Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə79/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   75   76   77   78   79   80   81   82   ...   98

əlamətə münasibət bildirmək kifayət edir. Buna misal olaraq
aşağıdakı halı göstərmək olar:
İddiaçı öz tələbini … maddəsi ilə uğurlu şəkildə əsaslandıra
bilməz.
§ X-dən tələb hüququ yaranmır. 
Tələb hüququnu həyata keçirmək üçün zəruri olan …
.şərti mövcud deyil.
Tələb hüququ § Y-dan da irəli gəlmir. 
Baxılan işdə Y maddəsinin şərtlərinin mövcud olub-ol-
mamasını yoxlamağa ehtiyac yoxdur. Çünki … tələb etmək
üçün şərt, hər bir halda …… olmasıdır. Bu isə, baxılan işdə
mövcud deyil.
c) İddianı qismən təmin edən qərar
İddia yalnız qismən təmin edilərsə və qalan hissədə rədd
olunarsa, bu cür qərarın əsaslandırma hissəsi, prinsip etibarilə
iddianı tamamilə təmin və rədd edən məhkəmə qərarlarının
təsviretmə formalarının kombinasiya edilmiş formasında
tərtib oluna bilər. 
Bu, o deməkdir ki, iddianın yalnız qismən təmin edildiyini
bildirməli olan ümumi xarakterli baş cümlənin ardınca, bir
qayda olaraq, əvvəlcə iddianın əsaslandırılmış, sonra isə,
əsaslandırılmamış hissəsi ilə bağlı qeydlər gəlir. Təsviretmə
konkret olaraq iddianı təmin və rədd edən məhkəmə qərarları
ilə bağlı yuxarıda əks olunmuş qaydalara uyğun həyata
keçirilir. 
Hər hansı bir məhkəmə qərarının məntiqi və anlaşılan
surətdə qurulması üçün həlledici meyar (bunu təsvir edilmiş
317


«çərçivə model lərində» də görmək olar) ondan ibarətdir ki,
əsaslandırma üçün başlanğıc nöqtə daim  qərarın qəbul
edilməsi ilə bağlı əhəmiyyət kəsb edən hüquq normasıdır
(yəni məcburetmə, mübahisələndirmə və öhdəliyin icrası
haqqında iddialarda hər şeydən əvvəl inzibati orqanın
fəaliyyəti üçün iddia tələbinin qanuni əsasının və ya
səlahiyyətverici əsasın tətbiqinin qanuni olması). Ona görə
də bu normanın adı müvafiq şərtlər dəqiq göstərilməklə
çəkilməlidir. 
Bundan əlavə, məntiq hər şeydən əvvəl qərarın əsaslandırma
hissəsinin nəticə və təsviri hissələrə uyğun olmasını tələb
edir. Əgər nəticə hissəsinə əsasən, iddia tam təmin olunursa,
qərarın əsaslandırma hissəsində iddianın bir hissəsi əsaslandırıl-
mamış qisimdə nəzərdən keçirilə bilməz. 
Mübahisəli hüquqi məsələlər barədə gətirilən dəlillərin
ətraflı olub-olmaması konkret işdə toxunulan məsələlərin
əhəmiyyətindən çox asılıdır. Əgər söhbət yalnız akademik
baxımdan müzakirə edilən bir məsələdən (məsələn, hər hansı
bir hüququn təbiətindən) gedirsə, onda, təsvir hər bir halda
bir neçə cümlə ilə məhdudlaşmalıdır. Yox, əgər tərəflərin
izahatına əsasən, onlar müəyyən bir hüquqi məsələ barəsində
mübahisə edirsə, onda məhkəmənin düşüncələr yolunu və
qərarı necə qəbul etməsini onlara anlaşılan surətdə izah
etmək üçün bu məsələlərə geniş toxunması məqsədəuyğun
hesab edilir. Bu zaman «toxunmaq» dedikdə, hər hansı bir
baxışın lehinə və əleyhinə olan mühüm dəlilləri qiymət 
-
ləndirməklə rəy bildirmək başa düşülür. 
318


ç) Xərclər və icra barədə qərarların əsaslandırılması
Bu cür qərarlara münasibətdə, bir qayda olaraq, qərarın
söykəndiyi normaları (dəqiq abzas və cümlə göstərilməklə)
sadalamaq yetərli sayılır. Normaların dəqiq göstərilməsi ona
görə vacib hesab olunur ki, qərarın hüquqi savadı olmayan
oxuyucusu da məhkəmənin xərclər və icra barədə qərarını
hansı norma ilə əsaslandırdığını qanunda tapa bilsin. 
d) Xüsusi problem: sübutların qiymətləndirilməsi,
sübutetmə vəzifəsi ilə bağlı qaydalar
Qərarın əsaslandırma hissəsində məhkəmə həm də sübutları
qiymətləndirir. Bununla əlaqədar tətbiq olunan qaydalar,
prinsip etibarilə mülki prosesdəki prinsiplərdən və qaydalardan
fərqlənmir (sübutetmə vəzifəsinə dair maddi-hüquqi qaydalar
istisna olmaqla, bax: İPM-in 14-cü maddəsi). Yəni inzibati
prosesdə əlverişsiz inzibati aktın qəbulunu zəruri edən
şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi, prinsip etibarilə
inzibati orqanın, məcburetmə və öhdəliyin icrası haqqında
iddialarda isə, sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. 
Misal
Əgər inzibati orqan restoran işlədilməsi üçün əvvəlcə
verdiyi lisenziyanı sonradan ləğv etmək istəyirsə və
bunu əsaslandırmaq üçün iddiaçı tərəfindən işlədilən
restoranın gigiyena standartlarına artıq cavab vermədiyini
iddia edirsə, bunu sübut etmək vəzifəsi inzibati orqanın
üzərinə düşəcəkdir (gigiyena standartlarına riayət
edilməməsi sübutların araşdırılması nəticəsindən irəli
gəlməzsə). 
319


Misal
İddiaçı kafe açmaq üçün ona lisenziya verilməsini
istəyir. Lakin onun bu sahədə səriştəli olması, eləcə də
etibarlılığı mübahisə doğurur. Səriştəlilik dispozisiya
şərti, etibarlılığın olmaması isə, imtina üçün əsas sayılır.
Ona görə də səriştəliliyi sübut etmək vəzifəsi iddiaçının,
etibarsız olmanı sübut etmək vəzifəsi isə inzibati
orqanın üzərinə düşür. 
İnzibati məhkəmə icraatında formal sübutetmə vəzifəsi
(məsələn, iddiaçının sübutetməyə dair vəsatət təqdim etməməsi
səbəbindən iddianın rədd edilməsi) yoxdur, çünki bu icraat
çərçivəsində işin hallarının araşdırılması məhkəmə üçün im-
perativ norma kimi müəyyən edilmişdir (bax: İPM-in 12-ci
maddəsi).
Ç. Nəticə hissəsi
İPM-in 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının
nəticə hissəsində məhkəmənin gəldiyi nəticə, prosessual
xərclər və qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə
qaydası və müddəti göstərilir. Nəticə hissəsi məhkəmə
qərarının qəlbidir və onun icrası buradan irəli gəlir. Nəticə
hissəsinin tərtibi zamanı səhvə yol verilməsi qərarın icra
oluna bilən məzmuna malik olmaması və bununla da, onun
faydasızlığı ilə nəticələnə bilər.
Qanunda qərarın nəticə hissəsində onun icra qaydası və
müddəti  ilə bağlı göstərişlərin də (qərarın icra qaydasının
320


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə