Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə81/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   77   78   79   80   81   82   83   84   ...   98

Ümumiyyətlə, qərardadın quruluşu və məzmunu əsas
etibarilə qərarın quruluşu və məzmununa bənzəməlidir (xü-
susilə, təsviri hissə və hüquqi əsaslandırma hissəsindən
ibarət olmalıdır).
İPM-də qərardadların strukturuna dair heç bir xüsusi
göstəriş olmadığı və onlarda təsviri və əsaslandırma hissələrinin
olması nəzərdə tutulmadığı üçün qərardadın əsaslandırma
hissəsini elə bu cür başlıqla adlandırmaq və 1-ci hissədə
prinsip etibarilə məhkəmə qərarının təsviri hissəsi kimi
qurulan işin faktiki hallarını, 2-ci hissədə isə, məzmun
baxımından məhkəmə qərarının əsaslandırma hissəsinə uyğun
olan hüquqi mülahizələri yerləşdirmək tövsiyə olunur.
Xərclər məsələsinin həllinə dair xüsusi formalar iddiadan
imtina olunan hallarda (bununla əlaqədar yuxarıya bax) və
tərəflərin müştərək bəyanatına əsasən, icraata xitam verildikdə
(bax: İPM-in 110.6-cı maddəsi) meydana çıxır. 
Misal
K qanuna zidd inzibati fəaliyyətlərinə görə A və B
şəhər icra hakimiyyətlərinin üzərinə ona 2000 AZN
məbləğində kompensasiya ödəmək vəzifəsinin qoyul-
masını tələb edir. İş üzrə çıxarılmış qərarın nəticə
hissəsində deyilir: 1-ci cavabdehin üzərinə iddiaçıya
1000 AZN ödəmək öhdəliyi qoyulur. Qalan hissədə
iddia rədd edilir. Bu halda proses iştirakçıları (bir
iddiaçı və iki cavabdeh) arasında prosessual xərclər
necə bölünəcək?
326


Onuncu fəsil
QANUNİ  QÜVVƏ
Qanuni qüvvə hüquqi sülhün bərqərar olmasına xidmət
edir. Mü 
əyyən bir andan etibarən məhkəmə qərarlarının
mübahisə lən dirilməsi artıq mümkünsüz olmalıdır. Qanuni
qüvvənin iki növü var: 1) formal-hüquqi qanuni qüvvə; 2)
maddi-hüquqi qanuni qüvvə.
A. Formal-hüquqi qanuni qüvvə
Formal-hüquqi qanuni qüvvə məsələsi İPM-in 79-cu mad-
dəsində təsbit edilmişdir. Formal-hüquqi qanuni qüvvə
məhkəmə qərarının qanunla yol verilən vasitələrlə
mübahisələndirilməsi mümkün olmadıqda yaranır. Müddətin
keçməsinə baxmayaraq, tərəflərdən biri qərardan şikayət
verdikdə də, vəziyyət dəyişmir, çünki müvafiq qərar artıq
qanuni qüvvəyə minmiş olur. 
B. Maddi-hüquqi qanuni qüvvə
Maddi-hüquqi qanuni qüvvəyə minmə isə, qərarın məzmun
baxımından məcburiliyini nəzərdə tutur və İPM-in 78-ci
maddəsində əksini tapmışdır. Yalnız formal-hüquqi qanuni
qüvvəyə minmiş məhkəmə qərarları maddi-hüquqi qanuni
qüvvəyə minmək iqtidarındadırlar. Başqa sözlə, maddi-
hüquqi qanuni qüvvəyə minmə müvafiq qərarın əvvəlcə for-
mal-hüquqi baxımdan qanuni qüvvəyə minməsi ilə şərtləndirilir.
Maddi-hüquqi baxımdan qanuni qüvvəyə minmə, bir tərəfdən,
327


qərarın onun əsasında dayanan faktiki hallara və mübahisə
predmetinə təsirini əhatə edir. Digər tərəfdən, o, qərarın
hansı şəxslərə münasibətdə hansı məcburi qüvvəyə malik
olması məsələsini tənzimləyir. Maddi-hüquqi qanuni qüvvəyə
minmə qərarın mübahisələndirilə bilməsi mümkün olmadıqdan
sonra hüquqi sülhün bərqərar olmasına xidmət edir. Heç bir
məhkəmə eyni tərəflər arasında eyni mübahisə predmeti
barəsində bir neçə dəfə qərar qəbul etməməlidir. Qeyd
olunanlar qüsurlu məhkəmə qərarlarına da aiddir. Yəni onlar
da formal-hüquqi baxımdan qanuni qüvvəyə mindikdən
sonra təbii ki, maddi-hüquqi qanuni qüvvəyə də minirlər.
İPM-in 78-ci maddəsinə əsasən, maddi-hüquqi baxımdan
qanuni qüvvəyə minmə yalnız proses iştirakçıları və onların
hüquqi varisləri üçün məcburidir. Faktiki olaraq, bu məcburilik
məhkəməyə də şamil olunur. Çünki o, tərəflərin və mübahisənin
eyni olduğu hallarda mahiyyət üzrə yeni qərar qəbul edə
bilməz. Əksinə, o, artıq bir qərarın mövcud olması və buna
görə də yeni bir qərarın qəbul edilə bilməməsi vəziyyətinə
riayət etməlidir. Əgər məhkəməyə eyni tərəflər arasında
eyni mübahisə predmetinə dair yeni iddia ərizəsi daxil olarsa,
bu iddia artıq ona dair qanuni qüvvəyə minmiş məhkəmə
qərarının olması səbəbindən mümkün sayılmayacaqdır. Bu
kimi hallarda yeni iddia yalnız o halda mümkün sayılır ki,
qərarın qanuni qüvvəyə minməsindən sonra işin faktiki və
hüquqi halları dəyişmiş və bununla da yeni mübahisə predmeti
yaranmış olsun. Hər hansı bir hüquqi məsələyə dair yuxarı
məhkəmələrin təcrübəsinin dəyişməsi qanuni qüvvənin aradan
qalxması ilə nəticələnmir. 
Maddi-hüquqi qanuni qüvvəyə minmə yalnız mübahisə
predmeti barədə qərara aiddir. Bu o deməkdir ki, məhkəmənin
328


qərarın qəbul edilməsi ilə əlaqədar ilkin və ya aralıq məsələlər
üzrə etdiyi qeydlər hüquqi qüvvə əldə etmir. Belə ki,
məhkəmə bəzən mübahisə predmetinə dair qərarın qəbulu
üçün özü-özlüyündə zəruri olmayan məsələlərə də toxunur.
Yəni məhkəmə müəyyən hallarda iddiaçının tələb hüququnun
mövcud olub-olmadığı barədə qərar qəbul etmək üçün digər
məsələlərə də aydınlıq gətirməlidir. Misal üçün, əgər iddiaçı
hüquqi mübahisədə tikintiyə icazə alınmasına səy göstərirsə
və bu zaman onun tikintinin aparılacağı torpaq sahəsinin
mülkiyyətçisi olub-olmaması ilkin məsələ qismində aydın-
laşdırılmalıdırsa, məhkəmə bu məsələni də cavablandırmalıdır.
Lakin bu işdə mübahisənin predmetini yalnız iddiaçının tik-
intiyə icazə almaq hüququna malik olub-olmaması təşkil
edir. Başqa sözlə, yalnız bu yoxlamanın nəticəsi qanuni
qüvvə əldə edir. İddiaçının mülkiyyətçi olub-olmaması onun
tikintiyə icazə almaq hüququna malik olub-olmaması sualını
cavablandırmaq üçün zəruri olan ilkin və ya aralıq məsələ
hesab olunur və məhkəmə öz qərarında buna dair də qeydlər
bildirməlidir. Lakin həmin qeydlər hüquqi qüvvə əldə etmir.
Bu o deməkdir ki, bu qeydlər söhbətin həmin ilkin məsələdən
getdiyi başqa bir hüquqi mübahisə çərçivəsində işə baxan
məhkəmə üçün məcburi qüvvəyə malik deyil və bu məhkəmə
mülkiyyətçi olmaqla bağlı sualı fərqli şəkildə də cavablandıra
bilər. 
Qanuni qüvvə hüquqi mübahisə üzrə iddiaçı və cavabdeh,
eləcə də zəruri prosessual həmiştirakçılar üçün məcburidir,
bir şərtlə ki, işin mahiyyəti üzrə qərar qəbul edilsin. Adi
prosessual həmiştirakçılar isə, başqa prosessual iştirakçıların
xeyrinə və ya ziyanına çıxarılmış qərarın qanuni qüvvəsinin
təsiri altına düşmürlər, çünki onlara münasibətdə müxtəlif
329


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə