Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə19/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   15   16   17   18   19   20   21   22   ...   98

iştirak etməmək imkanı yaratmalıdır. Ümumiyyətlə, cərimə
yalnız o zaman məqsədəuyğun hesab edilir ki, məhkəmə
işin hallarının araşdırılması üçün tərəfin iştirakını zəruri
hesab etsin və tərəf müəyyən mənada prosesin gedişatını
əngəlləsin. Lakin bir məsələni xüsusilə vurğulamaq lazımdır
ki, tərəfin prosesə gəlməməsi məhkəməyə qiyabi qərar çıxar-
maq üçün heç bir əsas vermir. İnzibati məhkəmə icraatında
belə bir qərar imkanı yoxdur. Həmçinin, yuxarıda artıq qeyd
olunduğu kimi, iddiaçının prosesə gəlməməsi özü-özlüyündə
İPM-in 55.3-cü maddəsinə əsasən, onun məhkəmə icraatından
yayınmasını güman etmək və iddianın geri götürülmüş sayıl-
masına görə icraata xitam vermək üçün əsas deyil. 
Mübahisənin sübutlar araşdırılmadan barışıq yolu ilə həlli
mümkün hesab edilmədikdə, icraatın sürətləndirilməsi üçün
İPM-in 49.1.6-cı maddəsinə müvafiq olaraq şahidlərin və
ekspertlərin hazırlıq icraatına dəvət edilməsi məqsədəuyğun
hesab edilir. İş materiallarının vəziyyətinə əsasən, sadə
izahedici görüşdən sonra tərəflərin razılığa gəlməsi mümkün
sayılarsa, şahidlərin və ekspertlərin dəvət edilməsi icraat
üçün faydalılıq baxımından deyil, yalnız vaxt və xərclər
baxımından əlavə məsrəflərin yaranması demək olardı.
Müəyyən hallarda hazırlıq tədbiri qismində iddiaçıdan
İPM-in 55.3-cü maddəsinə əsasən icraatı davam etdirməsinin
tələb olunması da məqsədəuyğun hesab edilə bilər (məhkəmə
iddiaçının qərarın çıxarılmasında kifayət qədər marağı
olmadığı və ya onun icraatda iştirak etməsindən imtina edə
biləcəyi təəssüratına malik olduqda). Hər halda, iddiaçıdan
bunun tələb edilməsinin iş materiallarında qeyd olunması
tövsiyə edilir ki, bununla bağlı mübahisə yaranan təqdirdə
sübut etmək mümkün olsun. 
73


Məhkəmənin İPM-in 49-cu maddəsində sadalanmış hazırlıq
tədbirlərindən müstəqil qaydada şikayət verilə bilməz. Hüquqi
mübahisə üzrə icraatın aralıq hüquqi müdafiə vasitələri ilə
ləngiməsinin qarşısını almaq üçün hakimin diskresion
səlahiyyəti barədə qaydaların pozulmasından hər halda
məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. 
Mühüm qeyd: İPM-in 49-cu maddəsinə əsasən,
məhkəmənin həyata keçirdiyi bütün tədbirlərin iş material-
larında sənədləşdirilməsi tövsiyə olunur.
İPM-in 50-ci maddəsində bir daha aydın şəkildə nəzərdə
tutulur ki, məhkəmə bu müddəada sadalanmış hallarda şifahi
məhkəmə baxışından əvvəl hüquqi mübahisənin başa çatması
və digər həlledici məsələlər barədə qərardad qəbul edə bilər.
VIII. Məhkəmə iclasının vaxtının təyin edilməsi 
İcraatın aparılması haqqında sərəncamların icrasından
sonra hüquqi mübahisə hələ bitmirsə, məhkəmə şifahi
məhkəmə baxışının keçirilməsi üçün vaxt təyin edir. Hər
iki tərəf işin faktiki halları və mübahisənin vəziyyəti barədə
fikirlərini ifadə etdikdə və hüquqi mübahisə şifahi məhkəmə
baxışının keçirilməsi üçün kifayət qədər hazırlanmış olduqda,
şifahi məhkəmə baxışının keçirilməsi üçün vaxt təyin edilməsi
məqsədəuyğun sayılır. 
Artıq qeyd olunduğu kimi, tərəflərin məhkəmə baxışına
çağırılması ilə eyni zamanda şahidlər və ekspertlər də
məhkəmə iclasına dəvət edilə, habelə proses iştirakçılarının
məhkəmə iclasına şəxsən gəlmələri tələb oluna bilər (bax:
İPM-in 49.1.5-ci, 49.1.6-cı maddələri və 57.1.-ci maddəsinin
1-ci cümləsi). 
74


Təbii ki, məhkəmə proses iştirakçılarını şifahi məhkəmə
baxışının vaxtı və yeri haqqında məlumatlandırmalıdır (bax:
İPM-in 62.1-ci maddəsi). (Müddətlər və bildirişlərə dair
növbəti müddəalarla bağlı bu mövzuya aid olan aşağıdakı
bölməyə bax). Məhkəmə iclasının vaxtı təyin edilərkən işin
hərtərəfli şəkildə müzakirə edilməsi üçün nə qədər vaxtın
yetərli olmasının nəzərə alınması tövsiyə edilir.
1. Təqdimetmə
Təqdimetmə qanunla nəzərdə tutulmuş formada tərtib
edilən və həyata keçirilən bir hərəkətdir ki, bunun vasitəsilə
ünvanlanan şəxsə hər hansı bir sənədlə bağlı münasibət
bildirmək imkanı yaradılır. Məhkəmə sənədləri xidməti vəz-
ifəyə görə təqdim edilir. 
İPM-də təqdimetmə məsələsi yalnız onun 20-ci və 21-ci
maddələrində tənzimlənmişdir. Eyni zamanda, təqdimetmə
ilə bağlı tamamlayıcı müddəalar qismində İPM-in 20.3-cü
maddəsinə əsasən, Mülki Prosessual Məcəllədə müəyyən
edilmiş qaydalar (bax: MPM-in 134-cü və ondan sonrakı
maddələri) tətbiq olunur. 
İPM-in 20.1-ci maddəsi hansı sənədlərin rəsmi qaydada
təqdim edilməli olmasını tənzimləyir. Buraya, hər halda
müəyyən bir müddətin (məsələn, şikayət vermə müddətinin)
axımının başlamasına səbəb olan məhkəmə aktları (qərarlar,
qərardadlar) və məhkəmə bildirişləri aiddir. Zərurət olduqda,
məhkəmə başqa sənədlərin də rəsmi qaydada təqdim olunması
barədə sərəncam verə bilər (məsələn, İPM-in 55.3-cü mad-
dəsinə əsasən icraatın aparılması tələb edildikdə, yaxud
İPM-in 33.3-cü maddəsinə müvafiq olaraq, hərəkətsizliyə
75


qarşı iddia çərçivəsində icraatın davam etdirilməsi vəzifəsi
ilə bağlı). Rəsmi təqdimetmə onunla səciyyələnir ki, təqdim
edən tərəf bir sənəd tərtib edir və bu sənəddə onun verilmə
vaxtı və halları barədə müəyyən məlumatlar nəzərdə tutulur.
Təqdimetmə müvafiq sənədin onun ünvanlandığı şəxs
tərəfindən alınmasının təsdiq olunmasına və müddətlərin
hesablanmasına xidmət edir. İPM-in 20.1-ci maddəsinin 2-
ci cümləsinə müvafiq olaraq, təqdimetmənin təsdiqi barədə
müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə
olun malıdır. 
MPM-in 135.1-ci maddəsinə əsasən, məhkəmə sənədləri,
prinsip etibarilə «Poçt rabitəsi haqqında» Azərbaycan Res -
publikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt
göndərişi (məktubu) ilə çatdırıla, yaxud zəruri hallarda
məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə
işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə
həmin şəxsə həvalə edilə bilər. Nəhayət, məhkəmə sənədlərinin
rəsmi qaydada verilməsi tərəflərin razılığı ilə məhkəmədə
də həyata keçirilə bilər.
Məhkəmə sənədləri onların alındıqları tarixdən sonra
gələn gündən gec olmayaraq təqdim edilməli və bu barədə
bir gün müddətində məhkəməyə xəbər verilməlidir (bax:
MPM-in 135.4-cü maddəsi).
Təqdim etmə qəbzinin zəruri məzmunu barədə məlumatlar
MPM-in 136-cı maddəsində əksini tapmışdır. İPM-in 20.2-
ci maddəsinin 2-ci cümləsi və İPM-in 21-ci maddəsi müxtəlif
situasiyalar üçün kütləvi təqdimetmə imkanını nəzərdə
tutur. 
76


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə