakın bu və ya digər sahəsinə aid edilən mühakimələr məcmusu nəzərdə 
tutulur. V.H.Nəsirov və Ə.B.Məmmədov göstərirlər ki, məna müxtəlifliyinə 
baxmayaraq mövcud metodoloji ədəbiyyatda nəzəriyyənin aşağıdakı tərifi 
xüsusilə geniş yayılmışdır: “Elmi biliyin keyfiyyətcə xüsusi forması olan 
nəzəriyyə dedikdə, bu və ya digər predmet sahəsinin mühüm, başqa sözlə, 
qanunauyğun, ümumi və zəruri daxili əlaqələrini əks etdirən, öz 
aralarında məntiqi surətdə əlaqələnən fərziyyələrin müəyyən sistemi kimi 
mövcud olan həqiqi bilik nəzərdə tutulur.” Daha ətraflı məlumat üçün 
V.A.Ştoffun tədqiqatlarına nəzər salmaq olar
1
. P.V.Kopninə görə, 
nəzəriyyə “hadisələr qrupunu təsvir və izah edən geniş bilik sahəsinə 
deyilir.”
2
 Nəzəriyyənin əsas məqsədi gerçəkliyin öz aralarında qarşılıqlı 
əlaqələnən qanunlar sistemini kəşf və izah etməkdir. Bu mənada izahat 
nəzəriyyənin, onun həqiqiliyinin sübuta yetirilməsi ilə bağlı olan mühüm 
məsələsi olsa da, hər halda onun məqsədi deyil. Belə ki, nəzəriyyə ayrı-ayrı 
fakt və hadisələrə deyil, predmetin strukturuna, onun mahiyyətinə bütöv-
lüklə aid olur. Nəzəriyyənin səciyyə daşıyan momentləri isə problem, ideya, 
prinsip, kateqoriya, universal qanunlar və nəzəriyyədən çıxarılan nəticə-
lərdir. Nəzəriyyə tədqiqatın empirik səviyyəsində əldə edilən nəticələr 
əsasında yaradılır. Bu nəticələr nəzəriyyədə ümumi ideyalar əsasında 
1
Bax:
 
Штофф В.А. Введение в методологию научного познания

Л
.
: ЛГУ,
1973. 
2
Bax: П.В.Копнин. Ггносеологические и логические основы науки. М.: 
Мысль, 1974. 


22 
birləşdirilərək vahid sistemə salınır və nəzəriyyəyə daxil edilən abstraksiya 
ideallaşdırma və digər prinsiplər əsasında daha da dəqiqləşdirilir.
Bütün sistemlər kimi, nəzəriyyə də müəyyən tərkib, başqa sözlə, ona 
xas olan elementlər arasındakı əlaqə və münasibətlərin məcmusu ilə 
xarakterizə olunur. Nəzəriyyənin tərkibinə və ya məzmununa onun əsas və 
spesifik anlayış və müddəaları daxil olur. Nəzəriyyənin xüsusi terminlər 
vasitəsi ilə ifadə olunan anlayışlarında onun predmet sahəsinə daxil olan 
cisim və hadisələrin xassə və münasibətləri, xüsusi növ cümlələr forma-
sında ifadə olunan əsas müddəalarında isə tam sistem olmaq etibarilə 
onun predmet sahəsinin qanunauyğun qaydaları və strukturu əks olunur. 
Bu müddəalardan daha ümumi və fundamental olanlar prinsip adlanıb, 
nəzəriyyənin məntiqi təşkilində əsas, müqəddəm şərtlər rolunu oynayır
1

Qeyd etmək yerinə düşər ki, nəzəriyyənin strukturu yalnız cümlə və 
terminlərin məntiqi münasibətlərini deyil, həmçinin gerçəkliyin nəzəri 
inkişafının müxtəlif forma, vasitə və üsulları arasındakı münasibətləri də 
əhatə edir. Nəzəriyyənin ideya, dil, məntiqi vasitə, riyazi aparat, model 
kimi amillərinin qarşılıqlı əlaqəsi onun qnoseoloji strukturu ilə 
xarakterizə olunur. Nəzəriyyənin qneseoloji strukturu idrakın nəzəri 
səviyyəsində gerçəkliyin inkişafının mürəkkəb dialektik səciyyə daşıdığını 
göstərir. Yeni yaradılmış hər bir elmi nəzəriyyə bütün əvvəlki idrak fəaliy-
yətinin qanunauyğun nəticəsi kimi meydana gəlir. Buna görə də nəzəriyyə 
bir sıra tələblərə cavab verməlidir. Sözügedən tələblər sırasında aşa-
ğıdakılar özünə yer almışdır.

Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə