Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə24/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   20   21   22   23   24   25   26   27   ...   98

yardımçı vasitə qismində çıxış etməklə, təkcə protokolu
tərtib edən hakim üçün deyil, eləcə də artıq başlanılmış
hüquqi mübahisəyə baxılmasını üzərinə götürən hakimlər
üçün də vacib əhəmiyyət kəsb edir. Belə ki, onlar bu yolla
məhkəmə prosesinin əvvəlki gedişatı və bu vaxta qədər
məhkəmə (hakim) tərəfindən ifadə edilmiş hüquqi mövqelər
barədə məlumat almaq imkanı əldə edirlər. Nəhayət, protokol
birinci instansiya məhkəməsinin özünün yardım etmək vəz-
ifəsini kifayət qədər yerinə yetirib-yetirmədiyini və qərarın
qəbulu üçün bütün hüquqi imkanlardan istifadə edib-etmədiyini
müəyyən edə bilmək üçün yuxarı instansiya məhkəməsinə
də yardımçı qisimdə xidmət edir. Protokolda məhkəmə
iclasının bütün məzmununu qeyd etmək zəruri deyil. Əksinə,
prosesi müəyyən edən, aparıcı xarakterli detalları göstərmək
kifayətdir. 
II. Məhkəmə iclasına rəhbərliyin həyata keçirilməsi
Məhkəmə iclasına rəhbərliyi İPM-in 63.1-ci maddəsinə
müvafiq olaraq, sədrlik edən hakim (tərkib sədri, yaxud tək-
başına hakim) həyata keçirir. O, MPM-in 177-ci maddəsinə
əsasən, məhkəmə iclasında qaydanı pozan şəxslər barəsində
tədbirlər görə, həmin şəxslərin cərimələnməsi, yaxud onların
məhkəmə iclas zalından çıxarılması barədə qərardad qəbul
edə bilər. 
Sədrlik edən hakim məhkəmənin hansı işə baxmalı
olduğunu elan edir ki, bütün iştirakçılar məhkəmə baxışının
başlanmasına dair məlumat əldə edə bilsinlər (bax: MPM-in
178-ci maddəsi). O, İPM-in 17.1-ci maddəsinin 1-ci cümləsinə
93


müvafiq olaraq, açıq keçirilməli olan (əgər İPM-in 17.3-cü
maddəsinə əsasən, qanunla qorunan hər hansı maraqlar gizli
saxlanılmalı deyilsə və ya proses iştirakçısının şəxsi, yaxud
ailə həyatının toxunulmazlığının təmin edilməsi tələb olun-
mursa) məhkəmə iclasını açır. Lakin qanunda qapalı məhkəmə
iclaslarının keçirilməsi ilə bağlı istisna halların nəzərdə tu-
tulması onu öz yekun qərarını açıq məhkəmə iclasında elan
etmək vəzifəsindən azad etmir. 
Sədrlik edən hakim məhkəmə tərkibini elan etdikdən və
işdə iştirak edən şəxslərin onlara etiraz etmək hüququnu
izah etdikdən (bax: MPM-in 182.1-ci maddəsi) sonra prosesə
gələn iştirakçıların şəxsiyyətini müəyyən edir (bax: İPM-in
179.2-ci maddəsi) və bu, protokola qeyd edilir. Əgər məhkəmə
baxışında sübutlar araşdırılmalıdırsa, bunun hansı qaydada
həyata keçirilməsi ilə bağlı sübutların araşdırılmasına dair
edilmiş qeydlərə istinad olunur. 
Sədrlik edən hakim işdə iştirak edən şəxslərə onların
prosessual hüquq və vəzifələrini izah edir, habelə tərəflərə,
mübahisəni həll etmək üçün onların münsiflər məhkəməsinə
müraciət etmək hüquqlarını və bu cür hərəkətin nəticələrini
izah edir (bax: MPM-in 183-cü maddəsi). Daha sonra sədrlik
edən və ya məruzəçi hakim mübahisənin mahiyyətini ümumi
şəkildə izah (şərh) edir (bax: İPM-in 63.2-ci maddəsi). Yəni
məhkəmə iş materiallarının mühüm məzmununa dair öz
baxışını təqdim edir. Bu yanaşma bütün proses iştirakçılarının
eyni faktiki hallardan və mübahisəli məsələlərdən çıxış et-
məsinin təmin olunmasına xidmət edir. Eyni zamanda, sədrlik
edən hakimin bu təqdimatı tez-tez anlaşılmazlıqların aradan
qaldırılmasına və proses iştirakçılarından heç birinin bu
94


vaxta qədər görmədiyi məsələlərin izah olunmasına töhfə
verir.
İPM-in 63.3-cü maddəsinə müvafiq olaraq, mübahisənin
mahiyyətinin izah olunmasından sonra hakim proses işti-
rakçılarına vəsatətlər vermək və onları əsaslandırmaq üçün
söz verir. Almaniya qanunvericiliyində də eynilə nəzərdə
tutulmuş bu qayda uğursuz hesab olunur. Çünki əvvəlcə
məhkəmənin mübahisə ilə bağlı hüquqi mövqeyini bildirməsi
və tərəflərin buna uyğun olaraq öz vəsatətlərini dəyişmək
imkanına malik olması, prinsip etibarilə daha ədalətli olardı.
Ona görə də məhz işin hüquqi hallarının şərhindən sonra
vəsatətlərin təqdim edilməsi üçün tərəflərə söz verilməsi
daha məqsədəuyğun hesab olunur və bu, Almaniyanın özündə
də geniş yayılmış təcrübədir.
III. İşin faktiki və hüquqi tərəflərinin müzakirəsi
İPM-in 64.1-ci maddəsində nəzərdə tutulmuş işin faktiki
və hüquqi tərəflərinin proses iştirakçıları ilə müzakirəsi
şifahi məhkəmə baxışının özülünü təşkil edir. Artıq qeyd
edildiyi kimi, tərəflər məhkəmənin hüquqi mövqeyini öyrən-
mək və (dinlənilmə hüququ prinsipinin tələb etdiyi kimi)
buna dair münasibətlərini bildirmək hüququna malikdirlər.
İPM-in 64.2-ci maddəsində məhkəmə tərkibinin hər bir
üzvünün, təbii olaraq, sual vermək imkanına malik olması
təsbit edilmişdir. 
Mübahisə ilə bağlı işin müzakirəsi başa çatdıqdan sonra
sədrlik edən hakim şifahi məhkəmə baxışını bağlı elan edir.
Şifahi məhkəmə baxışının qurtarması işin hallarının
95


araşdırılması üçün yekun nöqtənin yaxınlaşdığını bildirir.
Bu andan sonra işin faktiki halları ilə bağlı bildirilən izahatları
məhkəmə qərar çıxaran zaman artıq nəzərə ala bilməz.
Tərəflərin sonradan bildirdikləri hüquqi izahatlarda isə,
vəziyyət fərqlidir. Belə ki, hakim hüququn tətbiqi üçün özü
səlahiyyətə malik olduğundan tərəflər icraatın istənilən
mərhələsində hüquqi baxışlarını ifadə edə bilərlər. İPM-in
75.1-ci maddəsində tənzimlənmiş qaydaya müvafiq olaraq,
məhkəmə qərarının nəticə hissəsi, bir qayda olaraq, şifahi
məhkəmə baxışının sona çatdığı gün elan edilir. Bununla
əlaqədar MPM-in 213-cü maddəsi isə, məhkəmənin (yəqin
ki, bu əksər hallarda işə kollegial qaydada baxıldıqda baş
verir) qətnamə çıxarmaq üçün müşavirə otağına getməsini
nəzərdə tutur. Mürəkkəb faktiki və hüquqi tərəflərə malik
olan hüquqi mübahisələrdə məhkəmə qərarın elan olunması
üçün vaxt təyin edə bilər ki, bu da şifahi məhkəmə baxışının
başa çatmasından sonra 10 gündən gec olmayaraq baş ver-
məlidir. Bu zaman qərarın özü təbii ki, qəbul edilmiş, işlərə
kollegial qaydada baxıldıqda isə, məhkəmə tərkibinin hər
bir üzvü ilə lazımi qaydada razılaşdırılmış olmalıdır. 
İPM-in 4.2-ci maddəsinə əsasən, inzibati mübahisəyə
kollegial qaydada baxıldıqda, qərar çıxarılan zaman səsvermə
keçirilir və sədrlik edən hakim sonuncu olaraq səs verir.
Səsvermə zamanı hakimlərdən hər hansı birinin bitərəf qal-
masına yol verilmir. Azlıqda qalan hakim yazılı şəkildə
xüsusi rəy tərtib edə bilər, həmin rəy işə əlavə edilir (bax:
İPM-in 4.3-cü maddəsi). Bununla o, digər iki hakimdən
fərqli fikirdə olduğunu bəyan etmiş olur. Ona görə də xüsusi
rəyi tərtib edən hakim onu əsaslandırmalı olacaqdır. 
96


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə