Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə13/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   9   10   11   12   13   14   15   16   ...   98

fəlakət nəticəsində istifadəyə yararsız hala düşsün. İkinci
hal (hüquqi səbəblər) o zaman baş verə bilər ki, səlahiyyətli
məhkəmənin bütün hakimləri qərəzlilik şübhələrinin mövcud
olmasına görə icraatı həyata keçirə bilməsinlər. Amma hər
iki hal çox nadir hallarda meydana çıxa bilər.
Vacib qeyd: İddia ərizəsinin və ya müvəqqəti xarakterli
müdafiə ilə bağlı ərizənin icraata qəbul edilməsindən sonra
məhkəmənin səlahiyyətli olmasına dair vəziyyətin dəyişməsi
(məsələn, İPM-in 8.1.3-cü maddəsində nəzərdə tutulan
mənada iddiaçının yaşayış yerinin dəyişməsi) artıq məhkəmənin
icraatına qəbul edilmiş prosesə təsir etmir, çünki həmin
məhkəmə müvafiq iş üzrə səlahiyyətli olaraq qalmaqda
davam edir. Qeyd olunanlar həm də Konstitusiyanın 62-ci
maddəsində təsbit edilmiş ümumi prinsiplərdən irəli gəlir. 
III. Xüsusi problem: Qərəzlilik
Qanunverici İPM-in 18-ci və ondan sonrakı maddələrində
hakimin qərəzliliyi ilə bağlı aydın prinsiplər müəyyən
etmişdir. Bu qaydalar hüquqi dövlət prinsipindən irəli gəlir.
Həmin prinsipə əsasən, tərəflər arasındakı hüquqi mübahisə
bitərəf məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmənin
işi tərəflərin heç birində haqlı etimadsızlıq doğurmamalıdır. 
Bu qaydaları başa düşə bilmək üçün əvvəlcə konkret
kontekstdə qərəzlilik şübhəsinin nə demək olduğunu təsəvvür
etmək lazımdır. 
Qərəzlilik şübhəsi qərəzliliyin özündən fərqləndirilməlidir.
Qərəzlilik hakimin obyektiv qərar qəbul etmək qabiliyyətinin
olmaması deməkdir. Qərəzlilik şübhəsi isə, kənar şəxslərin
obyektiv meyarlar əsasında hakimin obyektiv qərar qəbul
49


etməyəcəyi barədə haqlı qorxuları olduğu hallarda mövcud
olur. Təkbaşına hakimə və ya tam tərkibə müsbət nəticələnə
bilən etirazın edilməsi üçün qərəzlilik şübhəsinin mövcudluğu
əsasdır. Əksinə, hakimin bitərəfliyinin həqiqətən də məh-
dudlaşdırılıb-məhdudlaşdırılmaması həlledici əhəmiyyət kəsb
etmir. Həm də məhkəməyə bunu sübut etmək çox çətin
olardı. 
İPM-in 18-ci maddəsində tərəflərdən biri ilə qohumluq
əlaqələri olduğu üçün hakimin maraqları ilə mümkün
toqquşma halları tənzimlənmişdir. Bu zaman müvafiq hakimin
iddiaçı qismində çıxış edən anası ilə münasibətlərinin ola
bilsin ki, pis olması vacib deyil. Başqa sözlə, sözügedən
hallarda qohumluq əlaqələrinin mövcud olmasına görə qərə-
zlilik görüntüsünün yaranması kifayət edir. Bu cür hallarda
hakimin işə baxılmasında iştirakına qanun əsasında yol
verilmir və bunun üçün tərəflərin ayrıca ərizə ilə müraciət
etməsinə lüzum yoxdur. 
İPM-in 19-cu maddəsində isə, məhkəmənin qərəzliliyi
ilə bağlı şübhələnməyin mümkün olduğu hallar əksini tap-
mışdır. Həmin müddəada sadalanmış situasiyalarda hakimin
obyektivliyinə dair məhdudiyyətlərin mövcudluğu yalnız iş
üzrə tərəfin ərizəsi əsasında yoxlanılır. Bu, hakimin mübahisə
predmeti olan inzibati aktın qəbul edilməsində iştirak etdiyi,
onun – bundan o, həmişə çəkinməlidir – işin nəticəsi barədə
məhkəmə baxışından kənar mövqe bildirdiyi, işin nəticəsində
işgüzar və ya şəxsi maraqlarının olduğu hallarda, habelə
hakimin qərəzsizliyinə şübhə doğuran sair hallar mövcud
olduqda baş verə bilər. Sonuncu adı çəkilən hala təcrübədə
daha tez-tez rast gəlinir. Tərəflərin qərəzliliklə bağlı etiraz
50


haqqında vəsatət verməsi üçün müxtəlif səbəblər olur. Əgər
hakim icraatın gedişində yalnız tərəflərdən biri ilə ünsiyyət
saxlayarsa və bununla da digər tərəfin dinlənilmə hüququnu
pozarsa, hakimin şübhə doğuran davranışı həqiqətən də
mövcud ola bilər. Bundan başqa, qeyd edilən hala oxşar
olan başqa bir vəziyyət (lakin yalnız nəzəri olaraq) o zaman
yarana bilər ki, hakim iddiaçıya ondan heç vaxt xoşu
gəlmədiyini və bu səbəbdən də iddiaçının iddia tələbinin
təmin ediləcəyini ağlına belə gətirməməsini açıq şəkildə
bildirsin. Digər hallarda (statistikaya əsasən, Almaniyada
belə hallar çox tez-tez baş verir) tərəf hakimə qərəzlilik şüb-
həsinin olması səbəbindən ona görə etiraz edə bilər ki,
həmin hakimin işə baxacağı təqdirdə uğur qazana bilməyəcəyi-
ni hiss etsin və ya etiraz vasitəsilə məhkəmə qərarının qəbul
edilməsinin yubadılmasına nail olmaq istəsin. Bu cür hallarda
etiraz təbii ki, uğurla nəticələnməyəcəkdir. 
Lakin nəzərə almaq və xüsusilə vurğulamaq lazımdır ki,
məhkəmənin yardım etmək vəzifəsini tarazlaşdırılmış şəkildə
həyata keçirməsi heç bir halda etiraz haqqında vəsatətin
verilməsi üçün əsas kimi çıxış edə bilməz. Əksinə, hakimin
hüquqi mübahisə üzrə icraatı qabaqcadan görünə bilməyən
və ya açıq müzakirələrin həyata keçirilmədiyi bir şəraitdə
aparması ona qərəzliliklə bağlı şübhə olması səbəbindən
etiraz edilməsi üçün münasib əsas qismində çıxış edə bilər.
Hakimin yardım etmək vəzifəsinə gəlincə, bu, hakimin
qanunla müəyyən edilmiş və yerinə yetirilməsi iş üzrə icraat
zamanı tərəflərə yalnız faydası ola biləcək öhdəliyidir. Bu
səbəbdən həmin vəzifənin müvafiq şəkildə həyata keçir-
ilməsinin etirazın əsası qismində çıxış etməsi yolverilməzdir.
51


Əlbəttə, mübahisəli qərarın qəbulu ilə nəticələnən əksər hal-
larda, tərəflərdən biri bu qərardan razı qalmır. Məhkəmənin
tərəflərdən birinin xoşuna gəlməyən qərar qəbul etməli
olduğu hüquqi mübahisənin məna və mahiyyəti məhz budur.
Bununla belə, əgər hər iki tərəf məhkəmə qərarının qəbulundan
öncə işin faktiki və hüquqi halları barədə fikirlərini məhkəmə
ilə müzakirə etmək fürsətinə malik olmuş və məhkəmənin
mövqeyi barədə məlumatlandırılmışlarsa, onda məhkəmənin
əksər hallarda birtərəfli xarakter daşıyan qərarı onun subyektiv
davranışının deyil, əksinə, tərəflərə münasibətdə həyata
keçirdiyi yardımetmə vəzifəsinin nəticəsi kimi
qiymətləndirilməlidir. 
Qeyd: İPM-in 40-cı və ondan sonrakı maddələrinə əsasən,
müvəqqəti məhkəmə müdafiəsi qaydasında qərar qəbul edən
hakim heç bir məhdudiyyət olmadan iddia icraatında da işə
baxa bilər. Hakimin hüquqi mübahisənin təxmini nəticəsi
barədə proqnozunu tələb edən (bax: İPM-in 41.2-ci maddəsi)
işlə əvvəlcədən məşğul olma heç bir halda hakimin müvafiq
işdə qərəzli olması anlamına gəlməməlidir. Bu baxımdan,
göstərilən məsələnin İPM-in 19-cu maddəsində əksini tap-
maması səbəbsiz deyil. Əksinə, eyni hakimin həm ilkin,
həm də əsas icraat üzrə işə baxması nə tərəflər, nə də hakim
üçün pis deyil. Hakim, artıq bir dəfə işlə tanış olmuş və fərz
edək ki, müvəqqəti xarakterli müdafiə tədbiri haqqında ərizə
barəsində də obyektiv qərar vermişdir. Onun eyni işin
hallarına növbəti iddia icraatında da qiymət verməsi icraatın
konsentrasiyası prinsipinə xidmət edir. Bundan başqa,
müvəqqəti xarakterli məhkəmə müdafiəsi icraatında söhbət
ümumi yoxlamadan və proqnozdan gedir, əsas icraatda isə
vəziyyət tamamilə başqa cür ola bilər. 
52


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə