Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə22/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   18   19   20   21   22   23   24   25   ...   98

İPM-in 20.1-ci maddəsinin 1-ci cümləsinin tələbinə görə
məhkəmə bildirişləri rəsmi qaydada təqdim olunmalıdır. 
Məhkəmə bildirişləri qanunla müəyyən olunmuş müd-
dətlərlə bağlıdır. Həmin müddətlərin axımı məhkəmə
bildirişinin təqdim edilməsi ilə başlayır. Buna müvafiq
olaraq,  məhkəmə bildirişinin təqdim edilmə müddəti
dedikdə, bildirişin təqdim olunduğu və şifahi məhkəmə
baxışının təyin olunduğu günlər arasındakı vaxt başa düşülür.
Müddətin hesablanması zamanı bu iki gün nəzərə alınmır.
İPM-in 62.2-ci maddəsinə əsasən, məhkəmə bildirişi şifahi
məhkəmə baxışı ilə bağlı iclasın təyin edildiyi günə ən azı
10 gün qalmış proses iştirakçılarına təqdim edilməlidir. Yəni
əgər şifahi məhkəmə baxışı ilə bağlı iclas çərşənbə axşamı
gününə təyin olunubsa, onda məhkəmə bildirişi ən geci ötən
həftədən əvvəlki həftənin cümə günü təqdim edilmiş olmalıdır.
Müddətə riayət edilməməsi məhkəmə bildirişinin qüsurlu
olması ilə nəticələnir və belə halda şifahi məhkəmə baxışı
keçirilə bilməz. Məhkəmə bildirişinin təqdim olunması ilə
bağlı 10 günlük müddət minimal müddətdir. Aşağıda qeyd
olunan müstəsna hallardan başqa, onun qısaldılmasına yol
verilmir. Lakin həmin müddət uzun ola bilər. 
İPM-in 62.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə
bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə
baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı
olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin
mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Əks təqdirdə,
məhkəmə bildirişi qüsurlu sayılacaqdır və bu cür şifahi
məhkəmə baxışında qəbul edilmiş məhkəmə qərarının pros-
essual pozuntuya yol verilməsi səbəbindən yuxarı instansiya
məhkəməsi tərəfindən potensial ləğvi mümkün olacaqdır.
85


Lakin məhkəmə qərarı proses iştirakçısının şifahi məhkəmə
baxışı ilə bağlı iclasa gəlməməsinə görə çıxarıla bilməz.
Belə ki, inzibati hüquq qiyabi qərar institutunu tanımır.
Yeganə istisnaya o halda yol verilir ki, hüquqi mübahisə
qərarın qəbulu üçün bir növ «yetişmiş» olsun. Məhkəmə
icraatının iştirakçısı, hətta üzrlü səbəbdən məhkəmə iclasında
iştirak edə bilmədikdə belə, IPM-in 24-cü maddəsinə istinadən
prosessual müddətin bərpasını tələb edə bilməz. Çünki
məhkəmə iclasında iştirak etməmiş tərəf (üçüncü şəxs) bu
cür hallarda prosessual müddəti deyil (İPM-in 24-cü maddəsi
açıq-aşkar yalnız müddətlərə şamil olunur), məhkəmə baxışını
buraxmış olur. Başqa sözlə, müddətin bərpasına dair İPM-in
24-cü maddəsində nəzərdə tutulmuş qaydalar tərəfin məhkəmə
iclasına gəlmədiyi hallara şamil olunmur. Həmin şəxs(lər)
yalnız qərardan yuxarı instansiya məhkəməsinə şikayət edə
bilərlər. Beləliklə, məhkəmə iclasını buraxma (yəni məhkəmə
iclasına gəlməmə) müddətlərin buraxılması ilə
eyniləşdirilməməlidir.
İPM-in 62-ci maddəsi müstəsna olaraq proses iştirakçılarına
şamil olunur, yəni bu müddəa şahidlərə, ekspertlərə və tər-
cüməçilərə münasibətdə tətbiq olunmur. 
Yalnız xüsusilə təcili hallarda (məsələn, müvəqqəti
xarakterli müdafiə üzrə icraatda) sədrlik edən hakim məhkəmə
bildirişinin təqdim edilmə müddətini qısalda bilər (bax:
İPM-in 62.2-ci maddəsinin 2-ci cümləsi). Məhkəmə bildirişinin
təqdim olunması ilə bağlı yeni müddət və müddətin qısaldıl-
masının əsaslandırılması məhkəmə bildirişində əks olunmalıdır.
Məhkəmə bildirişinin təqdim edilmə müddətinin qısaldıl-
masından eyni məhkəmə instansiyasına (yəni müddəti
86


qısaltmış məhkəmənin özünə) şikayət verilə bilməz. Başqa
sözlə, belə bir şikayət müddətin qısaldılmasının haqsız olaraq
dinlənilmə hüququnun təmin edilməməsi ilə nəticələnməsinə
(bu sübut olunmalıdır) dair əsaslandırılma ilə birlikdə yalnız
yuxarı instansiya məhkəməsinə ünvanlanmalıdır. Lakin müd-
dətin qısaldılmasından yalnız hüquqi mübahisənin faktiki
şərtləri bunu tələb etdikdə istifadə olunur. Sədrlik edən
hakimin gətirdiyi şəxsi əsaslar əsaslandırma məqsədilə
istifadə oluna bilməz. 
Proses iştirakçıları məhkəmə bildirişinin təqdim edilməsi
üçün İPM-in 62.2-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük
müddətə riayət olinmasından imtina edə bilərlər. Yəni tərəflər
şifahi məhkəmə iclasının 5 gün sonra da keçirilə bilməsini
bəyan edə bilərlər. Lakin bu imtina, ən azı işin materiallarında
əks olunmalıdır. Əgər proses iştirakçıları eyni hüquqi mübahisə
üzrə ilk məhkəmə baxışında iştirak ediblərsə və yeni məhkəmə
iclasının vaxtı şifahi məhkəmə baxışının gedişində təyin ol-
unarsa, rəsmi məhkəmə bildirişinin göndərilməsinə ehtiyac
qalmır. Çünki tərəflər artıq şifahi məhkəmə baxışında bu
barədə məlumat əldə edirlər.
İPM-in 62-ci maddəsində qeyd olunmuş məhkəmə
bildirişinin təqdim olunma müddəti yalnız sübutları araşdıran
məhkəmədə keçirilən şifahi məhkəmə baxışlarına şamil
olunur. İPM-in 58.4-cü və 58.5-ci maddələrinə müvafiq
olaraq, müraciət edilmiş başqa məhkəmə və ya sübutların
araşdırılması həvalə edilmiş məhkəmə tərkibi üzvlərindən
biri tərəfindən (şifahi məhkəmə baxışının tərkib hissəsi ol-
mayan) sübutların araşdırılması zamanı sübutların araşdırılması
ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə proses işti-
87


rakçılarının məlumatlandırılması ilə əlaqədar İPM-in 59.1-
ci maddəsinin 2-ci cümləsində müəyyən edilmiş müddət
şamil olunur.
4. Prosessual müddətlərin bərpa olunması
İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulmuş müd-
dətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müd-
dətin bərpası imkanı nəzərdə tutulmuşdur. Bu, İPM-in 38-ci
maddəsinə əsasən iddia qaldırmaq müddətinə də aiddir.
Sözügedən norma ümumi olaraq MPM-in 133-cü maddəsində
müəyyən edilmiş qaydaya bənzəyir. 
Prosessual müddətin, yəni prosessual hərəkətin buraxıl-
masından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının
xüsusiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən
prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş
hərəkət qismində nəzərdən keçirilir. Prinsip etibarilə İPM-in
130.1-ci maddəsinə əsasən, prosessual hərəkətləri etmək
hüququnun keçməsi, yəni bu hərəkətlər üçün qüvvədə olan
müddətlər və ya bunun üçün nəzərdə tutulmuş icraat mərhələsi
ərzində prosessual hərəkətin edilməməsi tərəf üçün prosesin
başa çatması ilə nəticələnir. 
Prosessual müddətin bərpası proses iştirakçısının qanunla
müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə
şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o
zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq
hərəkətsizlik etsin (məsələn, müddət axımı barədə məlumata
malik olmaması və ya başqa halların tərəfin müddətə riayət
edə bilməməsinə gətirib çıxarması səbəbindən). Əgər tərəf
88


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə