Аня 2013 Layout 1


B. İddia ərizəsinin daxil olmasından



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə11/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   7   8   9   10   11   12   13   14   ...   98

B. İddia ərizəsinin daxil olmasından 
sonrakı addımlar
I. Məhkəmənin səlahiyyətli olmasının yoxlanılması
İnzibati mübahisələrə birinci instansiya məhkəməsi qis-
mində, prinsip etibarilə inzibati-iqtisadi məhkəmələr baxır
(bax: İPM-in 3.1-ci maddəsi). Yalnız normativ xarakterli
aktların qanunauyğunluğunun mübahisələndirilməsinə, siyasi
partiyalar və kütləvi informasiya vasitələri ilə bağlı
mübahisələrə dair işlərə birinci instansiya məhkəməsi qismində
apellyasiya məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları
tərəfindən baxılır (bax: İPM-in 3.2-ci maddəsi).
1
Məcəllədə
belə bir tənzimləmənin təsbit edilməsinin səbəbi, çox güman
ki, onunla əlaqədardır ki, apellyasiya məhkəməsində işlərə
üç hakimdən (bir sədrlik edən və iki hakim) ibarət tərkibdə
(bax: İPM-in 3.6-cı maddəsi) baxılır və həmin tərkib, bir
qayda olaraq, yuxarıda sadalanan mürəkkəb və ictimai
baxımdan əhəmiyyət kəsb edən hüquqi mübahisələrə dair
qərar qəbul etməlidir. Belə bir qayda vasitəsilə tərəflər də
qorunur, çünki müvafiq məhkəmə tərkiblərinin bu xüsusi
icraat növləri üzrə geniş peşəkar biliklərə malik olması
təmin edilmiş olur.
Bunun əksinə olaraq, inzibati-iqtisadi məhkəmələrdə işlərə
İPM-in 3.5-ci maddəsinə əsasən, hakim tərəfindən təkbaşına
41
1
QEYD: Azərbaycan Respublikasının 20 aprel 2012-ci il tarixli 328-IVQD
nömrəli Qanununa («Azərbaycan» qəzeti, 12 may 2012-ci il, № 103; Azər-
baycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 5, maddə
410) əsasən, seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı
işlərə də birinci instansiya məhkəməsi qismində apellyasiya
məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları tərəfindən baxılır.


baxılır və o, yuxarıda adları çəkilən və elə də tez-tez baş
verməyən xüsusi icraatlar vasitəsilə yüklənməməlidir.
Aidiyyəti üzrə məhkəməyə daxil olduqdan sonra iddia
ərizələri İPM-in 6-cı maddəsində nəzərdə tutulmuş iş bölgüsü
planına uyğun olaraq hakimlər arasında bölüşdürülür.
1
Ümu-
miyyətlə, məhkəmələrin inzibati qurumları (Ali Məhkəmənin
Plenumu, apellyasiya məhkəmələrinin rəyasət heyəti, habelə
inzibati-iqtisadi məhkəmələrin sədrləri) daxil olan işlərə
baxan məhkəmə tərkiblərini (təkbaşına hakimlər, yaxud kol-
legiyalar) müəyyən edir və hakimin və ya məhkəmə tərkibinə
daxil olan hakimlərdən hər hansı birinin olmadığı hallarda
onun digər hakimlə əvəz edilməsi məsələsini həll edirlər
(bax: İPM-in 6.1 və 6.2-ci maddələri). Bir neçə məhkəmə
hakiminin inzibati mübahisələrə baxmaq səlahiyyəti yarandıq-
da, məhkəmələrin inzibati qurumları inzibati mübahisələrə
dair işlərin bölüşdürülməsinin ümumi meyarlarını işləyib
hazırlayırlar və bu meyarlar əsasında iş bölgüsü planı tərtib
olunur. 
İş bölgüsü planının hazırlanması qanuni hakim prinsipinə
riayət olunmasına xidmət edir. Hakimlər baxacaqları işləri
özbaşına seçmək imkanına malik olmamalıdırlar. Başqa
sözlə, işin baxılmaq üçün müvafiq hakimə verilməsi zamanı
42
1
QEYD: İPM-in 6-cı maddəsinə dəyişiklik kitabın əlyazması hazır olduq-
dan sonra edilmişdir. Bu səbəbdən kitabda həmin müddəaya dair əksini
tapmış məsələlər onun əvvəlki redaksiyasına əsaslanır. Qeyd olunan maddə
Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli 152-IVQD nömrəli
Qanunu («Azərbaycan» qəzeti, 30 iyun 2011-ci il, № 139, Azərbaycan
Res publikasının Qanunvericilik Toplusu, 2011-ci il, №06, maddə 485) ilə
aşağıdakı redaksiyada verilmişdir: «İnzibati-iqtisadi məhkəmələrdə və kol-
legiyalarda işlərin bölüşdürülməsi kargüzarlıq qaydalarına uyğun
aparılır.»


ümumi-mücərrəd obyektivlik təmin edilməlidir. Obyektiv
bölüşdürmə meyarları kimi iş materiallarının say ardıcıllığı
və ya tərəflərin soyadlarının baş hərfləri, yaxud ərazi aidiyyəti
(o cümlədən, ikinci instansiya məhkəmələrində məhkəmə
əraziləri üzrə aidiyyət) çıxış edə bilər. Bundan başqa, işləri
onların məhkəməyə daxil olma ardıcıllığı əsasında da hakimlər
arasında bölüşdürmək mümkündür. Məhkəmə tərkiblərinin
səlahiyyətinin sabitliyini təmin etmək üçün İPM-in 6.5 və
6.6-cı maddələrində nəzərdə tutulmuşdur ki, iş bölgüsü planı
hər il əvvəlcədən tərtib olunmalıdır və həmin planın dəy-
işdirilməsinə yalnız məhkəmənin fəaliyyətinin pozulması
təhlükəsi mövcud olduqda yol verilir. İşlərin bölgüsü elə
baş verməlidir ki, bütün hakimlərin bərabər yüklənməsi
təmin edilmiş olsun. 
İPM-in 6.4-cü maddəsi təcrübəyə müvafiq olaraq bir-biri
ilə predmet bağlılığı olan iddiaların birləşdirilməsini müəyyən
edir. Predmet bağlılığı o zaman mövcud olur ki, eyni tərəflər
arasında oxşar olan bir neçə icraat və ya müxtəlif tərəflər
arasında eyni hal barəsində icraatlar açılmış olsun. 
VACİB QEYD: İddia və onunla birlikdə İPM-in 40-cı və
ondan sonrakı maddələrinə əsasən təqdim edilmiş müvəqqəti
xarakterli müdafiə tədbirlərinə dair ərizə arasında daim
predmet əlaqəsi mövcud olur. Bu cür müvəqqəti məhkəmə
müdafiəsi icraatlarına həmişə ayrıca iş nömrəsi verilir, çünki
onların prosessual baxımdan taleyi tamamilə fərqli ola bilər.
Müvəqqəti məhkəmə müdafiəsi icraatı üzrə işlər müvəqqəti
xarakterli müdafiə barədə ərizənin iddia ərizəsindən sonra
məhkəməyə daxil olduğu hallarda da iddia üzrə işə baxan
hakimə verilir.
43


İnzibati mübahisələrin ərazi aidiyyəti İPM-in 8-ci maddəsi
əsasında müəyyən edilir. İPM-in 8.1.1-ci maddəsinə əsasən,
daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və
ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə
həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi
tərəfindən baxılır. Bu qayda ərazi ilə bağlı olan mübahisə
predmetinin və məhkəmənin ərazi baxımdan zəruri olan
yaxınlığını təmin edir.
Eyni fikir mübahisələndirmə haqqında iddiaların ərazi
aidiyyəti üzrə bölüşdürülməsinə də şamil olunur. İPM-in
8.1.2-ci maddəsinə müvafiq olaraq, bu halda mübahisələndirilən
inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin
məhkəməsi səlahiyyətli məhkəmə qismində çıxış edir. İnzibati
akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid
olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul
edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına
(qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış
yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır.
Qalan digər hallarda isə (qanunda sadalanan azsaylı istis-
nalardan başqa), cavabdehin yerləşdiyi yerin və ya yaşayış
yerinin məhkəməsi səlahiyyətli məhkəmə hesab edilir (bax:
İPM-in 8.1.4-cü maddəsi).
Mübahisəyə baxılmasının bir neçə məhkəmənin səlahiyyət-
inə aid olduğu hallarda iddiaçının işə baxacaq məhkəməni
seçmək imkanı vardır. Bu, əslində İPM-in məhkəmənin ərazi
və predmet aidiyyəti üzrə səlahiyyətli olmadığı halları
nəzərdə tutan 8.3-cü maddəsinin 1-ci cümləsindən irəli gəlir.
Bununla əlaqədar olaraq, İPM-in 8.3-cü maddəsinin 2-ci
cümləsinə əsasən, iddiaçının və ya ərizəçinin belə seçim et-
44


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə