Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə17/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   13   14   15   16   17   18   19   20   ...   98

Məcəllədə mübahisənin aradan qalxması barədə birtərəfli
bəyanat halları (yəni iddiaçı mübahisənin aradan qalxdığını
bəyan edir, cavabdeh isə bununla razılaşmır) nəzərdə tutul-
mamışdır. Almaniyada bu kimi hallarda məsələyə aşağıdakı
qaydada yanaşmaq qəbul olunmuşdur. Belə vəziyyətlərdə
yeganə mübahisəli məsələ hüquqi mübahisənin aradan qalxıb-
qalxmadığı məsələsi hesab olunur (yəni ilkin iddia müəyyən
etmə haqqında iddiaya çevrilir). Bununla da nəticə, qərarda
müvafiq halın müəyyən edilməsindən, yaxud iddianın rədd
edilməsindən ibarət olur. 
Mübahisə  qismən  aradan qalxdıqda, qərarda və onun
nəticə hissəsində mübahisə predmetinin həll edilmiş hissəsi
və aradan qalxmış hissəsi ayrı-ayrılıqda göstərilməlidir.
Xərclər barədə qərar iddianın uğurlu olacağı ehtimalı əsas
götürülməklə qəbul edilir. Bundan başqa, Almaniyada
(iddianın uğurlu olacağı ehtimalı qeyri-müəyyən olduqda,
yaxud tərəflərdən biri mübahisənin aradan qalxmasına səbəb
olan hərəkət etdikdə) qərarın ədalətlilik mövqeyi əsas
götürülməklə qəbul edilməsi də mümkündür. 
VI. Xüsusi hal: İcraatın dayandırılması
İPM-in 7-ci maddəsində əksini tapmış icraatın dayandırıl-
ması haqqındakı normalar bir qədər çaşqınlıq yaradır. İcraatın
dayandırılması, prinsip etibarilə iki fərqli subyektin predmet
baxımından iki fərqli qərar qəbul etmələrinin qarşısının alın-
masına xidmət edir. Ona görə də bu kimi hallarda icraatlardan
birinin dayandırılması və başqa inzibati orqan, yaxud
məhkəmədəki digər icraat çərçivəsində həlledici qərarın
qəbul edilməsi ilə məsələnin aydınlaşdırılması nəzərdə tu-
65


tulmuşdur. İPM-in 7.1-ci maddəsinə əsasən, icraatın dayandırıl-
ması məhkəmənin diskresion səlahiyyətinə aid olduğu halda
(«dayandıra bilər»), İPM-in 7.2-ci maddəsi dayandırmanı
məcburi şəkildə nəzərdə tutur («dayandırmalıdır»). Başqa
sözlə, bu müddəaların tənzimlədiyi hallar arasındakı fərq
ondan ibarətdir ki, İPM-in 7.1-ci maddəsində inzibati
məhkəmənin qərarının çıxarılması üçün digər bir inzibati
məhkəmə və ya inzibati orqan tərəfindən baxılan məsələ
üzrə qərarın gözlənilə bilməsi nəzərdə tutulduğu halda, İPM-
in 7.2-ci maddəsi mülki və ya cinayət işləri üzrə məhkəmə
qərarının çıxarılmasının gözlənilməli olmasını nəzərdə tutur. 
İPM-in 7.1-ci maddəsinə əsasən, mübahisənin həlli
tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati
mübahisənin predmetini təşkil edən və ya inzibati orqan
tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud ol-
masından və ya olmamasından asılı olduğu hallarda (bununla
bağlı ətraflı məlumat almaq üçün müəyyən etmə haqqında
iddiaya dair fəsilə bax) məhkəmə iş üzrə icraatı dayandıra
bilər. İş paralel gedən mübahisə həll edilənə və ya inzibati
orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandırılır
ki, məhkəmə onun baxdığı hüquqi mübahisəyə dair qərarın
qəbulunda ilkin məsələ barədə qərarı nəzərə ala bilsin. 
İPM-in 7.1-ci maddəsinə əsasən, icraatın dayandırılması
istənilən vaxt mümkündür. Bunun üçün şərt ondan ibarətdir
ki, digər inzibati məhkəmə və ya inzibati orqan tərəfindən
çıxarılacaq qərar baxılan iş üzrə çıxarılacaq qərara münasibətdə
preyudisial əhəmiyyətə malik olsun.
Sözügedən müddəaya əsasən, icraatın dayandırıla bilməsi
üçün iştirakçıların eyni olması və ya ilkin məsələnin məhkəmə
66


üçün məcburi xarakter daşıması zəruri deyil. Başqa sözlə,
həmin məsələnin icraatı dayandırılmış hüquqi mübahisəyə
təsir imkanının olması kifayətdir. Bununla belə, təkcə bir
hüquqi məsələnin məhkəmənin qərarına yardımçı ola biləcəyi
də yetərli sayılmır. Preyudisiallıq, məsələn, hər hansı bir
evin tikintisinə verilmiş icazənin etibarlılığının yoxlanılmasına
dair bir icraat və həmin evin sökülməsinin qanuniliyinin
yoxlanılması haqqında digər bir icraat mövcud olduqda
yarana bilər. Birinci mübahisədə söhbət tikintiyə icazənin
etibarlı şəkildə verilib-verilmədiyindən, yaxud (sonradan)
verilə bilməsinin mümkünlüyündən gedir. İkinci mübahisədə
isə, söhbət artıq mövcud olan evin sökülməli olub-olma-
masından gedir. İkinci mübahisə üçün barəsində söhbət
gedən evlə bağlı etibarlı tikinti icazəsinin olub-olmadığı və
ya belə bir tikinti icazəsinin (sonradan) verilə bilməsinin
mümkünlüyü həlledici məsələdir (yaxud həlledici məsələ
ola bilər). Bu kimi hallarda birinci mübahisə üzrə tikintiyə
icazənin etibarlı olub-olmaması, yaxud tikintiyə (sonradan)
icazənin verilə bilməsinin mümkünlüyünə dair məsələ həll
edilənə qədər ikinci mübahisə üzrə icraatı dayandırmaq olar. 
Başqa bir misal: iddiaçı bir mübahisə çərçivəsində dotasiya
haqqında qərara əsaslanaraq ona dotasiya ödənilməsini tələb
edir. Digər bir mübahisə üzrə isə, o, həmin qərarın ləğv
edilməsini mübahisələndirir. Bu kimi hallarda dotasiya
haqqında qərarın ləğvinin qanuniliyi məsələsi həll olunana
qədər birinci icraat dayandırıla bilər. Əgər məhkəmə həmin
qərarın ləğvinin qanuni olduğu nəticəsinə gələrsə, iddiaçının
dayandırılmış icraatda dotasiya tələb etmək hüququ aradan
qalxacaqdır. Yox, əgər dotasiya haqqında qərarın ləğvinin
67


qeyri-qanuniliyi aşkar olunarsa, iddiaçının prinsip etibarilə
icraatı dayandırılmış hüquqi mübahisədə uğur qazanması
mümkündür. 
Yuxarıda qeyd olunanlardan başqa, icraatın dayandırıla
bilməsi üçün digər bir şərt, əlaqəli işin icraata qəbul edilmiş
olmasıdır. 
Məhkəmənin icraatı dayandırıb-dayandırmaması onun
diskresion səlahiyyətindən asılıdır. O, preyudisial əhəmiyyət
kəsb edən məsələni özü də cavablandıra bilər. Diskresion
səlahiyyətin həyata keçirilməsi üçün həlledici məsələ prosesə
qənaətlə yanaşma və eyni məsələyə dair müxtəlif qərarların
qəbul edilməsinin qarşısının alınmasıdır. Lakin burada
məqsəd, sualın cavablandırılması üçün icraatın həm inzibati
orqan, həm də məhkəmə tərəfindən dayandırılması deyil.
Çünki bu, məhkəmənin öz üzərinə düşən vəzifələrin icrasından
vətəndaşın zərərinə imtina etməsi demək olardı. 
Məhkəmə icraatın nə vaxta qədər dayandırılması
məsələsində də diskresion səlahiyyətə malikdir. Yəni inzibati
məhkəmə və ya inzibati orqan tərəfindən müvafiq qərarın
qəbul olunmasına qədər məcburi riayət edilməli olan vaxt
göstərişi mütləq deyil. 
İcraatın dayandırılmasına tərəflərin razılıq verməsi tələb
olunmur. Bununla belə, planlaşdırılan dayandırmanın tərəflərin
nəzərinə çatdırılması tövsiyə olunur ki, buna münasibət
bildirmək imkanı yaradılmaqla onların dinlənilmə hüquqları
təmin edilsin.
İcraatın dayandırılması haqqında əsaslandırılmış qərardad
çıxarılır və bu qərardaddan şikayət verilə bilər. 
68


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə