Аня 2013 Layout 1


XI. Qanun və məhkəmə qarşısında



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə10/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   6   7   8   9   10   11   12   13   ...   98

XI. Qanun və məhkəmə qarşısında 
bərabərlik prinsipi (İPM-in 11-ci maddəsi)
İPM-in 11-ci maddəsində nəzərdə tutulmuş qanun və
məhkəmə qarşısında bərabərlik prinsipi Azərbaycan Re-
spublikası Konstitusiyasının 25-ci maddəsində təsbit edilmiş
bərabərlik hüququnun konkretləşdirilmiş ifadəsidir. Bu
prinsipə əsasən, məhkəmə özbaşına fəaliyyət göstərə bilməz.
Məhkəmə, bunun üçün əsaslar olmadan eyni hallar barəsində
müxtəlif cür və müxtəlif hallar barəsində eyni cür qərarlar
qəbul edə bilməz. Tərəflər irqinə, mənşəyinə, cinsinə, dilinə,
əmlak vəziyyətinə, qulluq mövqeyinə və ictimai birliklərə
mənsub olmalarına görə ayrıseçkiliyə məruz qala bilməzlər.
Qeyd olunanlardan məhkəmənin icraatı ədalətlə idarə etmək
vəzifəsi irəli gəlir. O, xüsusilə, proses iştirakçılarından hər
birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və
vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar
yaratmağa borcludur. Lakin bərabərlik prinsipi haqsızlıq baş
verən hallara şamil edilmir. Yəni vətəndaşın inzibati orqandan
(hətta bu, iddiaçının xeyrinə olsa belə) eyni səhvə dəfələrlə
yol verməyi tələb etmək hüququ yoxdur. Məsələn, əgər hər
hansı bir vətəndaş əvvəllər qanunsuz tikintiyə icazə alıbsa,
başqa bir vətəndaş bu fakta əsaslanaraq ona eyni məzmuna
malik, qanunsuz tikintiyə icazə verilməsini tələb edə bilməz. 
37


İkinci fəsil
İDDİA  İCRAATI  VƏ  
ONUN  GEDİŞATI
A. İddia ərizəsi
İddia İPM-in 45.1-ci maddəsinə əsasən, iddia ərizəsinin
aidiyyəti üzrə səlahiyyətli məhkəməyə təqdim olunması ilə
qaldırılır. İPM-in 45.2-ci maddəsinə müvafiq olaraq, iddiaçı
iddia ərizəsinin və digər sənədlərin surətlərini iddia ərizəsinə
əlavə edir ki, qarşı tərəf daim iddiaçının müvafiq izahatının
məzmunu ilə tanış olmaq imkanına malik olsun. İddiaçı
iddia ərizəsinin məhkəməyə çatmasına cavabdeh olan tərəf
qismində çıxış edir. Poçt rabitəsində baş verə bilən və qabaq-
cadan görünməsi mümkün olan ləngimələrə görə o cavabdehdir.
Lakin poçt xidmətinin normal çatdırılma vaxtlarına uyğun
olmayan iş tərzi ilə əlaqədar meydana çıxan ləngimələrə
görə iddiaçı hər hansı bir məsuliyyət daşımır. Belə hallarda
İPM-in 24-cü maddəsinə əsasən, prosessual müddətlərin
bərpası imkanı nəzərdən keçirilir. Müddətlərə riayət edilməsi
xüsusilə o hallarda vacibdir ki, iddianın qaldırılması tələblərin
irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddətlərin
keçməsinin qarşısını alsın. İddianın məhkəməyə daxil olması
vaxtı barəsində mübahisə mövcuddursa, onda iddiaçı iddia
ərizəsinin vaxtında məhkəməyə daxil olduğunu sübut etmək
vəzifəsi daşıyan tərəf qismində çıxış edir. 
38


İPM-in 45.4-cü maddəsinə əsasən, iş məhkəməyə daxil
olduğu gündən icraata qəbul edilmiş hesab edilir. İcraata
qəbul edilmə əhəmiyyətli nəticələr doğurur. Belə ki, iş
icraatda olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə
başqa məhkəməyə müraciət edə bilməz (bax: İPM-in 45.5.1-
ci maddəsi). Bundan başqa, iş icraatında olan məhkəmə
aidiyyətlə əlaqədar şərtlərin sonradan dəyişməsi səbəbindən
həmin mübahisəyə baxmaq səlahiyyəti olmayan məhkəməyə
çevrilsə də, başqa sözlə, həmin mübahisəyə baxmaqda digər
məhkəmənin səlahiyyətli olduğu müəyyən edilsə belə, iş
həmin məhkəmənin icraatında qalır. Bu, məsələn, o hallarda
baş verə bilər ki, cavabdeh prosesin gedişi ərzində başqa
məhkəmənin yerləşdiyi əraziyə köçsün və ya ərazi aidiyyəti
başqa bir səbəblə əlaqədar dəyişsin. İcraata qəbul edilmə
hüquqi mübahisə barəsində qanuni qüvvəyə minmiş qərarla,
iddiadan imtina edilməsi ilə və ya mübahisənin nizamlanması
barədə müştərək bəyanatla sona yetir. 
İddia ərizəsində göstərilməli olan zəruri məlumatlar
İPM-in 46.1-ci maddəsində təsbit edilmişdir. Həmin məlumatlar
arasında məhkəmənin adının, tərəflərin, eləcə də mübahisə
predmetinin, yəni iddiaçının tələbinin (bax: İPM-in 46.1.3-
cü maddəsi) dəqiq göstərilməsi mühüm əhəmiyyət kəsb
edir. Yeri gəlmişkən, İPM-də iddiaçının iddia ərizəsində
cavabdehi göstərməsi tələb olunsa da, Məcəllədə cavabdeh
qismində kimlərin çıxış edə bilməsi məsələsi (inzibati orqan,
dövlət orqanı, yoxsa dövlət hüquqi şəxsləri?) tənzimlənmir.
Lakin sözügedən müddəada yalnız əleyhinə iddia qaldırılan
inzibati orqanın adının göstərilməsi nəzərdə tutula bilər.
39


Bundan başqa, icraatın tezləşdirilməsi məqsədilə iddia
ərizəsində digər məlumatların da göstərilməsi mümkündür.
Məsələn: iddiaçının öz tələbini əsaslandırdığı faktlar və
sübutetmə vasitələri, o cümlədən sənədlər, arzu edilən inzibati
aktın layihəsi. İddia ərizəsinin bu kimi hissələrinin əlavə
edilməsinin məcburi olmaması işin hallarının araşdırılması
(qərarın qəbul edilməsi üçün əhəmiyyətli olan halların
məhkəmə tərəfindən araşdırılması) prinsipinə əsaslanan inz-
ibati-prosessual hüquqla çəkişmə (icraatın bütün materiallarının
tərəflərin təqdim etməli olması) prinsipinə əsaslanan mülki-
prosessual hüquq arasındakı fərqi göstərir. İddia ərizəsi İPM-
in 46.1-ci maddəsində sadalanan zəruri minimal tələblərə
cavab verməzsə, məhkəmə həmin qüsurları iddiaçının nəzərinə
çatdırmalı və onların aradan qaldırılması üçün ağlabatan
müddət təyin etməlidir (bax: İPM-in 46.3-cü maddəsi).
Həmin müddət ərzində müvafiq qüsurların aradan qaldırıl-
mamasının hansı hüquqi nəticələr doğurması məsələsini
qanun tənzimləmir. Belə hallarda İPM-in 35.3-cü maddəsinə
uyğun olaraq iddianın mümkün sayılmaması barədə qərardad
çıxarıla (Almaniyada hüquqi nəticə bu cür olardı), yaxud
Azərbaycan Respublikası MPM-də nəzərdə tutulduğu kimi
iddia ərizəsi baxılmamış saxlanıla bilər. Lakin məsələ ilə
bağlı arqumentlərin çoxu formal tələblərə cavab verməyən
iddianın mümkün sayılmaması nəticəsinə gəlməyə əsas verir.
Hər halda, bu məsələni Azərbaycan məhkəmələri həll etməli
olacaqlar. 
40


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə