Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə2/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   2   3   4   5   6   7   8   9   ...   98

MÜƏLLİFİN  ÖN  SÖZÜ
2011-ci ilin yanvar ayında «İnzibati icraat haqqında» Qa-
nunun və İnzibati Prosessual Məcəllənin qüvvəyə minməsi
Azərbaycan Respublikasının icra və məhkəmə hakimiyyəti
orqanlarını böyük bir çağırışla üzləşdirdi. Bu iki qanunun tət-
biqinə başlanılması Azərbaycan Respublikası Konstitusiyasının
60-cı maddəsinin II abzasında təsbit edilmiş dövlət orqanlarının
və vəzifəli şəxslərin qərar və hərəkətlərindən (hərəkətsiz 
-
liyindən) şikayət vermək hüququnun hüquqi dövlət qaydalarına
uyğun şəkildə implementasiyasını əks etdirir.
İnzibati hüquq sahəsində hələ yeni olan bu qanunlar inzibati
orqanları əvvəlkindən fərqli baxış bucağından nəzərdən keçir-
məyə imkan verir. Sözügedən qanunların sovet hüquq sistemi-
nin təsiri altında formalaşmış inzibati hüquqla, yəni İnzibati
Xətalar Məcəlləsi ilə heç bir oxşarlığı yoxdur. Belə ki, əgər
əvvəlki inzibati hüquq daha çox inzibati orqanların vətəndaşlara
münasibətdə güclü və cəzalandıran obrazlı münasibəti ilə sə-
ciyyələnirdisə, yeni inzibati hüquq vətəndaşın inzibati orqan-
ların qanunsuz fəaliyyətindən müdafiəsini və onun inzibati
orqanlardan qanunauyğun fəaliyyət göstərməsini tələb etmək
hüququnu ön plana çəkir.
«İnzibati icraat haqqında» Qanun və İnzibati Prosessual
Məcəllədən irəli gələn və tamamilə yeni olan bu baxış bucağı
inzibati orqanların əməkdaşları, habelə inzibati-iqtisadi məh -
kə mələrin hakimləri üçün böyük dəyişiklik deməkdir. Bu dəy-
işikliyə ən asan şəkildə köhnə strukturları və düşüncə tərzini
unutmaq və yeni hüquq əsasında istiqamətlənməklə uyğunlaş-
maq olar. Lakin bu uyğunlaşma, heç də sadə görünməməlidir.
Çünki həm «İnzibati icraat haqqında» Qanunda, həm də İnzibati
Prosessual Məcəllədə öyrəşmə tələb edən yeni prinsiplər
6


nəzərdə tutulmuşdur. Həmin prinsiplər hər iki qanunun tətbiqi
zamanı məhkəmələrdən, onların bu vaxta qədər öyrəşmədikləri
yardımetmə və araşdırma vəzifələrinin yerinə yetirilməsini
tələb edir. 
Bununla belə, yeni qaydalar Azərbaycanda hüquqi döv -
lətçiliyin inkişafını bir həlledici addım da irəli aparmaq üçün
böyük şansdır. Əlbəttə, qanunların icrası ilk əvvəl problemsiz
ötüşməyəcəkdir. Belə ki, hər iki qanunda istifadə olunan an-
layışlar, eləcə də normaların konkret hallarda tətbiqi ilə bağlı
yəqin ki, çoxlu suallar meydana çıxacaqdır. Xüsusi inzibati
hüquq sahəsində yeni inzibati qanunlara uyğunlaşdırılmış bir
sıra qanunların (məsələn, ətraf mühit, sosial hüquq və s.
sahələrdə) mövcud olmaması da hüququn əminliklə tətbiqini
müəyyən qədər çətinləşdirir. 
Azərbaycan Respublikasının «İnzibati icraat haqqında» Qa-
nunu və İnzibati Prosessual Məcəlləsi onlarda təsbit olunmuş
mühüm prinsiplər və məzmun baxımından Almaniyanın mü-
vafiq qaydalarına çox bənzəyir. Orada fəaliyyət göstərən inzi-
bati orqanlar və inzibati məhkəmələr son onilliklər ərzində
inzibati hüquqa dair müddəaların təcrübəli və davamlı şəkildə
tətbiqini inkişaf etdirmək üçün çoxlu fürsətlərə malik olmuşlar.
Almaniyanın İnzibati Prosessual Məcəlləsi artıq 1960-cı ildən
qüvvədədir. Həmin vaxt inzibati icraatla bağlı qaydalar hələ
mövcud deyildi. İnzibati məhkəmə icraatının tətbiqinə
başlanıldığı ilk illər ərzində inkişaf etdirilmiş prinsiplərdən son-
ralar Almaniyanın «İnzibati icraat haqqında» Qanunu ərsəyə
gəldi və 1972-ci ildə qüvvəyə mindi. Həmin Qanunun tətbiqinə
başlanıldığı ilk dövrdə, heç də hər şey yaxşı və asan deyildi.
Yalnız bir müddət sonra, sayı minlərlə ölçülən çoxsaylı inzibati
hüquq mübahisələri nəticəsində bir məhkəmə təcrübəsi for-
malaşmışdır ki, bu da daim təkmilləşdirilməklə inkişaf et-
məkdədir. 
7


Bu kitabın məqsədi Azərbaycan inzibati hüququnun
inkişafına töhfə vermək və hakimlər, vəkillər, inzibati orqan-
ların işçiləri, eləcə də tələbələr üçün yeni qanunlardan istifadəni
asanlaşdırmaqdır. Belə ki, kitab yeni inzibati qanunlarda təsbit
edilmiş anlayışları, habelə ayrı-ayrı icraatların gedişini başa
düşmək üçün yardımçı vəsait qismində çıxış edə bilər. Əlbəttə,
kitabda əksini tapmış fikirlər bir alman hüquqşünasının
yanaşma tərzidir. Başqa sözlərlə desək, bu kitab Almaniyanın
inzibati qanunlarını bilən bir alman hüquqşünasının müvafiq
qaydaları necə başa düşməsinin və onları necə tətbiq edəcəyinin
təsviridir. Bununla da oxuculara təqdim olunan bu kitab, Azər-
baycanın yeni inzibati qanunlarında əksini tapmış qaydaların
necə başa düşülməsi və tətbiq oluna bilməsi ilə bağlı yalnız tək-
lifləri əks etdirir. O, eyni zamanda, bu vaxta qədər keçirilmiş
seminarlarda alman ekspertləri və Azərbaycanın inzibati hakim-
ləri arasında maraqlı müzakirələrə səbəb olmuş sualların işıq-
landırılmasına və cavablandırılmasına cəhd göstərir.
Qanun hərəkətsiz bir şey deyil. O, bir alətdir və bu baxım-
dan, obrazlı şəkildə desək, ən müxtəlif həyati situasiyalarda tət-
biq olunaraq hüquqi sülhü bərqərar etməklə içərisi doldurulan
bir qəlibdir. Qanun məhkəmə təcrübəsində tətbiq və təfsir
edilməklə canlı bir vasitə sayılır. Buna uyğun olaraq, müvafiq
sahəyə dair hüquq ədəbiyyatı da inkişaf etdirilməlidir. 
Oxuculara təqdim olunan bu kitab 2010-cu ildə o vaxtkı Al-
maniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) (indiki Al-
maniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ)) MMC-nin
«Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklən-
məsi» layihəsində fəaliyyətim zamanı hazırladığım əlyazmanın
əsaslı şəkildə qısaldılmış variantıdır. Kitabda, yalnız o vaxtlar
hələ tətbiqinə başlanılmamış İnzibati Prosessual Məcəllədən is-
tifadə olunmuşdur. Başqa sözlərlə desək, kitabda Mülki Pro -
sessual Məcəllənin analogiya qaydasında tətbiq oluna bilən
8


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə