Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə14/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   10   11   12   13   14   15   16   17   ...   98

İPM-in 19.3-cü maddəsinə müvafiq olaraq, etiraz haqqında
vəsatət etiraz etmək üçün əsasın proses iştirakçısına məlum
olduğu andan dərhal, bunun mümkün olmadığı hallarda isə
3 gün müddətində verilməlidir. Vəsatət yazılı formada,
məhkəmə baxışının gedişində isə, şifahi qaydada da verilə
bilər. Etiraz haqqında vəsatət verən tərəf vəsatətini –
məhkəmənin onu yoxlamasını asanlaşdırmaq üçün – yazılı
şəkildə əsaslandırmalıdır. Vəsatətin dərhal verilməsi zərurəti
ondan irəli gəlir ki, tərəf uzun müddət gözləməklə hüquqi
mübahisənin onun üçün hansı istiqamətdə inkişaf etdiyini
gözləyə və müşahidə edə bilməz. Bundan başqa, etiraz üçün
əsasın məlum olma anı və vəsatətin təqdim olunması vaxtı
arasında yaxınlıq həmin vəsatətlə bağlı halların daha yaxşı
qiymətləndirilməsini təmin edir. 
Etiraz haqqında vəsatətin həlli ilə bağlı İPM-də heç bir
qayda nəzərdə tutulmamışdır. İPM-in 1.2-ci maddəsinə
əsasən, MPM-in etirazla bağlı müddəaları analogiya qaydasında
tətbiq edilir. 
İPM-in 83.3.5-ci maddəsinə müvafiq olaraq, hakimlərə
və ya məhkəmə tərkiblərinə etirazlarla bağlı qərardadlardan
şikayət verilə bilməz. Bu, həm təcrübədə daha tez-tez rast
gəlinən etirazın təmin olunmaması haqqında, həm də etirazın
təmin olunması haqqında qərardadlara aiddir. Barəsində
şikayət verilə bilməyən qərardadların əsaslandırılmasına
əslində ehtiyac yoxdur. Bununla belə, etirazın təmin edilməməsi
haqqında qərardadların əsaslandırılması məqsədəuyğun olardı
ki, tərəflər məhkəmənin gəldiyi nəticəni başa düşə bilsinlər.
İPM qərəzliliyə görə ekspertlərə etiraz edilməsinə dair
xüsusi qaydalar nəzərdə tutmur. Lakin bu halın tənzimlənməli
53


olması sual doğurmadığı üçün, göstərilən halda İPM-in 1.2-
ci maddəsinə əsasən, MPM-in müddəaları müvafiq olaraq
tətbiq edilir. Yuxarıda qeyd olunanlardan fərqli olaraq,
ekspertə etiraz edildiyi hallarda vəsatət barəsində işə baxan
hakim qərar qəbul edir (bax: MPM-in 22.4-cü maddəsi).
C. Şifahi məhkəmə baxışına qədər icraat
I. Ümumi məsələlər
Hakim iddiaya baxmaq səlahiyyətinə malik olduğunu
müəyyən edərsə, iddia ərizəsinin və ona əlavə edilmiş
sənədlərin surətlərinin cavabdehə təqdim olunmasına dair
sərəncam verir (bax: İPM-in 47.1-ci maddəsi). Eyni zamanda,
cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı
şəkildə məhkəməyə bildirmək tələb olunur. Məhkəmə bu
məqsədlə ağlabatan müddət təyin edir (bax: İPM-in 47.2-ci
maddəsi). Bundan başqa, məhkəmə inzibati icraatın gedişatı
barədə təsəvvür yarada bilmək üçün inzibati orqandan işin
materiallarının təqdim olunmasını tələb edir. Əlbəttə, işin
materiallarının tələb olunması, əslində qanunda birbaşa
nəzərdə tutulmayıb. Lakin bu, onsuz da məsələnin
mahiyyətindən irəli gəlir. Həmçinin məhkəmə artıq bu
mərhələdə üçüncü şəxslərin (və ya hansı üçüncü şəxslərin)
İPM-in 28-ci maddəsinə müvafiq olaraq hüquqi mübahisəyə
cəlb edilməli olub-olmamalarını yoxlayır (bununla bağlı
ətraflı məlumat almaq üçün üçüncü şəxslərin hüquqi mübahisə
üzrə icraatda iştirakına dair fəslə bax). 
Sədrlik edən hakim şifahi məhkəmə baxışı başlayana
qədər hüquqi mübahisənin bir şifahi məhkəmə iclası
54


çərçivəsində həll olunması üçün bütün zəruri tədbirləri gör-
məlidir (bax: İPM-in 49.1-ci maddəsi). Bu norma inzibati
hüquqda qüvvədə olan konsentrasiya və sürətləndirmə prin-
sipinin ifadəsidir. Həmin prinsipə əsasən, hüquqi mübahisə
üzrə icraat lüzumsuz ləngimələrə yol verilmədən başa çat-
dırılmalıdır. 
İPM-in 48, 49 və 50-ci maddələrində hakimin icraatı
sürətləndirmək məqsədilə istifadə edə biləcəyi bir sıra praktiki
davranış qaydaları nəzərdə tutulmuşdur. Bu qaydalar
məhkəmənin onsuz da qanunun prinsiplərindən və digər
müddəalarından irəli gələn fəaliyyət imkanlarının və prosessual
vəzifələrinin nümunə qismində çıxış edə bilən ümu-
miləşdirilmiş formasıdır. Yuxarıda sadalanan normalar yalnız
davranışla bağlı nümunələri əks etdirir. Müvafiq imkanlardan
istifadə etmək məhkəmənin məcburi xarakter daşıyan diskre-
sion səlahiyyətini təşkil edir. Qeyd olunan normalar hüquqi
mübahisə üzrə məhkəmə baxışının artıq keçirildiyi və növbəti
məhkəmə baxışlarının nəzərdə tutulduğu hallara da şamil
olunur. 
İPM-in 83.3.1-ci maddəsinə əsasən, məhkəmə prosesinin
aparılması qaydaları haqqında məhkəmə qərardadlarından
müstəqil qaydada şikayət verilə bilməz. 
Bu hissədə xüsusilə qeyd edilməli olan və İPM-in 13-cü,
48-ci maddələrində təsbit edilmiş məhkəmənin yardım
etmək vəzifəsi məcburi əhəmiyyət kəsb edir. Belə ki,
məhkəmənin «sakit kollegiyalar»da özü üçün işləməməsi
və bu cür şəraitdə qərarlar qəbul etməməsi vacibdir. Başqa
sözlə, məhkəmə tərəflər üçün fəaliyyət göstərir. Ona görə də
o, işin faktiki hallarının aydın şəkildə ifadə olunmasına, bu
55


halların müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından
əhəmiyyət kəsb edən izahatların təqdim edilməsinə yardım
etməyə və öz fikirləri barədə tərəflərə məlumat verməyə
borcludur. Yalnız belə olan təqdirdə tərəflər prosesdə
məqsədəuyğun davrana bilərlər. Məhkəmə heç bir halda
tərəflər üçün təəccüb doğuracaq, gözlənilməz qərarların
qəbul edilməsinə yol verməməlidir. Bu o deməkdir ki,
məhkəmə öz qərarını bu vaxta qədər tərəflərə bəlli olmayan
hüquqi hallarla əsaslandıra bilməz. Çünki hər hansı bir hal
tərəflərə məlum olmayıbsa, deməli, onların məhkəmənin
hüquqi mövqeyinə reaksiya vermək imkanı da olmayıb.
Yəni qərar çıxarılana qədər tərəflər tamamilə başqa hüquqi
problemlər haqqında mübahisə apardıqları üçün yad bir
aspektə söykənən məhkəmə qərarı tərəfləri çaşdıra bilər.
Yuxarıda qeyd olunanlar, xüsusilə, işin hallarının araşdırılması
prinsipinin qüvvədə olduğu (yəni məhkəmənin müstəqil
araşdırma apara bildiyi və aparmalı olduğu) inzibati məhkəmə
icraatına şamil olunur. Göstərilən hallarda dinlənilmə hüququ-
nun təmin edilməsi vəzifəsinin yerinə yetirilməsinə xüsusi
diqqət verilməlidir. Bunun edilməməsi İPM-in 92.0.3-cü
maddəsinə əsasən, məhkəmə qərarının kassasiya qaydasında
ləğv olunması üçün mütləq əsasdır. 
II. İşin mahiyyətinə xidmət edən 
vəsatətlər (İPM-in 48-ci maddəsi)
Qərəzlilik məsələsi ilə bağlı hissədə artıq qeyd edildiyi
kimi, İPM-in 48-ci maddəsi hakimin tərəflərə münasibətdə
yerinə yetirilməli olduğu geniş vəzifələri nəzərdə tutur.
Bununla bağlı onun çox mühüm əhəmiyyət kəsb edən vəz-
56


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə