Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə15/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   11   12   13   14   15   16   17   18   ...   98

ifələrindən biri münasib vəsatətin verilməsinə diqqət yetir-
məkdir. Hakim işin mahiyyətinə xidmət edən vəsatətlərin
(ərizələrin) verilməsində tərəflərə yardım göstərməlidir.
Vəsatət prosesin məqsədinə və icraatın aparılmasına kömək
etdikdə və mübahisəli məsələnin həqiqətən də həll olunması
ilə nəticələndikdə, işin mahiyyətinə xidmət edən vəsatət
hesab olunur. Vəsatətlərin bu keyfiyyətə malik olub-olmaması
tərəflərin istəyindən asılı olan bir məsələdir. Onların təqdim
edilməsi üçün əsas, şifahi məhkəmə baxışında işin faktiki
və hüquqi hallarının araşdırılması və məhkəmənin bununla
bağlı qiymətləndirməsidir. Məhkəmənin sözügedən vəzifəsi
təkcə iddia ərizəsinə deyil, eləcə də hüquqi mübahisənin
münasib həllini təmin edəcək bütün mümkün vəsatətlərə
şamil olunur (məsələn, sübutların araşdırılması, prosessual
müddətlərin bərpa olunması və ya icraatın dayandırılması
haqqında vəsatətlər). Konsentrasiya prinsipinə əsasən, zəruri
yardım etmə vəzifəsi məhkəmə tərəfindən mümkün qədər
tez bir zamanda yerinə yetirilməlidir. Bundan başqa, tərəflər
məhkəmənin bununla bağlı dediklərinə münasibət bildirmək
imkanına malik olmalıdırlar. 
Artıq qeyd olunduğu kimi, bu vəzifə o demək deyil ki,
hakim tərəflərin işini özü görməli və bununla bağlı məsələləri
onların əlindən almalıdır. Lakin nəzərə almaq lazımdır ki,
məhkəməyə müraciət edənlər, bir qayda olaraq, hüquqi
cəhətdən təcrübəsiz və iddiaları vasitəsilə istədikləri məqsədə
necə nail olmağı izah edə bilməyən şəxslərdir. Onlar ayrı-
ayrı iddia növlərini və onların şərtlərini tanımırlar. Yəni
tərəflərin yardıma ehtiyacı nə qədər çox olarsa, məhkəmənin
yardım etmək vəzifəsi də bir o qədər olmalıdır. Burada
həlledici əhəmiyyət kəsb edən məqamlardan biri də hakimin
57


öz bitərəfliyini qorumasıdır. Yəni o, yardım edərkən yalnız
tərəflərdən birinin xeyrinə fəaliyyət göstərdiyi təəssüratını
yaratmamalıdır. Eyni zamanda, məhkəmə təqdim edilmiş
bir neçə alternativ qərar variantlarından birini seçmək
imkanını tərəflərin əlindən almamalıdır. Çünki dispozitivlik
prinsipi tərəfləri «prosesin ağaları» elan edir. Əlbəttə, tərəflərin
təqdim etdiyi ərizələrin ifadə tərzi məhkəmə üçün məcburi
olmasa da, məhkəmə iddia tələbinin həcmini aşa bilməz
(bax: İPM-in 52-ci maddəsi).
İPM-in 48-ci maddəsi imperativ normadır. Bu, o deməkdir
ki, həmin müddəada əksini tapmış vəzifələr məhkəmənin
diskresion səlahiyyətinə aid deyil. Məhkəmə bu vəzifələri
icra etməzsə, dinlənilmə hüququnun pozulması kimi prosessual
pozuntuya yol verilə bilər. Hər halda, belə bir pozuntu o
vaxt baş verir ki, tərəfin öz prosessual hüquqlarını müdafiə
etmək üçün məhkəmənin yardımına ehtiyacının olduğu
məhkəməyə məlum olsun.
Vəsatətlərin  quruluşu və vəsatət təqdim edilməsi ilə
bağlı müxtəlif variantlara dair özəlliklər cüzi xarakter
daşıyır.
Tərəflərin vəsatətlərini ümumi şəkildə iddianın mahiyyəti
və prosesin aparılması ilə bağlı vəsatətlərə bölmək olar. 
İddiaçının  iddianın mahiyyəti üzrə vəsatəti və ya
vəsatətləri məzmun baxımından iddianı təmin edən məhkəmə
qərarının nəticə hissəsinə uyğun gəlir. Bununla bağlı qeyri-
məhdud şəkildə məhkəmə qərarının nəticə hissəsi barədə bu
kitabda qeyd olunanlara göndəriş edilə bilər.
Cavabdehin iddianın rədd edilməsi haqqında vəsatətində
isə, təbii ki, iddiaçının ərizəsinə istinad edilir.
58


Tərəflərin vəkillərinin təqdim etdikləri sənədlərdə tez-tez
məhkəmə qərarında xərclər barədə məsələnin həllinə göndəriş
edilir. Qarşı tərəfin üzərinə hüquqi mübahisə ilə əlaqədar
yaranmış xərclərin qoyulmasına dair vəsatət, belə demək
mümkünsə, lüzumsuzdur. Çünki məhkəmə İPM-in 69.5-ci
və 109-cu maddələrinə uyğun olaraq, xidməti vəzifəsinə
görə xərclərin kimin tərəfindən ödənilməsi məsələsini onsuz
da həll etməlidir. Bu məsələnin məhkəmənin xidməti vəzifəsinə
görə həll edilməsinin səbəbi onunla bağlıdır ki, əks təqdirdə,
yəni xərclər məsələsinin həll edilməsinə dair tərəflərin
vəsatəti olmadıqda, xərclər məsələsi həll edilməyə və bununla
da məhkəmə heç bir rüsum tutmaya bilər. 
Aşağıda qeyd olunacaq məsələlər iddiaçının iddianın
mahiyyəti üzrə təqdim etdiyi vəsatətlərə aiddir, çünki cavabdeh
tərəfin vəsatəti müntəzəm olaraq iddianın rədd edilməsi ilə
məhdudlaşır. 
Aydın və icra oluna biləcək qərarın qəbul edilməsi üçün
tərəflər onların dəqiq nə istədiklərini həm qarşı tərəfə, həm
də məhkəməyə izah edən müəyyən vəsatətlər təqdim etmə-
lidirlər. Bununla bağlı olaraq İPM-in 46.1.3-cü maddəsində
nəzərdə tutulmuşdur ki, iddiaçı iddia ərizəsində iddia tələbinin
predmetini göstərməlidir. Bu, sonradan İPM-in 48-ci maddəsinə
müvafiq olaraq məhkəmənin etdiyi yardım vasitəsilə
konkretləşdirilir. İddia ərizəsində qaldırılan tələb məzmun
və həcm baxımından konkret göstərilməlidir ki, hakim
düzgün faktiki halları necə müəyyənləşdirəcəyini bilsin.
Bundan başqa, məhkəmə qərarından sonra icra icraatında
(mübahisə davam etdirilmədən) icra mümkün olmalıdır.
Struktur baxımından ən sadə halda, iddiaçının bir tələbi
olur. 
59


III. Bir neçə tələbin bir iddiada birləşdirilməsi. 
Yardımçı tələblər
Bununla belə, iddiaçının iddianın mahiyyəti üzrə bir neçə
tə 
ləb irəli sürməsi də mümkündür (məsələn, o, bir neçə
inzibati akt dan qorunmaq istədikdə). Bu zaman aşağıdakılar
fərqləndirilməlidir.
İddiaçı bir neçə tələbi «bərabər hüquqlu şəkildə» yanaşı
irəli sürə bilər. Misal üçün, belə bir hal o zaman yarana bilər
ki, iddiaçı eyni zamanda ev və qaraj tikmək üçün icazə
almaq istəsin. Bu zaman İPM-in 37-ci maddəsinə uyğun
olaraq,  bir neçə tələbin kumulyativ olaraq bir iddiada
birləşdirilməsi baş verəcəkdir ki, bu da prosessual baxımdan
xüsusi çətinliklər yaratmır. 
Əgər təfsir nəticəsində bir neçə tələbin yalnız zahirən bir
iddiada birləşdirilməsinin mümkünlüyü müəyyən edilərsə,
məsələ bir qədər mürəkkəbləşəcəkdir. Bu cür hallarda, iddiaçı
onun əsas hüquqi məqsədini təsvir edən ərizə təqdim etməklə
eyni vaxtda bir neçə başqa məqsəd də güdə bilər. O, bu
məqsədlərə eyni səviyyəyə malik tələblər irəli sürməklə nail
olmağa səy göstərə bilər. Yaxud o, müəyyən edə bilər ki,
növbəti (yardımçı) məqsədlərə dair qərar yalnız onun əsas
məqsədi (əsas tələbi) uğursuz olacağı təqdirdə qəbul olunsun.
Beləliklə, yardımçı tələb, bir qayda olaraq, əsas tələbin
uğursuzluğa düçar ola biləcəyi hal üçün verilir. 
Misal:
İddiaçı beş mərtəbəli yaşayış evi üçün tikintiyə icazə
almaq istəyir. İnzibati orqan onun ərizəsini rədd etmiş və
bunu onunla əsaslandırmışdır ki, beşmərtəbəli ev çox
60


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə