Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə9/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   5   6   7   8   9   10   11   12   ...   98

məqsədilə zəruri halların araşdırılması üçün tələb olunan
vaxtdan məhkəmənin istifadə etməsinə maneə yaradıla
bilməz. Məlum olduğu kimi, mülki prosesdə həlledici
əhəmiyyət kəsb edən çəkişmə prinsipinə əsasən, məhkəmə
yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və
onlardan istifadə etməlidir, yəni özü sübut toplamalı deyil.
Tərəflər işin faktiki halları ilə bağlı izahatlarını müddət başa
çatanadək təqdim etmədikdə, məhkəmə sübutetmə vəzifəsi
daşıyan tərəfin zərərinə qərar çıxara bilər. Bu qayda, hətta o
hallarda tətbiq olunur ki, sübutetmə vəzifəsi daşıyan tərəfin
sərəncamında daha çox vaxtı olacağı təqdirdə qərarın onun
xeyrinə çıxarılacağına təsir edə biləcək sübutlar təqdim
etmək imkanı olsun. Çünki mülki prosesdə məhkəmə
sözügedən hallarda müddətin bitməsini əsas götürərək qərar
qəbul etməyə məcbur qalacaqdır. İşin hallarının araşdırılması
prinsipinə gəldikdə isə, onun tətbiqi ilə bağlı vəziyyət başqa
cürdür. Əgər məhkəmə 3 ay müddətində zəruri olan bütün
araşdırmaları həyata keçirə bilməmişdirsə, onda o, obyektiv
baxımdan düzgün qərar qəbul edə bilməyəcək. Çünki sübutet-
mə vəzifəsi barədə qərarın qəbulu yalnız çox məhdud hədlər
daxilində (sübutların araşdırılması nəticəsiz qaldıqda)
mümkündür. Ona görə də müddət məhdudiyyəti müəyyən
edildiyi halda, məhkəmə necə qərar qəbul etməli olduğunu
bilməyəcəkdir. Bundan başqa, inzibati məhkəmə icraatının
aparılması üçün müvafiq vaxt tələb olunur. İddianın verilməsi,
onun əsaslandırılması, iddiaya etirazın bildirilməsi, inzibati
orqandan iş materiallarının tələb edilməsi, həmin materiallarla
tanış olma, araşdırma, iclas vaxtlarının təyin edilməsi, şifahi
məhkəmə baxışı, sübutların araşdırılması və s.-ni hüquqi
33


dövlət prinsiplərinə uyğun surətdə 3 ay ərzində həyata
keçirmək mümkün deyil. Bununla yanaşı, bəzi hallarda
icraatın 3 aydan da tez müddət ərzində başa çatması
mümkündür. Belə ki, İPM-in 55.3-cü maddəsinə əsasən,
iddiaçı 30 gündən çox müddət ərzində iş üzrə məhkəmə
icraatından yayındıqda, iddia geri götürülmüş sayıla və iş
üzrə icraata xitam verilə bilər. 
Beləliklə, inzibati məhkəmə icraatında qərarın tez qəbul
edilməsi deyil, düzgün qərarın qəbulu daha həlledici əhəmiyyət
kəsb edir.
Yuxarıda qeyd olunanlara baxmayaraq, işə baxma müddəti
qanunla birbaşa müəyyən edilmədiyi hallarda belə, məhkəmə
iş üzrə icraatı tezləşdirmək vəzifəsi daşıyır. Bu, icraatın
konsentrasiyası prinsipindən irəli gəlir. Həmin prinsipə
əsasən, inzibati məhkəmə qərar qəbul etmə mərhələsinə
mümkün qədər (ağlabatan həddə) tez gəlib çatmalıdır. İşin
mümkün qədər tez həll olunması fikri İPM-in bir sıra mad-
dələrində də özünü büruzə verir. Belə ki, İPM-in 48.2-ci
maddəsinə uyğun olaraq, sədrlik edən hakim (icraatı te-
zləşdirmək üçün) müddətlər müəyyən edə bilər. Eyni zamanda,
İPM-in 49.1-ci maddəsinə müvafiq olaraq, sədrlik edən
hakim şifahi məhkəmə baxışı başlayana qədər, hüquqi
mübahisənin bir şifahi məhkəmə iclası çərçivəsində həll ol-
unması üçün lazım olan bütün tədbirləri görməlidir (bununla
əlaqədar həmçinin bax: İPM-in 51.2 və 55.3-cü maddələri). 
İcraatın həddən artıq davam etməsi (icraatın əsassız olaraq
illərlə uzadılması) Avropa İnsan Hüquqları Konvensiyasının
6-cı maddəsinin 1-ci abzasının pozulması ilə nəticələnə
bilər.
34


IX. Məhkəmənin yardım etmək vəzifəsi 
(İPM-in 13 və 48-ci maddələri)
Məhkəmənin İPM-in 13 və 48-ci maddəsində təsbit
edilmiş yardım etmək vəzifəsi məhkəmənin hüquqi
mübahisənin həlli zamanı tərəfləri dəstəkləməli olduğunu
nəzərdə tutur. İnzibati-hüquqi mübahisələrdə vəkilin iştirakı
ilə bağlı məcburiyyət müəyyən edilmədiyindən hakimin
tərəflərə yardım etmək vəzifəsinə riayət etməsi və hüquqi
mübahisəni formal baxımdan lazımi qaydada və faktiki
cəhətdən tam həll etməkdə hər iki tərəfi eyni qaydada dəstək-
ləməsi xüsusilə vacibdir. Lakin bu, məhkəmənin tərəflərə
münasibətdə açıq olmasını tələb edir. Bu açıqlıq, əgər o,
tərəflərin hər birinə münasibətdə göstərilərsə, qərəzliliyə
görə hakimə etirazın uğurlu əsası qismində çıxış edə bilməz.
Məhkəmənin aydınlaşdırma və yardım etmə vəzifəsi heç də
o demək deyildir ki, məhkəmə tərəflərin əvəzinə onların
işini görməli, məsələlərini həll etməli və bununla da onları
proses iştirakçısı rolundan və prosesdə iştirak etmək vəz-
ifələrindən azad etməlidir. Əksinə, sözügedən prinsipə uyğun
olaraq, məhkəmə yalnız tərəfləri sıxışdırmamaq və onların
prosesi müvafiq şəkildə aparmalarına diqqət yetirmək öhdəliyi
daşıyır. Tərəflərdən hər hansı biri məhkəmənin təyin etdiyi
ağlabatan müddət ərzində onun xəbərdarlıqlarına/göstərişlərinə
riayət etmirsə, bu, həmin tərəf üçün mənfi nəticələnə bilər.
Məsələn, əgər iddia ərizəsi məhkəmənin xəbərdarlığından
sonra da İPM-in 46.3-cü maddəsində nəzərdə tutulan minimal
tələblərə cavab verməzsə, iddia mümkün sayılmayacaqdır.
35


X. Hakimlərin müstəqilliyi prinsipi 
(İPM-in 10-cu maddəsi)
Azərbaycan Respublikası Konstitusiyasının 127-ci mad-
dəsinin I abzasının davamı olaraq İPM-in 10-cu maddəsində
inzibati məhkəmə icraatını həyata keçirərkən hakimlərin
müstəqil olması və yalnız Azərbaycan Respublikasının Kon-
stitusiyasına və qanunlarına tabe olması təsbit edilmişdir.
Tərəflərin, həmkarların və məhkəmə instansiyalarının riayət
etməli olduqları bu prinsip ədalətin, bərabərliyin, hüquqi
dövlətçiliyin və güclü ədalət mühakiməsinin təməlini təşkil
edir. Bu təməlin daha da möhkəmləndirilməsi üçün İPM-in
10.2-ci maddəsində inzibati mübahisəyə baxılması və onun
həll edilməsi ilə əlaqədar proses iştirakçılarının və üçüncü
şəxslərin hakimə hər hansı təsir göstərməsi qadağan olun-
muşdur. İPM-in 10.3-cü maddəsinə əsasən isə, hakimə
göstərişlərin verilməsi yolverilməzdir. Bir mühüm məsələni
də nəzərə almaq lazımdır ki, müstəqillik özbaşınalıq kimi
başa düşülməməlidir. Belə ki, hakim yalnız qanunla müəyyən
edilmiş hədlər daxilində hərəkət edə bilər. 
Hakimlərin müstəqilliyi prinsipi hakimin inzibati fəaliyyət-
inə şamil olunmur. Məhkəmənin sədri hər hansı bir hakimi
məhkəmə daxilində inzibati işlərin görülməsinə cəlb edə
bilər. Bu işlərə büdcə məsələləri, tikinti işləri və intizam
icraatının hazırlanması aid ola bilər. Ədalət mühakiməsinin
həyata keçirilməsi ilə bağlı olmayan bu kimi məsələlərdə
müvafiq hakim məhkəmə sədrinin göstərişlərinə tabedir. 
36


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə