Annotasiya



Yüklə 5,82 Mb.
Pdf görüntüsü
səhifə7/236
tarix04.07.2018
ölçüsü5,82 Mb.
#53178
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   236

 

23 


həyata  keçirilə  bilməməsindən  irəli  gəlir.  Nəzəriyyənin  əlamətlərindən 

olan  izahat  həm  də  elmi  tədqiqatın  mühüm  metodudur.  Predmetin 

mahiyyətinin,  onun  daxili  təbiətinin  və  inkişaf  qanunlarının  açılmasında 

izahat böyük əhəmiyyət kəsb edir.  

Yeri  gəlmişkən  qeyd  edək  ki,  hadisəni  izah  etmək  –  bu,  hər  şeydən 

əvvəl,  onun  mahiyyətinin  tabe  olduğu  qanunları  açmaq  deməkdir. 

Nəzəriyyə  ona  görə  elmi  izahatın  əsasını  təşkil  edir  ki,  o  hadisələrin 

mahiyyətinin  sistemləşdirilmiş  inkişafıdır,  onun  müddəa,  prinsip,  qanun, 

anlayış  və  kateqoriyalarında  gerçəkliyin  mühüm  əlaqə  və  münasibətləri 

əks  olunur.  Hadisələrin  izah  edildiyi  qanunların  xarakterindən  asılı 

olaraq  izahatın  müxtəlif  növləri  bir-birindən  fərqləndirilir.  İzahatın  ən 

geniş yayılmış növləri səbəbiyyət, funksional və struktur izahatlardır. 

Dördüncü,  nəzəriyyə  təcrübədə,  ictimai  praktikanın  gedişində 

yoxlanıla  bilməlidir.  Elmi  nəzəriyyənin  bu  əlaməti  onun  məzmununu 

həqiqət,  inkişaf  və  təkmilləşmə  qabiliyyəti  baxımından  xarakterizə  edir. 

Nəzəriyyənin  yoxlanıla  bilməsi  nəzəriyyənin  məzmunu  ilə  onun  əks 

etdirdiyi  real  obyektlərin  xassələri  və  münasibətləri  arasında  uyğunluq 

yaradılması  deməkdir.  Nəzəriyyənin  yoxlanıla  bilməsi  onun  məhdudlu-

ğunun və gələcək imkanlarının aşkar edilməsi ilə üzvi surətdə bağlıdır. 

Beşinci, elmi nəzəriyyə həqiqi və səhih olmalıdır. Bu o deməkdir ki, 

nəzəriyyənin əsas müddəalarının həqiqiliyi səhih müəyyən olunmalıdır. Bu 

mənada  elmi  nəzəriyyə  real  hadisələrin  səbəb  və  xassələri  haqqında 

ehtimallı  bilik  formasında  mövcud  olan  hipotezadan  əsaslı  surətdə 

fərqlənir. 

Altıncı,  elmi  nəzəriyyə  daxilən  ziddiyyətli  olmamalı  və  təcrübi 

faktlarla yaxşı uzlaşmalıdır. Əks təqdirdə nəzəriyyə ya təkmilləşdirilməli, 

ya  da  inkar  olunmalıdır.  P.F.İolon  nəzəriyyənin  qarşısına  qoyulan  bu 

tələbi belə ifadə edir: “Nəzəriyyənin daxilində yaranan məntiqi ziddiyyət-

lər  onu  dağıdıb,  yalan  nəzəri  sistemə  çevirdiyindən  nəzəriyyə  onları  həll 

etmək üçün səmərəli üsul və vasitələrə malik  olmalıdır. Qeyri-ziddiyyətli-

lik  predmet  sahəsinin  xarakterindən,  məntiqi  tipindən,  idraki  səviy-

yəsindən asılı olmayaraq hər bir nəzəriyyənin ödəyəcəyi  şərtdir.  Yalnız o 

nəzəriyyə qeyri-ziddiyyətli sayıla bilər ki, onun hər hansı ixtiyari iki müd-

dəası  məntiqi  cəhətdən  bir  araya  sığa  bilmiş  olsun.  Nəzəriyyə  özünün 

daxili ziddiyyətlərini həll edərək inkişaf edir”

1

                                                 

1

 Bax: Иолон П.Ф. Система теоретического знания // Логика научного иссле-



дования. М., 1965.  


 

24 


Yeddinci,  yeni  yaranan  hər  bir  nəzəriyyə  qarşısında  qoyulan 

mühüm  tələblərdən  biri  də  nəzəriyyənin  qabaqgörən  olmasıdır.  İzahat 

kimi  elmi  qabaqgörənlik  də  elmi  nəzəriyyənin  çox  mühüm  funksiyala-

rındandır. Belə ki, elmin vəzifəsi yalnız keçmiş və indiki hadisələri açmaq 

və  izah  etməklə  məhdudlaşmayıb,  həm  də  gələcəyi  qabaqcadan  gör-

məkdən  ibarətdir.  Elmi  qabaqgörənlik  elmi  izahatdan  ayrılmaz  olub, 

həmişə onun əsasında qurulur. Elmi izahat ilə elmi qabaqgörənliyin qarş-

ılıqlı  əlaqəsini  onların  məntiqi  quruluşlarının  oxşarlığından  da  görmək 

olar. Həm elmi qabaqgörənlik, həm də izahat eyni bir nəzəriyyəyə, başqa 

sözlə,  eyni  qanunauyğunluqlara  və  mühüm  əlaqələrə  əsaslanır,  eyni  bir 

“məntiqi  mexanizmdən”  istifadə  edirlər.  Elmi  izahat  ilə  elmi  qabaq-

görənlik arasında həm də müəyyən fərq də vardır. Həm də bu fərq onların 

eksperiment  və  müşahidədən  alınan  təcrübi  məlumatlarla  olan 

əlaqələsinin dərəcəsindədir. Bu əlaqə elmi qabaqgörənlikdə daha zəifdir.

1

 

Elmi  qabaqgörənliyin  mükəmməlliyi  və  dəqiqliyi  bir  çox  şərtlərdən  asılı 

olsa  da,  bir  sıra  hallarda  dürüst  xarakter  ala  bilir.  Bununla  belə  elmi 

qabaqgörənliyin  təsir  dairəsinin  məhdudluğunu  da  qeyd  etmək  lazımdır. 

Elmi qabaqgörənliyin əsası və stimulu olan praktika onu təsdiq edə bildiyi 

kimi, eyni zamanda bəzi düzəlişlər verib onu dəqiqləşdirə bilir. 

 

 



1.3. Pedaqogika nəyi öyrənir: 

Pedaqogika elminin obyekti və predmeti 

 

Pedaqoji  tədqiqatlarda  ən  mürəkkəb  məsələlərdən  biri  tədqi-



qatın obyekti və predmeti problemidir. Uzun illər obyektlə predmeti 

ayırmağa,  onlar  arasındakı  sərhədləri  müəyyənləşdirməyə  cəhdlər 

göstərilmişdir.  Bu  günədək  “Pedaqogika  elminin  tədqiqat  obyekti 

və predmeti nədir?” – sualına birmənalı cavab verilməmişdir.  

“Obyekt”  və  “predmet”  anlayışları  bir-biri  ilə  sıx  bağlı  və 

bunların  arasında  oxşar  cəhətlər  çox  olsa  da,  bunları  eynilışdirmək 

olmaz.  Bunların  başlıca  fərqi  ondan  ibarətdir  ki,  əvvəla  “obyekt” 

anlayışı  “predmet”  anlayışından  genişdir;  məsələn,  fizikanın  da, 

kimyanın  da  obyekti  təbiətdir,  lakin  həmin  elmlər  təbiəti  müxtəlif 

aspektdə  öyrənir  –  biri  maddələri  və  onların  çevrilmələrini,  digəri 

isə  fiziki  hadisələri  tədqiq  edir.  İkincisi  obyekt  orijinalla,  predmet 

                                                 

1

 Bax: Виноградов В.Г. Научное превидение. М.: Высшая школа, 1973. 




Yüklə 5,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə